Rəşad Qərib oğlu Təhməzov (12 yanvar 2002; Ərəbşalbaş, Qobustan rayonu, Azərbaycan — 29 sentyabr 2020; Gülüstan, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Rəşad Təhməzov | |
---|---|
Rəşad Qərib oğlu Təhməzov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ərəbşalbaş, Qobustan rayonu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Gülüstan, Goranboy rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Qobustan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2020, 2021, |
Rəşad Təhməzov 2002-ci ilin yanvar ayının 12-də Qobustan rayonunda dünyaya gəlib. Xəzər rayonu, Qala qəsəbəsi 92 saylı tam orta məktəbdə təhsil almışdır. 28 mart 2020-ci ildə hərbi xidmətə çağırılıb.[2][3] 2020-ci il yanvarin 24-də həqiqi hərbi xidmətə yola düşən Rəşad Goranboy rayonunda, N saylı hərbi hissədə xidmət keçib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rəşad Təhməzov Goranboy, Tərtər, Murovdağ və Suqovuşan istiqamətlərində döyüşüb. O, sentyabrın 29-da Goranboy rayonu, Gülüstan kəndi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrlə törədilmiş zədələnmə nəticəsində şəhid olub. Qobustanda dəfn edilmişdir.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[8]