Təhməzov Əli Şahbaba oğlu (2 yanvar 1943, Keşdiməz, Ağsu rayonu) — Azərbaycan Respublikasının baş nazirinin müavini (1993–1994), Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri (1993–1994), Azərbaycan Respublikasının əməkdar inşaatçısı (1991).[1]
Əli Təhməzov | |
---|---|
18 may 1993 – 16 oktyabr 1994 | |
Baş nazir | Pənah Hüseyn (1993) Surət Hüseynov (1993-1994) Fuad Quliyev (1994-1996) |
Sonrakı | Abid Şərifov |
18 may 1993 – 16 oktyabr 1994 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Abid Şərifov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 yanvar 1943 (81 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Əli Təhməzov 2 yanvar 1943-cü ildə Ağsu rayonunun Keşdəməz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.
Azərbaycan Respublikasının əməkdar inşaatçısı və Azərbaycan Respublikasının əməkdar mühəndisidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, 3 övladı var.
Əmək fəaliyyətinə 1961-ci ildə başlamış və tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi kimi fəaliyyət göstərmişdir. 1978-ci ildən 2 nömrəli Ev Tikmə Kombinatının rəisi, 1982-ci ildən Birlik İdarəsinin rəisi, 1985-ci ildən Bakı Baş Tikinti İdarəsinin rəisi, 1989-cu ildən Dəmir Yol İdarəsinin rəis müavini və 1992-ci ildən Nazirlər Kabinetində baş referent vəzifələrində çalışmışdır.
1993–1994-cü illərdə Azərbaycan Respublikasının baş nazirinin müavini və Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri vəzifələrində işləmişdir.
2003–2015-ci illərdə Azərbaycan Respublikası Rabitə Nazirliyinin Layihə İdarəsində rəis müavini çalışmışdır.