Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi

Zöhrabbəyovun evi ― Şuşanın məşhur soylarından biri Zöhrabbəyovların nəslindən olan Abbasqulu bəy Zöhrabbəyovun evi.[2] Ev Şuşa şəhərində Ocaqqulu küçəsində yerləşir[3] və XIX əsrdə tikilib.

Zöhrabbəyovun yaşayış evi
Xəritə
39°45′34″ şm. e. 46°45′22″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Ocaqqulu Musayev küçəsi[1]
Memar Kərbəlayı Səfixan Qarabaği
Tikilmə tarixi XIX əsr
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti naməlum
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.5156
ƏhəmiyyətiYerli əhəmiyyətli
Zöhrabbəyovun yaşayış evi (Azərbaycan)
Zöhrabbəyovun yaşayış evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Evin sahibi Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Sonradan Mirzə Əkbər dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb.[4]

Sovet işğalından sonra Abbasqulu bəyin evi müsadirə edilir özü isə ailəsi birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib.[5]

8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb. 28 illik işğal dövründə bina baxımsızlıq ucbatından dağıntılara məruz qalıb.[6]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

3 mərtəbəli evin iri və geniş şüşəbəndi başdan ayağa antik rəsmlərlə bəzədilib. Hər mərtəbədə 200–250 nəfərlik zal, şüşəbənd, yataq otağı, uşaq otağı, buxarılı aşbazxana, ayaqyolu var.[4]

Erməni işğalından sonra evin vəziyyəti:

  1. "Zöhrabbəyovun yaşayış evi" (az.). 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2021.
  2. Nigar Adil, Səbuhi Məmmədli. "Bəy qızının bir əsrlik inadı: "Şuşaya gedə bilməzdim..."" (az.). lent.az. 22.01.2021. 22.01.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.09.2021.
  3. "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" (PDF) (az.). mct.gov.az. 02.08.2001. 20.05.2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23.09.2021.
  4. 1 2 Ənvər Çingizoğlu. "Abbasqulu bəy Zöhrabbəyov: bəylikdən bəzirganlığa." (az.). xudaferin.eu. 25.06.2020. 22.01.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2021.
  5. Nigar Adil, Səbuhi Məmmədli. "Şuşadakı 81 illik sirr, dağılan tifaq, bəy qızının inadı - I hissə" (az.). lent.az. 21.01.2021. 21.01.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2021.
  6. Yelena Ostapenko, Emil Nəsirov. "Воспоминания дочери бека: «Я помню наш дом в Шуше вплоть до последнего камня…»/ Bəy qızının xatirələri: "Mən Şuşadakı evimizin axırıncı daşına qədər xatırlayıram"" (rus). 1news.az. 01.03.2021. 27.09.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]