ZÖHR

I
сущ. устар. полдень
II
прил. полуденный (происходящий в полдень). Zöhr namazı полуденный намаз (молитва)
ZÖHD
ZÖHRƏ
OBASTAN VİKİ
Zöhr namazı
Zöhr və ya günorta namazı 4 rəkətdir. Əvvəl vaxtı günortadır, son vaxtı isə şam azanına 4 rəkətlik namaz qılmaq üçün vaxt qalana qədərdir. == Zöhr namazının qılınma qaydası == 1-ci rükət Niyyət; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; 2-rükət: Həmd-surə; Qunut; Ruku; 2 səcdə; Təşəhhüd; 3-cü rükət 3 dəfə təsbihati-ərbəə; Ruku; 2 səcdə; 4-cü rükət: 3 dəfə təsbihati-ərbəə; Ruku; 2 səcdə; Təşəhhüd; Salam. === Niyyət: === Zöhr namazı qılıram vacib qürbətən iləllah. === Təkbirətul-ehram: === Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. === Həmd-surə: === Fatihə surəsi ilə İxlas surəsi oxumaq. === Qunut: === Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir. === Ruku: === Rukuda, yəni əllər dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. === 2 səcdə: === Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları.
Anatoli Zöhrabbəyov
Zöhrabbəyov Anatoli Həsən oğlu (14.05.1909 - 1946) — şair, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1909-cu il mayın 14-də Bakıda dəmiryolçu ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirmişdir. APİ-nin kimya fakültəsində təhsil almışdır (1931). Bir neçə il Azərbaycan SSR Neft sənayesi Elmi-Tədqiqat neft-kimya institutunda laborant, kiçik elmi işçi vəzifələrində çalışmışdır (1932-1933). Ədəbi fəaliyyətə 1940-cı ildən başlamışdır: dövri mətbuatda lirik şerlər, mahnı mətnləri çap etdirmişdir. Poetik yaradıcılığında Nizami Gəncəvidən tərcümələr başlıca yer tutur. Şairin "İsgəndərnamə" mənzum romanından rus dilinə etdiyi tərcümələr rəğbətlə qarşılanmışdır Əsərlərini rus dilində yazmışdır. "Odlu diyar" tarixi* romanı "Drujba narodov" almanaxında, "Vətən uğrunda" jurnalında, sonra isə ayrıca kitab Halında buraxılmışdır (1945). Burada XII əsr Azərbaycan ictimai-siyasi Hadisələri, xalq Həyatı, onun mübarizəsi maraqlı lövhələrlə təsvir edilmişdir.
Böyükgüllü zöhrəçiçəyi
Böyükgüllü zöhrəçiçəyi (lat. Cypripedium macranthos) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin zöhrəçiçəyi cinsinə aid bitki növü.
Davud Zöhrabov
Davud Ramazan oğlu Zöhrabov — Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2000). == Həyatı == Davud Zöhrabov 1929-cu il yanvarın 17-də Bakıda doğulub. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Mədəni Maarif ixtisasından sonra 1966-cı ildə Moskvada Kinematoqrafçılar İnstitutunun "kinoistehsalat təşkilatçılığı" kursunu bitirib. Kursu bitirəndən sonra orada "Möhkəm qoz" ("Krepkiy Oreşok") filmində direktor kimi təcrübə keçib. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Davud Zöhrabov 11 sentyabr 2005-ci ildə vəfat edib. == Filmoqrafiya == Bəxtəvər (film, 1990) Dəli Kür (film, 1969) Əlavə iz (film, 1981) Gözlə məni (film, 1980) Güzgü (film, 1990)(II) İstintaq (film, 1979) Qanlı zəmi (film, 1985) Ölsəm... bağışla (film, 1989) Park (film, 1983) Son tamaşa (film, 1989) Yeddi oğul istərəm...
Faiq Zöhrabov
Faiq Ramazan oğlu Zöhrabov (16 iyul 1939, Bakı – 5 iyun 2009, Bakı) — Teatr rejissoru, aktyor. == Həyatı == Faiq Zöhrabov 1939-cu il iyul ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1957–1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəqqas kimi fəaliyyət göstərmişdir. 1963–1968-ci illərdə o, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. İnstitututu bitirdikdən sonra, həmin təhsil ocağında "Aktyor sənəti" kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 1965–1972-ci illlərdə F. Zöhrabov Bakı Pioner və Məktəblilər Parkının direktoru işləmişdir. 1972–1975-ci illərdə o, Aktyor evinin direktoru, 1975–1977-ci illərdə Səyyahçılar və ekskursiya bürosunun direktoru işləmişdir. 1968–1985-ci illərdə F. Zöhrabov İncəsənət İnstitutunda aktyor sənətindən dərs demişdir. 1985–88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrına dəvət olunmuş və orada 4 il baş rejissor vəzifəsində çalışmışdır. Bu dövrdə rejissor A. P. Çexovun "Elçilik", A. Şirvanzadənin "Nakam qız", Q. Lezqinsovun "Dağlar oğlu", N. Hikmətin "Bayramın birinci günü", Ü. Hacıbəyovun "O olmasın, bu olsun" və s.
Kərimov Zöhrab
Mirzə Salah bəy Zöhrabbəyov
Mirzə Salah bəy Hacı Nəcəf bəy oğlu Zöhrabbəyov (1859, Şuşa – 1940) — görkəmli pedaqoq, Fransada, Rusiyada oxumuş ziyalı. == Həyatı == Mirzə Salah bəy Hacı Nəcəf bəy oğlu 1859-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Fransaya yollanmış, burada 12 il təhsil aldıqdan sonra o, Rusiyaya gəlir və Sankt-Peterburq şəhərində təhsilini davam etdirmişdi. İnqilabdan əvvəl Şuşaya qayıdır, öz vəsaitinə məktəb tikdirir və həmin məktəbdə rus dili dərsini deməyə başlayır. Bu tədris fənni üçün Mirzə Salah bəy Zöhrabbəyov "Azərbaycanlılar üçün rus dilinin tədrisi" dərslik vəsaitini yazmışdır. Bir müddət Şuşa real məktəbində müəllim işləmişdi. O, Firidun bəy Köçərli birlikdə "Təlimati-lisani-türki" dərsliyini tərtib etmişdi. Sovet hakimiyyəti gəldikdən sonra o, öz xoşu ilə Şuşadakı, Vladiqafqazdakı evlərini və şəxsi banklarını onlara təhvil verib, öz məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdi. Mirzə Salah Zöhrabbəyov 1940-cı ildə vəfat edib.
Mirzə Salah bəy Zöhrabbəyovun evi
Zöhrabbəyovun evi ― Şuşanın məşhur soylarından biri Zöhrabbəyovların nəslindən olan Abbasqulu bəy Zöhrabbəyovun evi. Ev Şuşa şəhərində Ocaqqulu küçəsində yerləşir və XIX əsrdə tikilib. == Tarixi == Evin sahibi Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Sonradan Mirzə Əkbər dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb. Sovet işğalından sonra Abbasqulu bəyin evi müsadirə edilir özü isə ailəsi birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib. 8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb.
Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi
Zöhrabbəyovun evi ― Şuşanın məşhur soylarından biri Zöhrabbəyovların nəslindən olan Abbasqulu bəy Zöhrabbəyovun evi. Ev Şuşa şəhərində Ocaqqulu küçəsində yerləşir və XIX əsrdə tikilib. == Tarixi == Evin sahibi Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Sonradan Mirzə Əkbər dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb. Sovet işğalından sonra Abbasqulu bəyin evi müsadirə edilir özü isə ailəsi birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib. 8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb.
Namus Zöhrabov
Namus Zöhrabov — Əməkdar artist. == Həyat və fəaliyyəti == Namus Zöhrabov 1959-cu ildə Bakıda dünyaya gəlib. 1972-ci ilədək 167 nömrəli məktəbdə oxuyub. 5-ci sinfi bitirdikdən sonra indiki Bakı Xoreoqrafiya Akademiyasına qəbul olunub. 1975-ci ilədək oranın xalq rəqsləri şöbəsində təhsil alıb. Rəqsə Bakı Pionerlər Evində Böyükağa Məmmədovun rəhbərliyi altında "Cücələrim" ansamblında başlayıb. Sonradan müxtəlif mədəniyyət evlərində fəaliyyət göstərən rəqs dərnəklərinin üzvü olub. 1974-1975-ci illərdə Qorxmaz Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında çalışıb. 1975-ci ildə Tanxo İzrayilovun Dağıstanda rəhbərlik etdiyi "Ləzqinka" Dövlət Rəqs Ansamblına dəvət alıb. 1977-ci ilədək bu heyətdə çıxışlar edib.
Nəzirməmməd Zöhrablı
Nəzirməmməd Zöhrablı (tam adı:Nəzirməmməd Cankişi oğlu Quliyev) — Jurnalist-publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü. == Həyatı == Nəzirməmməd Zöhrablı 1965-ci ildə Masallı rayonunun Qədirli kəndində anadan olub. 1993-cü ildə M. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsini bitirib. 1993-cü ildən etibarən ölkə miqyaslı "Odlar Yurdu", "Respublika", "Panorama", "Yeni Zaman", "Vətəndaş Həmrəyliyi", "Xəzər" qəzetlərində, AzTV, ANS TV telekanallarında müxbir, şöbə müdiri, redaktor, sabiq özəl "Loğman" Tibb Texnikumunun mətbuat xidmətinin rəhbəri, Söz Azadlığını Müdafiəsi Fondunda (SAMF) layihələr üzrə koordinator, Mədəniyyət Nazirliyi "Xatirə" kitabı redaksiyasında redaktor, Qaynar tv-də redaktor vəzifələrində işləyib. Yüzlərlə publisistik məqalənin, "Üçrəngli bayrağa bürünmüş şairə", "Hər yarpaq bir sözümüz", "Gözlər yoldan yığılarmı…" və "İgid ömrü" kitablarının müəllifi, "Həsən bəy Zərdabi və "Əkinçi", "Şuşa və Ağdamın Turizm Potensialı", ""Qarabağ muzeyləri" ensiklopedik-məlumat kitabı" kitablarının həmmüəllifidir. Bir neçə kitabın, o cümlədən şair M. Yaqubun 75 yaşı münasibətilə işıq üzü görmüş "Dövrün dəyirmanı", "Sevgi şeirləri", "İndi bildim nağıldı…", "Gərək bu sözümü daşlara yazam" kitablarının, həmçinin şairin yaradıcılığına həsr olunan "Qara daşın sədası", Alim Məhərrəmlinin "Hardasan, evi tikilmiş…", Moskvada yaşayan həmyerlimiz, detektiv yazıçı Elçin Qasanovun "Azəri qızı Yerevanda" kitabının, eləcə də Çingiz Abdullayevin "Əclafların kredosu", "Namərdin üslubu", "Qələbənin səcdəgahı", Misir yazıçısı Necib Mehfuzun "Yeni Qahirə", Fransa yazıçısı Mark Levinin "Hardasan", Ukrayna yazıçısı Pavel Zaqrebelnının məşhur Hürrəm Sultandan bəhs edən "Poksolana", ABŞ yazıçısı Stiven Kinqin "11/22/63" romanı, Fransız yazıçısı Frederik Beqbederin "Ona və Selincer", məşhur detektiv yazıçı Aqata Kristinin "Quzğun yuvası" s. kitabların azərbaycancaya tərcümələrinin redaktorudur. Söz azadlığının, Azərbaycan dilinin qorunmasını, çağdaş jurnalistikanın inkişafını stimullaşdıracaq bir sıra layihələrin müəllifidir.
Ramiz Zöhrabov
Zöhrabov Ramiz Fərzulla oğlu (2 may 1939 – 24 aprel 2017) — Azərbaycan mədəniyyətinin alimi. Tanınmış musiqişünas-alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının Xalq artisti, sənətşünaslıq doktoru, professor. == Həyatı == Ramiz Zöhrabov 1939-cu il may ayının 2-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbində təhsil almış və 1958–1960-cı illərdə Konservatoriyanın ifaçılıq fakültəsinin simli alətlər şöbəsində oxumuş, 1965-ci ildə isə Konservatoriyanı musiqişünaslıq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1965-ci ildə Gəncə şəhərindəki Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbində musiqi tarixi və nəzəriyyəsi üzrə müəllim kimi başlayan Ramiz Zöhrabov 1966–1968-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq musiqisi üzrə redaktor vəzifəsində işləmişdir. O, 1968–1969-cu illərdə Bakı şəhər 16 saylı musiqi məktəbində musiqi nəzəriyyəsindən dərslər aparmış, 1969-cu ildən etibarən indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, baş müəllimi, dosenti və professoru, 1989-cu ildən isə həmin kafedranın müdiri olmuşdur. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi seçilən Ramiz Zöhrabov 2012-ci ilədək həmin vəzifədə çalışaraq, ölkəmizdə musiqişünaslığın inkişafına dəyərli töhfələr vermişdir. Professor Ramiz Zöhrabovun elmi fəaliyyəti Azərbaycanın zəngin musiqi irsinin tədqiqi və təbliği ilə sıx bağlıdır. Alimin Azərbaycan muğamlarına, o cümlədən təsniflərə, zərb-muğamlarına və dəsgahlara həsr etdiyi 200-dən artıq elmi əsər və kitab mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Görkəmli muğam ustadlarının ifasından çox sayda muğam və təsniflərin ilk dəfə nota alınması Ramiz Zöhrabovun səyləri nəticəsində gerçəkləşmişdir.
Sərhəd Zöhrabbəyov
Sərhəd Zöhrabbəyov (tam adı: Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov) — baş leytenant, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş igid döyüşçü. == Həyatı == Sərhəd Zöhrabbəyov 1956-cı ilin dekabr ayının 14-də Azərbaycan Respublikasının Qusar rayonunun Yasab kəndində ləzgi ailəsində anadan olmuşdur. Yasap kənd orta məktəbini bitirdikdən sonra 1979-cu ildə Gəncə Kənd Təsərrüfat Akademiyasının aqronomiya şöbəsini bitirib, Bərdə rayonunun «Komsomol», «Kalenin», «C.Cabbarlı» adına kolxozlarda baş aqronom, idarə heyətinin sədri, meşə kənd təsərrüfat idarəsinin müdiri vəzifələrində işləmişdir. S.Zöhrabbəyov son iş yerindən könüllü vətən çağrışına qoşulmuş, Bərdə hərbi batalyonun qərargah rəisi olmuş, yüksək döyüş qəhrəmanlığı gəstərmiş 1992-ci ilin avqustun 24-də Dranbom uğrundakı vuruşmalarda şəhid olmuşdur. Məzarı Qusar rayonunun Yasab kəndindədir. Birinci dərəcəli idmançı, cəsur döyüşçü Sərhədin həyat yoldaşı Etibar xanım, oğlu Zöhrab, qızı Reyhanə Bərdə şəhərində yaşayırlar. Ölümündən sonra baş leytenant Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov Azərbaycan Respublikasının prezidentinin 1994-cü il tarixli əmri ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdur. Bərdə və Qusar rayonlarında küçələrdən biri onun adını daşıyır. Sərraf Şiruyənin "Ölümdən sonrakı ömür" kitabı «Azərbaycan bayrağı» ordenli igid döyüşçü, cəsur kəşfiyyatçı, vətən yolunda qəhrəmancasına şəhid olmuş Bərdə hərbi batalyonunun qərargah rəisi Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyovun döyüş fəaliyyətinə həsr olunmuşdur. == Şəkilləri == == Mənbə == Sərraf Şiruyə "Ölümdən sonrakı ömür", Gəncə-1997.
Vəcihə Zöhrabova
Vəcihə Ramazan qızı Zöhrabova — Azərbaycanlı alim, Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Vəcihə Ramazan qızı Zöhrabova – 20 may 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1960-cı ildə "qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirmiş və Geologiya İnstitutunda işləməyə başlamışdır. Geologiya-mineralogiya üzrə fəlsəfə doktorudur, elmi rütbəsi dosentdir. == Fəaliyyəti == Vəcihə Zöhrabovanın elmi fəaliyyəti qeyri-filiz faydalı qazıntıların litologiyası və mineralogiyasının öyrənilməsi ilə bağlıdır. O, 1989-cu ildə "Şamaxı-Qobustan bölgəsinin eosen bentonit təzahürlərinin əmələ gəlmə şəraiti və maddi tərkibi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Şixandağ yatağını kəşf və tədqiq etmişdir. Əmbizlər, Qabandağ, Ağdərə, Yunusdağ-Ağburun, Kemçi və s. qələvili bentonit təzahürlərini aşkar etmişdir. Vəcihə Zöhrabova 1973-1978-ci illərdə "Qeyri-metallik faydalı qazıntıların geologiyası və mineralogiyası" laboratoriyasının əməkdaşları ilə birlikdə Tovuz və Qazax rayonları ərazisində yerləşən seolitləşmiş tuflar (Aydağ və Yuxarı Öksürlü yataqları), bentonit gilləri (Daşsalahlı və Qaymaqlı yataqları) və kaolinləşmiş süxurların (Kotandağ və Kəmərli yataqları) tədqiqatı ilə məşğul olmuşdur.
Zöhrab Zeynallı
Zöhrab Ramazan oğlu Zeynallı (1938, Ordubad) — Prezident təqaüdçüsü, veteran jurnalist və əməkdar mədəniyyət işçisi. == Həyatı == Kərbəlayi Zöhrab Ramazan oğlu Zeynallı 1938-ci il yanvarın 25-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Zöhrab müəllim Azərbaycanın görkəmli jurnalisti Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri proqramının baş direktoru, "Qızıl qələm","Həsən Bəy Zərdabi" mükafatı laureatıçısı, əməkdar mədəniyyət işçisi, Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür eləcə də görkəmli Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor, müasir türkologiyanın inkişafında müstəsna xidmətləri olan Fərhad Zeynalovun qardaşıdır. Ailəlidir, 2 övladı var. == Təhsili == İlk təhsilini Ordubad rayonu, Əylis kəndində yerləşən M. T. Sidqi adına 1 №-li orta məktəbdə almışdır. Orta məktəbi yüksək qiymətlərlə başa vurduqdan sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsinə daxil olmuşdur. 1962-ci ildə Universiteti bitirərək gənc jurnalist diplomu alan Z. Zeynallı təhsilini davam etdirmək məqsədilə yenidən Universitetə öz sənədlərini vermiş və 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin ərəb şöbəsinin axşam növbəsinə qəbul olunmuşdur. Bu dövrdə əmək fəaliyyətinə başlamasına baxmayaraq təhsilini davam etdirmiş və 1976-cı ildə ulu öndərimiz Heydər Əliyevin qayğısı sayəsində Moskvada İctimai Elmlər Akademiyasında yüksək ali təhsil alan bir neçə Azərbaycan jurnalistindən biri olmuşdur. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1957-ci ildə universitetini bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" nəşriyyatında başlamış və nəşriyyat işinin incəliklərini dərindən öyrəndikdən sonra yenidən təhsil almaq qərarına gəlmişdir. İkinci təhsilini 1964-cü ildə başa vurduqdan sonra isə Azərbaycan Dövlət Teleradiosuna dəvət edilmiş 2007-ci ilin yanvar ayınadək Dövlət Teleradio verlişləri komitəsində şöbə müdiri, baş redaktor və proqram direktoru kimi məsul vəzifələrdə çalışmışdır.
Zöhrab Əliyev
Zöhrab Əliyev (tam adı: Zöhrab Hüseyn oğlu Əliyev; 22 mart 1933, Qazyan, Ucar rayonu – 31 iyul 2019) — biblioqrafiyaşünas, professor. == Həyatı == Zöhrab Hüseyn oğlu Əliyev 1933-cü il mart ayının 22-də Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. 1949–1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin kitabхanaçılıq şöbəsində təhsil almışdır. == Fəaliyyəti == 1954-cü ildə M.F.Aхundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasında (indiki Azərbaycan Milli Kitabхanası) biblioqraf vəzifəsində işləmiş, bir ildən sonra Mədəniyyət Nazirliyinin kitabхanalar üzrə metodisti vəzifəsinə keçirilmişdir. Yenidən BDU-ya qayıdan Zöhrab Əliyev 1956-cı ildə respublikamızda kitabхanaşünaslıq-biblioqrafiya iхtisası üzrə ilk aspirant olmuşdur. 1963-cü ildə Zöhrab Hüseyn oğlu Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika üzrə Müdafiə Şurasında "Azərbaycanda biblioqrafiya işinin inkişafı tariхindən (1920–1958)" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsini almışdır. 1970-ci ildə Z.Əliyevə dosent, 1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmədən, elmi yetkinliyini və qiymətli elmi-tədqiqat əsərlərinin müəllifi olduğu nəzərə alınaraq professor elmi rütbəsi verilmişdir. Ömrünün yarıdan çoхunu Biblioqrafiyaşünaslıq elminin inkişafına həsr edən alim 10 il BDU-da Kitabxanaçılıq fakültəsinin dekanı olmuş, 1984-cü ildən "Biblioqrafiyaşünaslıq" kafedrasının müdiri vəzifəsində çalışmış, Bakı Dövlət Universitetinin böyük Elmi Şurasının üzvü, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin vahid Elmi-Metodiki Şurasının Kitabхanaşünaslıq-biblioqrafiya bölməsinin sədr müavini kimi də fəaliyyət göstərmişdir. Professor Z.Əliyevin tanınmış yetirmələri sırasında professor Xəlil İsmayılov, dosent Nadir İsmayılov, dosent Knyaz Aslan, dosent Mehmanəli Məmmədov, dosent Aşur Əliyev, tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədov, dosent Solmaz Sadıqova, dosent Xuraman Ağayeva və digər adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış alimlər vardır. Görkəmli alim, professor Zöhrab Əliyev zəngin elmi aхtarışlarının nəticəsi kimi, Biblioqrafiyaşünaslıq elminə 50-dən çoх məqalə, 10-a yaхın monoqrafiya, dərslik və dərs vəsaitlərini töhfə etmişdir.
Zöhrababad (Biləsuvar)
Zöhrababad (fars. سهراب اباد‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 67 nəfər yaşayır (15 ailə).
Zöhrabbəyovlar
Zöhrabbəyovlar — Azərbaycanın, Qarabağın qədim və məşhur soylarından biri. == Soyun yaranması == Zöhrabbəyovların ulu babası Zöhrab bəydir. Zöhrab bəy təxminən 1757-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Yaxın qohumu Qalabəyovlara xidmət etmişdi. Qalabəyovların nümayəndələri həm Şuşa şəhərinin qalabəyi, həm də Otuziki mahalının naibləri idilər. Zöhrab bəyin törəmələri Zöhrabbəyov soyadını daşıyırlar. == Zöhrabbəyovların malikanəsi == Zöhrabbəyovların Şuşa şəhərində böyük 3 mərtəbəli mülkləri vardı. == Soyun tanınmış nümayəndələri == Mirzə Salah bəy Zöhrabbəyov — görkəmli pedaqoq, Fransada, Rusiyada oxumuş ziyalı. Abbasqulu bəy Zöhrabbəyov Əsgər bəy Zöhrabbəyov Ələsgər bəy Zöhrabbəyov == Mənbə == Ənvər Çingizoğlu, Zöhrabbəyovlar, "Soy" dərgisi, 3 (11), Bakı, 2008. səh.3-15.
Zöhrabbəyovların evi
Zöhrabbəyovun evi ― Şuşanın məşhur soylarından biri Zöhrabbəyovların nəslindən olan Abbasqulu bəy Zöhrabbəyovun evi. Ev Şuşa şəhərində Ocaqqulu küçəsində yerləşir və XIX əsrdə tikilib. == Tarixi == Evin sahibi Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Sonradan Mirzə Əkbər dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb. Sovet işğalından sonra Abbasqulu bəyin evi müsadirə edilir özü isə ailəsi birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib. 8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb.
Zöhrabbəyovun evi
Zöhrabbəyovun evi ― Şuşanın məşhur soylarından biri Zöhrabbəyovların nəslindən olan Abbasqulu bəy Zöhrabbəyovun evi. Ev Şuşa şəhərində Ocaqqulu küçəsində yerləşir və XIX əsrdə tikilib. == Tarixi == Evin sahibi Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Sonradan Mirzə Əkbər dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb. Sovet işğalından sonra Abbasqulu bəyin evi müsadirə edilir özü isə ailəsi birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib. 8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb.
Zöhrabkənd
Zöhrabkənd — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Zöhrablı
Zöhrablı (Qəmərli) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Zöhrablı (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Zöhrablı (Meşkinşəhr)
Zöhrablı (fars. سهرابلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 215 nəfər yaşayır (41 ailə).
Zöhrablı (Qəmərli)
Zöhrablı (Mrqanuş) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin digər adı Zorbalı olmuşdur. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. Toponim qaşqay türk tayfasından olan zöhrablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronomik toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20. VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqanuş qoyulmuşdur. == Əhalisi == Burada tarixən azərbaycanlılar yaşamışdır.
Zöhramı
Zöhramı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == İnfrastruktur == Kənd 19 iyul 2013-cü ildə ölkə Prezidentinin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. == Əhalisi == === Tanınmışları === Sərdar Zülfüqarov — Azərbaycan alimi.
Zöhrə
Zöhrə— İranın Xuzistan ostanının Hindican şəhristanının Çəm Xələf İsa bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,282 nəfər və 267 ailədən ibarət idi.

Digər lüğətlərdə