tədris-idman
tədris-instrumental 2021
OBASTAN VİKİ
Tədris
Tədris termini aşağıdakı mənalarda istifadə oluna bilər: təlim; dərs vermə; dərs oxuma, təhsil alma, dərs keçmə. Məsələn, ali məktəbdə xarici dillərin tədrisi, tədris planı. Tədris fənni – təhsil müəssisələrində öyrənilmək üçün elmin, texnikanın, incəsənətin, istehsalat fəaliyyətinin müəyyən sahəsindən seçilmiş bilik, bacarıq və vərdişlər sistemi. Tədris institutları – elm və mədəniyyətin müxtəlif sahələri üçün ali ixtisas təhsilli mütəxəssis, elmi və pedaqoji kadrlar hazırlayan ali təhsil müəssisələri. Tədris planı – hər hansı tədris müəssisəsində öyrənilən tədris fənnlərinin tərkibini və vaxtını müəyyənləşdirən, bunları illik və bütün təhsil müddəti üçün bölüşdürən sənəd. Tədris proqramı – hər hansı tədris fənni üzrə təhsilin əsas məzmununu, şagirdlərin mənimsəyəcəkləri zəruri bilik, vərdiş və bacarığın həcmini müəyyənləşdirən, həmçinin bölmə və mövzuların məzmununu tədris ili üzrə bölüşdürən sənəd. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
İnnovasiya
İnnovasiya (ing. innovation, lat. innovato — yenilənmə, yaxşılaşma deməkdir) — yüksək səmərəlilik və tərəqqi məqsədilə yeniliyin tətbiqi, başqa sözlə insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsinin və ya təkmilləşdirilmiş halının cəmiyyətə təqdim edilməsi. == İnnovasiyanın növləri == Müasir dövrdə innovasiyanın kateqoriyalaşdırılması və onun dərəcələrinin müəyyənləşdirilməsi "İnnovasiya matris"i əsasında həyata keçirilir. Mahiyyət etibarı ilə 4 sektordan (sırası ilə İnqilabi, Dəstəkləyici, Bəsit və Dağıdıcı İnnovasiya) ibarət olan matris innovasiyaya zərurət duyulan sahə ilə bu zərurəti şərtləndirən problem arasındakı əlaqəni tədqiq edir. İnnovasiya kortəbii bir proses olmadığından, onun labüdlüyünün ölçülməsi və mümkün nəticələrinin səmərəlilik baxımından qiymətləndirilməsi nəticə etibarilə müvəffəqiyyət üçün müstəsna əhəmiyyət kəsb edir. == İqtisadiyyatda innovasiya == İqtisadi proseslərə innovasiyanın elmi cəhətdən inteqrasiyası avstriyalı iqtisadçı Yozef Şumpeterin "İqtisadi inkişaf nəzəriyyəsi" (1911) kitabı ilə başlayaraq sonrakı dövrlərdə bir qisim müfəssəl tədqiqatlar əsasında daha da geniş vüsət aldı. Qeyd edilən əsərdə təqdim edilən "Kreativ destruksiya" yaxud "Şumpeter fırtınası" anlayışı, iqtisadi quruluşu fasiləsiz olaraq daxildən dəyişdirən, davamlı olaraq sistemdə mövcud olan köhnə elementi dağıdarkən yenisini formalaşdıran transformasiya prosesini ifadə edir. == Elmdə innovasiya == İlk dəfə innovasiya termini Amerika iqtisadçısı Yozef Şumpeterin (1883–1950) 1912-ci ildə yazdığı "İqtisadi inkişaf nəzəriyyəsi" əsəri ilə dövriyyəyə çıxarılmışdır. İnnovasiya anlayışı ixtira və kəşf terminlərindən fərqlənir.
Sosial innovasiya
Sosial innovasiya — əhalinin müxtəlif tipli sosial tələbatlarına cavab verən yeni strategiyaları, konsepsiyaları, ideyaları və təşkilatları özündə ehtiva edir. Hazırda internet vasitəsi ilə sosial innovasiyaların tətbiqi məsələsi daha aktualdır, belə ki, internet sosial innovasiyaları həyata keçirmək üçün ən ucuz və sürətli vasitə hesab olunur. Buna görə də internet əsaslı sosial innovasiyaları dəstəkləyən müxtəlif tədbirlər bütün dünyada keçirilməkdədir, bunlardan ən məşhuru Sosial Yeniliklər Düşərgəsidir. Sosial innovasiyalar hazırda cəmiyyətdə e-dəyişikliklər tətbiq etməklə müxtəlif proseslərin internet və rəqəmsal alətlər üzərindən daha asan və ucuz yollarla həyata keçirilməsinə xidmət edir.
İnnovasiya menecmenti
== Tərifi == İnnovasiya menecmentinin bir çox tərifi mövcuddur: 1) İnnovasiya menecmenti — məhsul, biznes prosesi, marketinq, texnologiya, material və komponentlər nəzəriyyəsinə dair dünya, ölkə və ya konkret bir region üçün yeni olan ideyaların maksimum mənfəəət əldə etmək və biznes sistemlərinin ümumi strategiyası çərçivəsində risklərin optimallaşdırılması məqsədilə kommersiya layihəsinə çevrilməsi prosesidir 2) İnnovasiya menecmenti — yaradıcı fəaliyyətin yeni, yaxud təkmilləşdirilmiş məhsul və ya praktik tətbiq oluna bilən və müəyyən ehtiyacları təmin etməyə qadir texnologiya şəklində təcəssüm olunan son nəticəsidir. Başqa sözlə, innovasiya – istehlakçıların müəyyən tələblərini təmin etmək üçün yeni ideya və biliklərin praktik istifadəsi məqsədilə onların həyata keçirilməsinin nəticəsidir 3) İnnovasiya menecmenti – prinsipial olaraq yeni və modifikasiya olunmuş vasitənin (yeniliyin) yaradılmasının və istifadəsinin (tətbiqinin) yekun nəticəsidir, hansı ki, rəqabətli ictimai tələbatı təmin edir və bir sıra nəticələr (iqtisadi, elmi-texniki, sosial, texnoloji) verir 4) İnnovasiya menecmenti – iqtisadi mənfəəti təmin edən, bu cür mənfəət üçün şərait yaradan, yaxud məhsulun (əmtəə, iş, xidmət) istehlak xüsusiyyətlərini yaxşılaşdıran yeni, yaxud təkmilləşdirlmiş məhsul (əmtəə, iş, xidmət), onun istehsal və ya tətbiq olunması qaydasıdır (texnologiyasıdır), istehsalın təşkili və ya iqtisadiyyatı, yaxud məhsulların satışı sahəsində yeniliklər və ya təkmilləşdirmələrdir 5) İnnovasiya menecmenti – yeni növ əmtəələrin, istehsalın yeni qayda və metodlarının, yeni xammal mənbələrinin tətbiqi və istifadəsi, yeni bazarların, istehsalın təşkilinin yeni formalarının (inhisara alma məqsədilə yenidən təşkil etmə) mənimsənilməsi məqsədilə istehlakçı ruhu ilə motivasiya olunmuş istehsal amillərinin dəyişilməsidir (yeni kombinasiyalarıdır) [1] [5]. 6) İnnovasiya menecmenti – sahibkarların xüsusi alətidir, hansı ki, bu vasitədən onlar dəyişiklikləri yeni növ biznes, yaxud xidmət həyata keçirmək üçün şans kimi istifadə edirlər. İnnovasiya — əvvəllər mövcud olmayan yeninin işlənib hazırlanması və tətbiqidir, onun köməkliyi ilə köhnə, məlum elementlər müvafiq biznesin iqtisadiyyatına yeni forma verir [6] … == İnnovasiya menecmenti haqqında ümumi məlumat == İnnovasiya menecmentinin obyektləri innovasiya və innovasiya prosesidir. İnnovasiya prosesi – innovasiyaların yaradılması, mənimsənilməsi, yayılması və istifadəsi prosesidir. Həmçinin, məhsul (əmtəə) ilə bağlı innovasiya prosesi ideyanın fundamental və tətbiqi tədqiqatlar, konstruktor işləri, marketinq, istehsal, satış mərhələləri vasitəsilə ardıcıl olaraq əmtəəyə çevrilməsi prosesi kimi müəyyən edilə bilər. Geniş şəkildə innovasiyalar məhsul, texnoloji, təşkilati və inzibati innovasiyalara bölünə bilər. Sonuncu innovasiyalar əksər hallarda həm məhsul, həm də texnoloji innovasiyaları tətbiq edərkən qaçılmazdır. İnnovasiyaların aşağıdakı əlamətlərə görə təsnifatı məlumdur: yayılma, istehsal tsiklində yer, davamlılıq, bazarı əhatə dairəsi, yenilikçilik dərəcəsi və innovasiya potensialı. == İnnovasiya menecmentinin vəzifələri == Təşkilatın innovasiya fəaliyyətinin planlaşdırılması; Missiyanın düzgün formalaşdırılması (təşkilatın fəaliyyətinin innovasiyaya yönəldilməsi).
Təlim Tədris Mərkəzi
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi — Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2000-ci il aprelin 5-də imzalanmış protokola uyğun olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 20 fevral 2001-ci il tarixli əmrinə əsasən, NATO təlim sisteminin Azərbaycan Silahlı Qüvvələrində tətbiqi ilə əlaqədar, 2001-ci il martın 26-dan zabit heyətinin təkmilləşdirilmə, gizir hazırlığı və ehtiyat zabit hazırlığı kursları bazasında yaradılmış təlim tədris mərkəzi. Təlim və Tədris Mərkəzi Azərbaycan Ordusu üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Əlavə təhsil kadr potensialının təkmilləşdirilməsini, hərbi qulluqçuların daim dəyişən və yenilənən xidmət şəraitinə uyğunlaşmasını təmin edir. 2020-ci ilin sonlarında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin şərəfinə “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və sarsılmazdır” adlı tədbir keçirilib. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Tədris == Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində aşağıdakı kurslar fəaliyyət göstərir: zabit heyətinin təkmilləşdirilmə kursu – Azərbaycan Ordusunun tələbatına müvafiq olaraq bütün səviyyələr və kateqoriyalardan olan zabit heyətinin peşəkarlıq səviyyəsinin və xidməti keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarıq və vərdişlərinə yiyələnməsi məqsədilə hayata keçirilən əlavə təhsildir; ehtiyat zabit hazırlığı kursu – zabit ehtiyatının yaradılması məqsədilə müvafiq ixtisaslar üzrə zabit kadrlarının hazırlanmasını təmin edən əlavə təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilir; gizir hazırlığı kursu – müvafiq komanda va mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “gizir” rütbəsi verilir; müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu – müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “kiçik çavuş” rütbəsi verilir. II Qarabağ müharibəsində aparılan hərbi əməliyyatlara Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin zabit-gizir heyəti də qatılmış və onlardan 21 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarəti almış və qazilik mərtəbəsinə yüksəlmişdir.
Tədris Cərrahiyyə Klinikası
Azərbaycan Tibb Universiteti – Azərbaycanın tibb profilli ali təhsil müəssisəsi. == Tarixi == === AXC dövrü === Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır. 1919-cu ilin may ayında tanınmış cərrah professor İ. Razumovskinin rəhbərliyi altında xüsusi hazırlıq komissiyası təşkil edilmiş, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul etmişdir. Tibb fakültəsinin yaradılmasında tanınmış alimlərdən professorlar İ. Şirokoqorov, S. Davidenkov, F. İlyin, L. Levin, N. Uşinski, K. Malinovski, P. Rostovsev, M. Çlenov və başqalarının böyük rolu olmuşdur. Hökumətin qərarına əsasən, Bakı şəhərinin mühüm xəstəxanaları Universitetin istifadəsinə verildi. Həmin dövrdə tibb kadrları hazırlanmasının Bakı Dövlət Universitetinin ilk buraxılışı 1922-ci ildə oldu və 30 məzuna şərəfli həkim adı verildi. Onların arasında iki azərbaycanlı qız da var idi: Adilə Şahtaxtinskaya və Ceyran Sultanova. === SSRİ dövrü === ==== 1930–1940-cı illər ==== 1930-cu ilə kimi Bakı Dövlət Universiteti tibb fakültəsi 1407 həkim hazırladı. Onların arasında 292 azərbaycanlı oğlan və 56 qız var idi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyunda Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında 287\99 saylı qərarı verildi.
Skolkovo İnnovasiya Mərkəzi
Skolkovo İnnovasiya Mərkəzi — Rusiya dövləti tərəfindən ölkədə “startup” və sahibkarlıq mədəniyyətini yaratmaq üçün başladılmış Silikon Vadisinin rəqibi olacaq bir layihədir. Skolkovonun yaradılması üçün növbəti 7 il ərzində 4 milyard dollar xərclənəcəyi gözlənilir. Özəl sektordan bir investorun yatıracağı investisiya ilə birlikdə 2020-ci ilə qədər Skolkovonun yaradılmasına cəmi 15 milyard dollar xərclənəcək. Skolkova, Rusiya dövləti tərəfindən başladılmış, ölkə iqtisadiyyatının təbii resurslardan asılılığını azaltmaq və ölkə daxilində sahibkarlığın artırılması üçün qurulan hökumət yönlü təşviqdir. Moskvanın mərkəzindən bir saatlıq məsafədə təxminən 400 hektar əraziyə malik Skolkovo parkı həm vençur investisiyalara söykənən startup sahibkarlıq, həm texniki-elmi tədqiqat və həm də təhsil mərkəzi funksiyasını daşıyacaq. Hal-hazırda sahədə yalnız Hypercube adlanan, polad, şüşə və beton tikili mövcuddur. Tikili konfrans zalları və iş otaqlarından ibarətdir. Nokia, Samsung və Cisco System kimi iri şirkətlər Skolkovoda öz tədqiqat və inkişaf mərkəzlərini cəlb etməkdə artıq maraqlı olduqlarını bildiriblər. Skolkova mərkəzi 13000-dən çox iş yerinin açılma potensialına sahib 1000-dən çox start-up bizneslə əlaqələri olduğunu bildirib. Skolkova Sovet dövrünün gizli texniki tədqiqat laboratoriyalarını xatırladır.
Qlobal İnnovasiya İndeksi
Qlobal İnnovasiya İndeksi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən dərc edilən ölkələrin innovasiya imkanlarına və nailiyyətlərinə görə illik reytinqidir. 2007-ci ildə INSEAD və World Business: 203 tərəfindən nəşr olunan Britaniya jurnalıdır.:203 ÜƏMT tərəfindən 2021-ci ilə qədər Kornell Universiteti, INSEAD və digər qurum və təşkilatlarla əməkdaşlıqda nəşr edilmişdir.:333 O, Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya Bankı və Dünya İqtisadi Forumu da daxil olmaqla müxtəlif mənbələrdən alınan həm subyektiv, həm də obyektiv məlumatlara əsaslanır.:203 == Tarixi == İndeks 2007-ci ildə INSEAD və Britaniya jurnalı olan World Business tərəfindən yaradılmışdır. Sumitra Dutta tərəfindən hazırlanmışdır. == Metodologiya == İndeks iki alt indeks üzrə xalların sadə ortalaması alınmaqla hesablanır: müvafiq olaraq beş və iki sütundan ibarət olan İnnovasiya Giriş İndeksi və İnnovasiya Çıxışı İndeksi. Bu sütunların hər biri innovasiyanın aspektini təsvir edir və balları orta çəkili metodla hesablanan beşə qədər göstəricidən ibarətdir. 2007-ci ildə yarandığı gündən bəri artan sayda hökumətlər öz illik GII nəticələrini sistematik şəkildə təhlil edir və performanslarını yaxşılaşdırmaq üçün mövqelərini tərtib edirlər. İndeks 19 dekabr 2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş dayanıqlı inkişaf üçün elm, texnologiya və innovasiyalar üzrə qətnaməyə daxil edilib. İndeks innovasiyanın tərkib hissəsi olmayan amillərə həddindən artıq əhəmiyyət verdiyi üçün tənqid olunub. Məsələn, "Vergilərin ödənilməsinin asanlığı", "Elektrik enerjisinin istehsalı" (yarım çəki) və "Minoritar İnvestorları Müdafiə Asanlığı" "Kredit əldə etmək asanlığı" və "Vençur Kapitalı Sövdələşmələri" ilə yanaşı amillərdir.
İsmayıllı Peşə Tədris Mərkəzi
"Üçlü spiral" innovasiya modeli
"Üçlü spiral" innovasiya modeli – Universitet-dövlət-sənaye əlaqələri vasitəsilə biliyin yaradılması, yayılması və istifadəsini nəzərdə tutan nəzəri çərçivə.
İsmayıllı Dövlət Peşə Tədris Mərkəzi
Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzi
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi — Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2000-ci il aprelin 5-də imzalanmış protokola uyğun olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 20 fevral 2001-ci il tarixli əmrinə əsasən, NATO təlim sisteminin Azərbaycan Silahlı Qüvvələrində tətbiqi ilə əlaqədar, 2001-ci il martın 26-dan zabit heyətinin təkmilləşdirilmə, gizir hazırlığı və ehtiyat zabit hazırlığı kursları bazasında yaradılmış təlim tədris mərkəzi. Təlim və Tədris Mərkəzi Azərbaycan Ordusu üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Əlavə təhsil kadr potensialının təkmilləşdirilməsini, hərbi qulluqçuların daim dəyişən və yenilənən xidmət şəraitinə uyğunlaşmasını təmin edir. 2020-ci ilin sonlarında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin şərəfinə “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və sarsılmazdır” adlı tədbir keçirilib. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Tədris == Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində aşağıdakı kurslar fəaliyyət göstərir: zabit heyətinin təkmilləşdirilmə kursu – Azərbaycan Ordusunun tələbatına müvafiq olaraq bütün səviyyələr və kateqoriyalardan olan zabit heyətinin peşəkarlıq səviyyəsinin və xidməti keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarıq və vərdişlərinə yiyələnməsi məqsədilə hayata keçirilən əlavə təhsildir; ehtiyat zabit hazırlığı kursu – zabit ehtiyatının yaradılması məqsədilə müvafiq ixtisaslar üzrə zabit kadrlarının hazırlanmasını təmin edən əlavə təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilir; gizir hazırlığı kursu – müvafiq komanda va mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “gizir” rütbəsi verilir; müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu – müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “kiçik çavuş” rütbəsi verilir. II Qarabağ müharibəsində aparılan hərbi əməliyyatlara Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin zabit-gizir heyəti də qatılmış və onlardan 21 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarəti almış və qazilik mərtəbəsinə yüksəlmişdir.
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi
10 ildən artıqdır ki fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, Azercell Telekom MMC və PAŞA Bankın dəstəyi ilə 2009-cu ildə yaradılan Azərbaycanın ilk biznes inkubatorudur. Mərkəzin əsas məqsədi Azərbaycanda rəqəmsal ekosistemi böyütməkdir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə mərkəz fəaliyyətini dayandırıb, lakin mərkəz tərəfindən açıqlama verilməyib. == Fəaliyyəti == Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İnnovasiya Laboratoriyası, Biznes İnkubator və Sahibkarlıq dəstəyi, İş Həlləri və Tərəfdaşlıq sahələrindən ibarətdir. 2017-ci ilə qədər Mərkəz 300-dən çox tədbirə ev sahibliyi etdi, 3500 müraciət toplayaraq 45 startapı işə salıb. Bundan əlavə, ABŞ-nin Virciniya ştatında bir startap yaradılması və 6 startap müəssisəsinin inkişaflarını gücləndirmək üçün Kaliforniyanın Silikon Vadisini ziyarət etməsinə səbəb oldu. 2019-cu ildən bəri Barama İSM Azərbaycan İnnovasiyalar Agentliyi tərəfindən dəstəklənir. 2017-ci ilin yanvarın 18-dən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycan İqtisadi İslahatların Təhlii və Kommunikasiya mərkəzi ilə əməkdaşlığa başlayıb. 2017-ci il iyunun 3-də Gəncə şəhərinin Azərbaycan Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərəcək yeni mərkəzinin açılışı olub. 2017-ci il dekabrın 21-də Azercell və "Azərbaycan Britaniya Kolleci" arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən məktəblilər üçün xüsusi təlim proqramları təşkil olundu.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" publik hüquqi şəxs: Rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini (o cümlədən nəzarət və tənzimləməni) təmin edir; Yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirləri, elmi, elmi-texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini həyata keçirir; Fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərir, innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri (o cümlədən startapları) təşviq edir, onlara maliyyə dəstəyi verən innovasiya təşəbbüskarlığını təbliğ edir. == Yaranması == Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" publik hüquqi şəxs yaradılıb. == Məqsəd və vəzifələri == Agentliyin əsas məqsədi İKT sektorunun davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması, yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasıdır.
Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzi
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi — Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2000-ci il aprelin 5-də imzalanmış protokola uyğun olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 20 fevral 2001-ci il tarixli əmrinə əsasən, NATO təlim sisteminin Azərbaycan Silahlı Qüvvələrində tətbiqi ilə əlaqədar, 2001-ci il martın 26-dan zabit heyətinin təkmilləşdirilmə, gizir hazırlığı və ehtiyat zabit hazırlığı kursları bazasında yaradılmış təlim tədris mərkəzi. Təlim və Tədris Mərkəzi Azərbaycan Ordusu üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Əlavə təhsil kadr potensialının təkmilləşdirilməsini, hərbi qulluqçuların daim dəyişən və yenilənən xidmət şəraitinə uyğunlaşmasını təmin edir. 2020-ci ilin sonlarında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin şərəfinə “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və sarsılmazdır” adlı tədbir keçirilib. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Tədris == Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində aşağıdakı kurslar fəaliyyət göstərir: zabit heyətinin təkmilləşdirilmə kursu – Azərbaycan Ordusunun tələbatına müvafiq olaraq bütün səviyyələr və kateqoriyalardan olan zabit heyətinin peşəkarlıq səviyyəsinin və xidməti keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarıq və vərdişlərinə yiyələnməsi məqsədilə hayata keçirilən əlavə təhsildir; ehtiyat zabit hazırlığı kursu – zabit ehtiyatının yaradılması məqsədilə müvafiq ixtisaslar üzrə zabit kadrlarının hazırlanmasını təmin edən əlavə təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilir; gizir hazırlığı kursu – müvafiq komanda va mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “gizir” rütbəsi verilir; müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu – müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “kiçik çavuş” rütbəsi verilir. II Qarabağ müharibəsində aparılan hərbi əməliyyatlara Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin zabit-gizir heyəti də qatılmış və onlardan 21 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarəti almış və qazilik mərtəbəsinə yüksəlmişdir.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi

Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti
Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti — Gürcüstanın Elm və Təhsil Nazirliyində və Təhsilin Keyfiyyətli İnkişafının Qiymətləndirilməsinin Milli Mərkəzində qeydiyyatdan keçmiş rəsmi tədris universiteti. == Məzmun == Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti 2008-ci ildən fəaliyyət göstərir. Universitet Gürcüstanda fəaliyyət göstərən orta məktəblər üçün müəllim kadrları, eyni zamanda müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlayır. Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti təhsil sahəsində gürcü və dünya mədəniyyəti dəyərlərinə, demokratiya və humanizm ideyalarına və ümumi ictimai önəm daşıyan dövlət tədris və təhsil siyasətinə xidmət edir. Universitetin əsas vəzifələrindən biri vətəndaş cəmiyyətində regional inteqrasiya və demokratik dövlət quruculuğunda gedən proseslərə kömək etmək, gürcü və Azərbaycan xalqlarının mehriban qonşuluğunun tarixi təcrübəsini dirçəltməkdir. == Professor-müəllim heyəti == Universitetin rektoru, professor Novruz Bayramovdur. Təhsil ocağında müsabiqədən keçmiş 60-dan çox professor və müəllim çalışır. === Universitetin professorları === Novruz Bayramov Konstantin Ramişvili Həsən Həsənli == Fəxri doktorları == Zəlimxan Yaqub — 2010.
Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti
Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti — Malayziyada universitet; biznes işində, həm də cəmiyyətin qurulmasında effektiv rol oynayan yüksək ixtisaslı məzunların hazırlığında texnologiyalar, innovasiyalar və yaradıcılığın unikal uyğunluğunun birləşdirilməsini rəhbər tutan ali təhsil ocaqlarındandır. == Tarixi və fəaliyyəti == Ali məktəb 1993-cü ildə Asiya-Sakit Okean İnformasiya Texnologiyaları İnstitutu olaraq Malayziyada fəaliyyətə başlayıb, 2004-cü ildən universitet statusu əldə edərək Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti adlandırılıb. Universitetin əsas hədəfi – yeni və daha effektiv düşüncə tərzlərindən istifadə edərək tələbələri oxumağa, əhatə edən şəraitə uyğunlaşmağa və başqa cür düşünməyə hazırlamaq məqsədilə şəxsi təhsil proqramları vasitəsilə innovasiyaları öyrətməkdən ibarətdir. Nailiyyətlər və müxtəlif milli və regional yarışlarda universitetin qələbələri ali təhsil, o cümlədən innovasiya tədqiqatları sahəsindəki mükəmməlliyi təsdiq edir. Bütün tədris proqramları Malayziyanın Təhsil Nazirliyi tərəfindən təsdiq edilib və Malayziya İxtisas Agentliyi tərəfindən təyin edilib. == Kampus sistemi == Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində, Texnologiya parkında yerləşdirilib. Şəhər Malakka yarımadasının cənub-qərbində, Klanq və Qombak çaylarının kəsişdiyi yerdə yerləşir. Ölkənin əhəmiyyətli ticarət-sənaye və maliyyə mərkəzidir. Belə ki, şəhərdə və onun ətrafında kauçuk emalı, palma yağının və digər qida məhsullarının istehsalı, avtomobillərin quraşdırılması, o cümlədən elektrotexnika və elektron məmulatların və s. istehsalı həyata keçirilir.
Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universiteti
Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universiteti — Rusiyada universitet; innovasiya texnologiyaları sahəsində elmi-tədrisin mənbəyi olaraq müasir iqtisadiyyatın bütün istiqamətləri üzrə mütəxəssis hazırlığını həyata keçirir. == Tarixi və fəaliyyəti == Universitet 1999-cu il, Rusiya Federasiyası Hökumətinin 31 dekabr tarixli sərəncamına uyğun olaraq Rusiya Təhsil Nazirliyinin ali məktəbində elmi-texniki sahibkarlığın inkişafına komək mərkəzi elmi müəssisəsinin əsasında yaradılıb. İnformasiya-kommunikasiya texnologiyalarının prioritet təşkil etdiyi universitetdə distant təhsilin tətbiqinə xüsusi önəm verilir. Hal-hazırda ali təhsil ocağında distant təhsil portalı (do.itbu.ru) işə salınıb. Yaxın vaxtlarda onun əsasında bir sıra ixtisasların artırılması planlaşdırılır. Hazırda vəkillik, bank hüququ: əsas vəziyyətlər, internet münasibətlərinin hüquqi tənzimlənməsi, qiymətli kağızlar kursları üzrə iş aparılır. == Tədris prosesi == Hazırda Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universitetində 7 fakültə fəaliyyət göstərir: innovasiyaların idarəedilməsi, innovasiya elmi ağırlıqlı istehsalın keyfiyyətinin idarəedilməsi, informasiya sistemləri, tətbiqi informatika, idarəetmə və inteqrasiya edilmiş marketinq kommunikasiyaları, vətəndaş-hüquqi intizamlar, dizayn və reklam. İnnovasiyaların idarəedilməsi kafedrasında tələbələr innovasiya fəaliyyətini idarə etmə sahəsində, strateji idarəetmə, innovasiya layihələrini idarə etmə, biznes planlaşdırma üzrə bacarıqlar əldə edirlər. Tələbələr innovasiya fəaliyyətinin (Project Expert, BP Win, Prime Expert, Microsoft Project, Microsoft Navision və başqaları) təminatı üçün qeydiyyat-analitik proqramlardan istifadə etməyi öyrənirlər. İnnovasiya elmi ağırlıqlı istehsalın keyfiyyətinin idarəedilməsi kafedrası bu ilin sentyabrında keyfiyyətin idarəetməsi və aerokosmik fəaliyyətin innovasiya texnologiyaları kafedralarının birləşdirilməsi nəticəsində yaradılıb.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi, ölkənin ilk özəl məktəblərindən biri kimi 2001-ci ildə təsis edilmişdir və hal-hazırda Azərbaycan, rus və ingilis bölmələri üzrə 3–17 yaşlı uşaqların milli və tanınmış beynəlxalq kurikulumlar (Kembric (Primary, Secondary, IGCSE, AS/A Levels), IBDP üzrə təhsil aldığı tədris mərkəzlərindən biridir. Mərkəz, 500-dan çox şagirdə təhsil xidməti göstərir. == Tədris == === Bağça və məktəbə hazırlıq === Mərkəzin nəzdində məktəbəqədər təhsil müəssisəsi "Kipinä Baku" adı ilə fəaliyyət göstərir. Məktəbəqədər təhsil pilləsinə, Azərbaycan, rus və ingilis bölmələri üzrə 3–5 yaşlı uşaqlar qəbul edilir. "Kipinä" brendi "Finlandiya dövlət məktəbəqədər təhsil proqramı" əsasında yaranmış qlobal markadır. === İbtidai məktəb === Mərkəz üç bölmə üzrə Azərbaycan, rus və ingilis dillərində təhsil verir. Azərbaycan və rus dilində təhsil Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi milli kurikulum əsasında, ingilis dilində təhsil isə Kembric kurikulumu əsasında, Kembric Beynəlxalq Məktəbi statusu ilə fəaliyyət göstərir. İbtidai sinifləri məktəb daxilində ayrıca korpusda yerləşdirilir və siniflərdə orta uşaq sayı maksimum 18 nəfərlə məhdudlaşdırılır. === Orta və tam orta məktəb === Mərkəz daxilində fəaliyyət göstərən orta və tam orta məktəbdə üç bölmə üzrə, Azərbaycan, rus və ingilis dillərində təhsil verilir. Azərbaycan və rus dilində təhsil Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi milli kurikulum, ingilis dilində təhsil isə Kembric kurikulumu və Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB DP) əsasında aparılır.