Rövşən Təhməzov (tam adı: Rövşən Zahid oğlu Təhməzov, 19 dekabr 1991, Sumqayıt – 8 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Rövşən Təhməzov | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Roşka |
Doğum tarixi | 19 dekabr 1991(1991-12-19) |
Doğum yeri | |
Vəfat tarixi | 8 oktyabr 2020(2020-10-08) (28 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Rütbəsi | Əsgər |
Vəzifəsi | Kəşfiyyatçı |
Döyüşlər |
İkinci Qarabağ Müharibəsi • Füzuli uğrunda döyüşlər Cəbrayıl uğrunda döyüşlər |
Təltifləri |
Rövşən Təhməzov 19 dekabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
Rövşən Təhməzov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Təhməzov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]