TƏHMASİB
TƏHMİN
OBASTAN VİKİ
Budaq Təhməz
Budaq Təhməz (tam adı: Budaq Təhməz oğlu Təhməzov; d. 1938, Naxçıvan, Şərur rayonu, Siyaqut) — Şair-publisist, Məmməd Araz mükafatı laureatı. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Budaq Təhməz 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. 1970-ci ildə yaradıcılığa başlayıb. Şərurda "İşıqlı yol" qəzetinin nəzdində "Şərur qönçələri" ədəbi dərnəyinin yaradıcılarından və təşkilatçılarından biri olmaqla yanaşı həm də uzun illər dərnəkdə fəaliyyət göstərib == Yaradıcılığı == "Aşıq Nabat" kitabının tərtibçısı olmuş Budaq Təhməzin şeirləri Türkiyə və İran mətbuatında dəfələrlə çap olunub. “Mən vətənin oğluyam”, “Şair ürəyi” və “Kəndimizə bir qız gəlib şəhərdən” şeirləri Türkiyə türkcəsinə uyğunladırılaraq Türkiyə “Ədəbiyyatçılar və kültür adamları” ensiklopediyasında dərc edilib. Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub. Bir çox şeirinə musiqi bəstələnən şair aşıq və folklor yaradıcılığı barədə bir çox elmi məqalələrin müəllifidir.
Təhməz Bağırov
Təhməz Qəhrəman oğlu Bağırov () — Azərbaycanlı şəhid. == Həyatı == 1971-ci ildə Gədəbəy rayonunun Nəriman kəndində anadan olub. Orta məktəbi qurtarıb. Fədakarlığı, qoçaqlığı ilə yaddaşlara həkk olunub == Hərbi xidməti == Dağların qızıl qönçələrə bələnməsi Təhməzin ürəyini yerindən oynatdı. Güllər durna qatarına bənzəyirdi. Təhməz istədi güllərin içi ilə addımlasın, amma qıymadı. Həsrət-həsrət güllərə baxdı. Öz-özünə pıçıldadı: “Görəsən, dünyada belə cənnət diyar varmı?” Və birdən yadına Xocalı hadisəsi düşdü. Gözəllik də, dağların görkəmli də Təhməzin yadından çıxdı. Qət etdi ki, hərbi komissarlığa müraciət etsin.
Təhməz Quliyev
Təhməz Nəsib oğlu Quliyev (10 may 1935, Gığı, Qafan rayonu – 10 aprel 2007, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru, Professor. == Həyatı == Təhməz Nəsib oğlu Quliyev 1954-cü ildə orta məktəbi bitirərək Bakıya, ali təhsil dalınca yollanır. Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olur. 1959-cu ildə universiteti bitirir və Akademik Yusif Məmmədəliyevin təşəbbüsü ilə Moskvaya Aspiranturaya göndərilir. Orada imtahan verib SSRİ Elmlər Akademiyasının "Ümumi və Qeyri Üzvi kimya" fakültəsinə qəbul olunur. 1966-cı idə namizədlik dissertasiyasını uğurla müdafiə edrək kimya elmləri namizədi alimlik dərəcəsini alır. Təhməz Quliyev uzun illər ərzində apardığı elmi işlərin yekunlaşdıraraq 1999-cu ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir, kimya elmləri doktoru elmi dərəcəsinə layiq görülür. 2005-ci ildə isə professor elmi adını alır. == Əmək fəaliyyəti == 1965-ci ildə BDU-da assistent, baş müəllim; 1970-ci ildən 2002-ci ilə kimi dosent vəzifəsində işləmişdir. 1968–1975-ci illərdə kimya fakültəsində dekan müavini, kafedra müdiri əvəzi, həmkarlar təşkilatının sədri kimi ictimai işlərdə çalışmışdır.
Təhməz Təhməzov
Təhməz Təhməzov (23 avqust 1954, Qurdlar, Marneuli rayonu) — Azərbaycan İctimai Televiziyasının Gürcüstandakı xüsusi müxbiri, jurnalist, Gürcüstanın əməkdar jurnalisti. == Həyat və fəaliyyəti == Təhməz Qiyas oğlu Təhməzov 1954-cü il avqustun 23-də Marneuli rayonundakı Qurdlar kəndində anadan olub. 1971-ci ildə Baydar orta məktəbini, 1976-cı ildə A. S. Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunu bitirib. === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə doğma kəndində müəllim kimi başlayıb və 1983-1987-ci illərdə Gürcüstan Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, 1987-1991-ci illərdə “Sovet Gürcüstanı” qəzetində müxbir, 1991-1999-cu illərdə Qurdlar kənd sovetinin sədri və 2006-cı ilin martından 2013-cü ilin iyun ayına kimi Azərbaycan İctimai Televiziyasının Gürcüstandakı xüsusi müxbiri işləyib. Oçerk və publisistik yazıları Gürcüstandakı dövrü mətbuatda dərc olunub. == Mükafatları == Təhməz Təhməzov 2010-cu ildə Gürcüstan prezidenti Mixail Saakaşvilinin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb. 30 mart 2019-ci ildə Təhməzov jurnalistika sahəsində uzun müddətli uğurlu fəaliyyətinə görə “Gürcüstanın Jurnalistlər Yaradıcılıq birliyi”nin rəhbərliyi tərəfindən Gürcüstanın əməkdar jurnalisti adına layiq görülüb. === Ailəsi === Ailəlidir, iki oğlu, 4 nəvəsi var.
Adil Təhməzov
Cavid Təhməzov
Cavid Əvəz oğlu Təhməzov (25 iyun 1994, Yevlax – 1 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Cavid Təhməzov 1994-cü ilin iyun ayının 25-i Yevlax şəhərində anadan olub. == Hərbi xidməti == O, kəşfiyyat bölüyünün tərkibində Talış kənd istiqamətində 482 yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşdə iştirak edib və şəhadətə yüksəlib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Təhməzov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavid Təhməzov (əsgər)
Cavid Əvəz oğlu Təhməzov (25 iyun 1994, Yevlax – 1 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Cavid Təhməzov 1994-cü ilin iyun ayının 25-i Yevlax şəhərində anadan olub. == Hərbi xidməti == O, kəşfiyyat bölüyünün tərkibində Talış kənd istiqamətində 482 yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşdə iştirak edib və şəhadətə yüksəlib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Təhməzov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elbrus Təhməzov
Elbrus Təhməzov (23 avqust 1946, Laçın) — Azərbaycan Respublikası Milli Məclisinin üzvü (2000–2005), Laçın rayonu İcra hakimiyyətinin başçısı (2005–2007). == Həyatı == Elbrus Halay oğlu Təhməzov 1946-cı il avqustun 23-də Laçın şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsini bitirmişdir. Ehtiyatda olan zabitdir. 1970-ci ildə Laçın rayon Əhaliyə məişət xidməti kombinatında əvvəlcə istehsalat sahə rəhbəri, sonradan mühəndis vəzifəsində çalışmışdır. 1974–1994 illərdə Rayon İcrayyə Komitəsində Tikinti-memarlıq şöbəsinə, rayonun Təssərüfatlar arası tikinti materialları istehsalat birliyinə, Laçın şəhər İcrayyə Komitəsinə, Rayon Partiya Komitəsində müvafiq şöbəyə, Aqronəqiliyyat müəsisəsinə, Yeraltı sənaye kombinatına rəhbərlik etmişdir. 1994–2000 illərdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmışdır. Elbrus Təhməzov 1994-cü ilin may ayından siyasi fəaliyyətini yüksəltməyə başlamış, qısa müddətdə rayonda Yeni Azərbaycan Partiyasının yerli təşkilatını yaradaraq həmin vaxtdan 2005-ci ilin sonunadək Rayon təşkilatına sədrlik etmiş, Partiyanın bütün qurultaylarında onun seçkili orqanlarında təmsil olunmuş, hal-hazırda da Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvüdür. Elbrus Təhməzov 2000-ci il noyabrın 5-də Azərbaycan Respublikası Milli Məclisinə deputata seçilmişdir. Milli Məclisinin Aqrar siyasət komissiyasının daimi üzvü kimi ictimai-siyasi fəaliyyəti ilə yanaşı, bu səlahiyyətlərdən istifadə edərək rayonun məcburi köçkünlərinin sosial həyat şəraitlərinin daha da yaxşılaşması, onlara hökumət tərəfindən olunan güzəştlərin daha da artırılması istiqamətində lazım gələn bütün fəaliyyəti göstərmişdir.
Elnarə Təhməzova
Elnarə Təhməzova (tam adı: Təhməzova Elnarə Telman qızı; d.1982, Bakı) — azərbaycanlı aparıcı. == Həyat və fəaliyyəti == Təhməzova Elnarə Telman qızı 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Suraxanı rayonunun 285 saylı orta məktəbini bitirmişdir. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Televiziya rejissoru fakültəsinə qəbul olmuşdur. 2002-ci ildə bakalavr, 2004-cü ildə isə magistr dərəcəsi ilə təhsilini başa vurmuşdur. ANS TV-də çalışmağa başlamazdan öncə digər telekanallarda fərqli vəzifələrdə çalışmışdır. 2017-ci ildə ailə həyati qurub. Hazırda İngiltərədə yaşayır. === Fəaliyyəti === 2004–2005-ci ildə Space MTRŞ (müstəqil teleradio şirkəti) — müxbir-aparıcı "Açıq qapı" (tok şou), "Hər şey vətən üçün" (hərbi vətənpərvərlik) proqramlarında çalışıb. 2006–2009-ci ildə Lider TV (Lider Media Holdinq) — aparıcı-redaktor "Lider Əsgər" (hərbi vətənpərvərlik), "Səhər" (musiqili-əyləncəli), "Xeyli Xəbər" (mədəniyyət xəbərləri), "Kim?
Elzamin Təhməzov
Elzamin Kamal oğlu Təhməzov (26 oktyabr 1979; Bərdə rayonu, Azərbaycan SSR — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elzamin Təhməzov 1979-cu il oktyabrın 26-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Əslən Laçın rayonunun Malxələf kəndindən idi. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Elzamin Təhməzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elzamin Təhməzov sentyabrın 28-də Madagizin azad edilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzamin Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzamin Təhməzov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elzamn Təhməzov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fəxrəddin Təhməzov
Fəxrəddin Təhməzov (10 yanvar 1951, Salyan, Salyan rayonu) — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri (1992-1993). == Həyatı == Fəxrəddin Ayət oğlu Təhməzov 1951-ci il yanvar ayının 10-da Salyan rayonunun Qaraçala qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1968-ci ildə Əli-Bayramlı şəhərində (İndiki Şirvan şəhəri) orta məktəbi, 1973-cü ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyat İnstitutunu bitirdikdən sonra bir müddət Əli-Bayramlı şəhərində orta məktəbdə müəllim işləmişdir. Həqiqi hərbi xidmətə çağırılan F.Təhməzov 1975-ci ildə xidmətini başa vuraraq pedaqoji fəaliyyətini davam etdirmişdir. 1975-1977-ci illərdə SSRİ DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbində təhsil almış, məktəbi bitirdikdən sonra 1977-ci ilin avqust ayından 1990-cı ilin iyun ayına qədər Azərbaycan Respublikasının DTK-nın mərkəzi aparatında kiçik əməliyyat müvəkkili, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisinin müavini, bölmə rəisi vəzifələrində fəaliyyət göstərmişdir. 1990-cı ilin iyun ayından 1991-ci ilin dekabr ayına qədər MTN (1991-ci ilin noyabrına qədər DTK) Gəncə şəhər və dəmir yol stansiyası şöbəsinin rəis müavini, 1992-ci ilin yanvar ayından Azərbaycan Respublikasının MTN Bakı şəhər üzrə İdarəsində şöbə rəisi vəzifələrində çalışmışdır. F.Təhməzov 1992-ci ilin may ayının 16-da milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunmuş və həmin ayın 23-də general-mayor rütbəsi almışdır. F.Təhməzov 1993-cü ilin iyununda tutduğu vəzifədən azad edilmişdir. Həmin ildə baş vermiş Gəncə qiyamının yatırılmasında iştirakına görə qısa müddətli həbs cəzası almışdır.
Nizami Təhməzov
Nizami İsa oğlu Təhməzov (19 oktyabr 1947, Dəmirçilər, Qubadlı rayonu – 20 yanvar 2018, Bakı) — general-mayor, Azərbaycan Respublikası Baş prokurorunun müavini-hərbi prokuroru. == Həyat və fəaliyyəti == Nizami İsa oğlu Təhməzov 19 oktyabr 1947-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. İlk ibtidai təhsilini ana yurdu Dəmirçilərdə, orta təhsilini isə qonşu Dondarlı kəndində almışdır. 1965–1969-cu illərdə universiteti fərqlənmə diplomu ilə bitirərək təyinatla Respublika prokurorluğuna göndərilir. Bir müddət Ağdam, Şahbuz, Kürdəmir, Neftçala, Lənkəran və Bakının Əzizbəyov rayon prokurorluğunda müstəntiq işləyir. Daha sonra Respublika Prokurorluğunda şöbə prokuroru vəzifəsinə irəli çəkilir. 1984-cü ildə Bakı şəhər prokurorluğunda mühüm işlər müstəntiqi vəzifəsinə təyin olunan N. Təhməzov həmin vəzifədə 1992-ci ilə kimi çalışır. Nizami Təhməzov 25 avqust 1993-cü ildə H. Əliyevin fərmanı ilə Respublika Hərbi prokuroru təyin olunur və fəaliyyətin ilk vaxtlarında ona Ədliyyə general-mayoru rütbəsi verilir. === Vəfatı === Nizami Təhməzov ürək çatışmazlığından, 70 yaşında dünyasını dəyişir.
Paşa Təhməzov
Paşa Qurban oğlu Təhməzov (23 mart 1949, Lənkəran – 23 avqust 1993, Lənkəran) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Paşa Təhməzov 23 mart 1949-cu il Lənkəran şəhərində doğulmuşdur. 1964-cü ildə burada 6 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlamışdır. 1993-cü il 23 avqustda Azərbaycanın cənub bölgəsində vəziyyət gərginləşəndə P. Təhməzov silaha sarılaraq "Talış Muğan Respublikası" adı ilə baş qaldıran daxili çəkişmələrin qarşısını almağa yollanır. Paşa Təhməzov dövlətçiliyimizin qorunması uğrunda öz canını əsirgəmir. Cinayətkar dəstə ilə baş verən qarşıdurma nəticəsində P. Təhməzov qəhrəmancasına həlak olur. Lənkəran şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Lənkəran şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuş, "23 Avqust" meydanında büstü qoyulmuşdur.
Pərvin Təhməzov
Pərvin Təhməzov (tam adı: Pərvin İlqar oğlu Təhməzov; 22 yanvar 1997; Sumqayıt, Azərbaycan — 1oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Təhməzov Pərvin İlqar oğlu 22 yanvar 1997-ci ildə Sumqayıtda doğulub. 1 yaşından 7 yaşına qədər Sumqayıt şəhər 64 saylı məktəbəqədər uşaq bağçasına gedib. Orta təhsilini Sumqayıt şəhər V.İbrahimov adına 35 saylı tam orta məktəbdə alıb. İdmana marağı olan Pərvin 9 yaşından 17 yaşına kimi cüdo ilə məşğul olub, bu müddətdə təşəkkürnamələr, fəxri fərmanlar, kürsü medalları və kuboklar qazanıb. Məktəbi bitirdiyi il Qərbi Kaspi Universitetinin Filologiya üzrə ingilis dili fakültəsinə qəbul olur. Ali təhsilin başa vurduqdan sonra 2020-ci ilin 13 iyulunda hərbi xidmətə gedir, Goranboy rayonunun Aşağı Ağca kəndindəki N saylı hərbi hissəsində xidmətə başlayır. İkinci Qarabağ müharibəsinin ilk günündən döyüşlərə qatılır. Kəlbəcər, Ağdərə, Suqovuşan, Ağuçuq istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşur və oktyabrın 1-də şəhidlik zirvəsinə ucalır. 2 ay 10 günün əsgəri olan Pərvin qəhrəmancasına şəhid olan döyüş yoldaşlarını düşmən tərəfindən çıxararkən özü də şəhid olur.
Qoşqar Təhməzli
Qoşqar İlahi oğlu Təhməzli (29 may 1970, Vejnəli, Zəngilan rayonu) — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri. == Həyatı == Qoşqar İlahi oğlu Təhməzli 29 may 1970-ci ildə Zəngilan rayonu Vejnəli kəndində anadan olub. 1977–1987-ci illərdə Nəsimi rayonu 5 saylı orta məktəbdə təhsil alıb. 1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsinə daxil olub, 1994-cü ildə isə İnstitutu həkim-gigiyenist ixtisası üzrə bitirib. Həmin il Qərb Universitetinin Ümumbəşər Siyasət və İqtisadiyyat fakültəsinə daxil olub, 1996-cı ildə oranı "Siyasi elmlər bakalavrı" dərəcəsi ilə bitirib.Tibb elmləri üzrə fəlsəfə doktorudur (Elmi iş: "Qida məhsulları üzərində sanitar-parazitoloji monitorinqin təşkilinin və həyata keçirilməsinin epidemioloji effektivliyi"). == Fəaliyyəti == 1994-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkim-interna vəzifəsində əmək fəaliyyətinə başlayıb və 1995–1997-ci illərdə Gigiyena və Epidemiologiya Mərkəzində həkim, 1997–2004-cü illərdə qidalanma şöbəsinin müdiri, 2004–2005-ci illərdə "Nəbz" Tibb mərkəzinin baş direktoru, 2008–2016-cı illərdə isə "Medeks" MMC-də baş direktor vəzifələrində çalışıb.Müxtəlif tibbi layihələr həyata keçirən Q.Təhməzli ölkə hüdudlarından kənarda da geniş fəaliyyət göstərmişdir. 2012-ci ildə isə Avropa Biznes Assambleyasının Vyana şəhərində keçirilən təqdimat mərasimində tibb, kosmetologiya və laboratoriyalar nominasiyasında "Ən yaxşı top-menecer" adına layiq görülüb. 1992-ci ildə Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyünün müdafiəsi uğrunda Qarabağda gedən döyüşlərdə fəal iştirak etmiş, "Müharibə veteranı" statusuna layiq görülmüşdür. 25 dekabr 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təyin edilib.
Rövşən Təhməzov
Rövşən Təhməzov (tam adı: Rövşən Zahid oğlu Təhməzov, 15 may 1997; Sumqayıt, Azərbaycan – 8 oktyabr, 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rövşən Təhməzov 19 dekabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Rövşən Təhməzov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Təhməzov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəşad Təhməzov
Rəşad Qərib oğlu Təhməzov (12 yanvar 2002; Ərəbşalbaş, Qobustan rayonu, Azərbaycan — 29 sentyabr 2020; Gülüstan, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Təhməzov 2002-ci ilin yanvar ayının 12-də Qobustan rayonunda dünyaya gəlib. Xəzər rayonu, Qala qəsəbəsi 92 saylı tam orta məktəbdə təhsil almışdır. 28 mart 2020-ci ildə hərbi xidmətə çağırılıb. 2020-ci il yanvarin 24-də həqiqi hərbi xidmətə yola düşən Rəşad Goranboy rayonunda, N saylı hərbi hissədə xidmət keçib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rəşad Təhməzov Goranboy, Tərtər, Murovdağ və Suqovuşan istiqamətlərində döyüşüb. O, sentyabrın 29-da Goranboy rayonu, Gülüstan kəndi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrlə törədilmiş zədələnmə nəticəsində şəhid olub. Qobustanda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Təhməzqulu ağa Dünyamalıoğlu
Təhməzqulu ağa Dünyamalıoğlu — Borçalı mahalının tanınmış ağsaqqalı, Faxralı kəndinin kəndxudası. == Həyatı == Təhməzqulu ağa Dünyamalıoğlu dəqiq necənci ildə anadan olduğu dəqiq bilinmir. Güman edilir ki, XIX əsrin 40-cı illərindı anadan olmuşdur. Borçalının məşhur Həsənli nəslinə mənsubdur. 1872-ci ildə Borçalı mahalının Faxralı kəndinin kəndxudası təyin edilmişdir. Bu vəzifədə uzun müddət çalışmışdır. Azərbaycan və Gürcüstan sovetləşdikdən sonra bu ailənin bir çox üzvü təzyiqlərə məruz qalmışdır. Bunun nəticəsində Təhməzqulu ağa Dünyamalıoğlu 1927-ci ildə 80 yaşı olmasına baxmayaraq həbs edilir və Tiflisə aparılaraq güllələnir. == Ailəsi == 1927-ci ildə Təhməzqulu ağanın iki oğlu Nadir və İman həbs edilərək, Tiflisdəki Narınqala həbsxanasına salınırlar. İman Təhməzqulu ağa oğlu çətinliklə də olsa, həbsdən qaçaraq dostlarının köməkliyi ilə Türkiyəyə keçə bilir.
Şahin Təhməzov
Şahin Təhməzov (1 oktyabr 1968, Zəngilan – 12 dekabr 2015, Naxçıvan) — Naxçıvan Ədliyyə nazirinin müavini, Naxçıvan Penitensiar xidmətin rəisi. == Həyat və fəaliyyəti == 1 oktyabr 1968-ci ildə Zəngilan rayonunda anadan olub. Naxçıvan Dövlət Universitetini bitirib. Şahbuz rayon polis şöbəsinin rəisi olaraq fəaliyyət göstərib. Daha sonra isə Naxçıvan Ədliyyə nazirinin müavini və Naxçıvan Penitensiar xidmətin rəisi kimi vəzifələrdə çalışıb. == Mükafatları == Ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiyinə,ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində, cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştirakına görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təlfit edilib. == Ailəsi == Ailəli idi, 4 övladı var. == Vəfatı == 12 dekabr 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikasında ürək tutmasından vəfat edib.
Şəmsəddin Təhməzov
Şəmsəddin Sərvər oğlu Təhməzov (3 mart 2001; Masallı rayonu, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəmsəddin Təhməzov 2001-ci il martın 3-də Masallı rayonunun Güllütəpə kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şəmsəddin Təhməzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Şəmsəddin Təhməzov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəmsəddin Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əli Təhməzov
Təhməzov Əli Şahbaba oğlu (2 yanvar 1943, Keşdiməz, Ağsu rayonu) — Azərbaycan Respublikasının baş nazirinin müavini (1993–1994), Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri (1993–1994), Azərbaycan Respublikasının əməkdar inşaatçısı (1991). == Həyatı == Əli Təhməzov 2 yanvar 1943-cü ildə Ağsu rayonunun Keşdəməz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Azərbaycan Respublikasının əməkdar inşaatçısı və Azərbaycan Respublikasının əməkdar mühəndisidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 3 övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1961-ci ildə başlamış və tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi kimi fəaliyyət göstərmişdir. 1978-ci ildən 2 nömrəli Ev Tikmə Kombinatının rəisi, 1982-ci ildən Birlik İdarəsinin rəisi, 1985-ci ildən Bakı Baş Tikinti İdarəsinin rəisi, 1989-cu ildən Dəmir Yol İdarəsinin rəis müavini və 1992-ci ildən Nazirlər Kabinetində baş referent vəzifələrində çalışmışdır. 1993–1994-cü illərdə Azərbaycan Respublikasının baş nazirinin müavini və Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri vəzifələrində işləmişdir. 2003–2015-ci illərdə Azərbaycan Respublikası Rabitə Nazirliyinin Layihə İdarəsində rəis müavini çalışmışdır.
возглаша́ть креати́вный куми́ться ляди́нка моча́га оевропе́иться проду́мываться скомбини́ровать театрализа́ция деклара́нт если что отсо́с покуса́ть престолонасле́дник фауни́стика bloomery bugrake candle-power devotedly disinterment hydrosulfate tamarisk бултыхать внутривенный отуманивать