çınqıl-qumlu

çınqıl-qumlu
çınqıl-qum
çınqıllı
OBASTAN VİKİ
Çınqıl
Çınqıl, çaydaşı və ya qənbər — dənizin, çayların və göllərin dalğalarının təsiri altında aşılanaraq yumru, hamar forma almış müxtəlif dağ süxurlarının qırıntıları, xırda daş. Çay daşları adətən daha iri olur. 10–20 sm qədər. Dəniz daşları daha yastı və kiçik. Əsasən yol tikintisində və beton istehsalında istifadə olunur.
Qumlu
Qumlu (Qürvə) Qumlu (Çaroymaq) Qumlu (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qumlu — Zaqatala rayonunda göl.
Qumlu (Qürvə)
Qumlu (fars. قاملو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 713 nəfər yaşayır (171 ailə). Əhalisini kürdlər təşkil edir.
Qumlu (ada)
Qumlu adası — Laptevlər dənizində yerləşən elədə böyük olmayan ada. Böyük Beqiçev adasından 74 km aralıda yerləşir. Materiklə arasındakı məsafə isə 62 km-dir. Ada atolla bənzər formaya malikdir. Şimaldan cənubda diğru əyilir. Uzunluğu 12 km təşkil edir. Daxili hissədində laqun yerləşir. Adada yaşayış əlaməti yoxdur. İlin böyük qismi buzla öttülü olur. Burada fırtınalar müşahidə edilir.
Qumlu (Çaroymaq)
Qumlu (fars. ‎‎‎‎‎قملو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Qumlu adası
Qumlu adası — Laptevlər dənizində yerləşən elədə böyük olmayan ada. Böyük Beqiçev adasından 74 km aralıda yerləşir. Materiklə arasındakı məsafə isə 62 km-dir. Ada atolla bənzər formaya malikdir. Şimaldan cənubda diğru əyilir. Uzunluğu 12 km təşkil edir. Daxili hissədində laqun yerləşir. Adada yaşayış əlaməti yoxdur. İlin böyük qismi buzla öttülü olur. Burada fırtınalar müşahidə edilir.
Qumlu yovşan
Qumlu yovşan (lat. Artemisia arenaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan yarımadasında, Azov və Qara dəniz sahillərində, Qərbi Qafqazda çöllərdə, qumluqlarda bitir. == Botaniki təsviri == Hündürlüyü 20-100 sm-ə çatan yarımkoldur. Gövdələri bünövrəsində oduncaqlı, vegetativ zoğları qısadır. Yarpaqları yaşıl, bir az ətli, təxminən çılpaq, uc hissələrdə ensiz seqmentlərə bölünmüşdür. Alt yarpaqları uzun saplaqlı, digərləri oturaqdır. Səbətləri yumurtavari oturaq olub, şaxələnmiş süpürgəyə yığılmışdır. Yarpaqların uc hissələri lansetvari-xətvari və ya xətvari formalı bölünmüş, uzunluğu 10-15 mm, eni 1 mm-dir. Səbətləri xırda, uzunluğu 3 mm, eni 2 mm-dir.
Qumlu (Gədəbəy)
Qumlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Hal-hazırda kənd Gədəbəy şəhəri ilə birləşdirilmişdir. == Toponimikası == Oykonim kəndin yerləşdiyi ərazinin səciyyəsini verir.
Böyük Qumlu səhra
Böyük Qumlu səhra (ing. Great Sandy Desert) və ya Qərbi səhra — qum və şoranlıqdan ibarət olan səhra Avstraliyanın şimal-qərbində (Qərbi Avstraliya ştatı) qərarlaşır. Səhra 360 000 km² sahəyə malik səhra, Kanninq hövzəsi kənarındadır. Qərbdən 900 km şərqdə Səkkizmillik çimərlikdən Hind okeanı sahillərindən Şimal ərazisindəki Tanami səhrasına keçir. Cənub hissədə hündürlük 400–500 m, şimalda isə 300 metrdir. Ərazisinin bir hissəsini Dyunlar təşkil edir. Burada dyunların orta hündürlüyü 10-12 metr, maksimal hündürlük isə 30 metrdir. Bəzi dyunların uzunluğu 50 km qədər uzanır. Ərazidə şoranlıqlar geniş sahə tutsa da, bu soran-göllər nadir hallarda dolur: cənubda Disappoyntment, şərqdə Makkay, şimalda Qreqori. Şoran göllər Stert-Krik çayı ilə qidalanır.
Kiçik Qumlu səhra
Kiçik Qumlu səhra (ing. Little Sandy Desert) — Avstraliyanın qərbində (Qərbi Avstraliya) yerləşən səhra. Böyük Qumlu səhranın cənubunda, şərqdən Gibson səhrasına keçir. Səhranın adı sahəsinə görə verilmişdir. Səhranın sahəsi 101 min. km² təşkil edir. Orta illik yağıntının miqdarı 150–200 mm, buxarlanmanın miqdarı isə 3600–4000 mm təşkil edir. Yayda orta temperatur 22 - 38,3 °C, qışda isə 5,4—21,3 °C-dir. Ən iri axarı Seyvori-Krik çayıdır ki, oda Disappoyntment gölünə tökülür. Göl səhranın şimalında yerləşir.
Ordubad çınqıl-qum qarışığı yatağı
Ağ və ya qumlu yovşan
Naxçıvan Çınqıl-Qum Qarışığı Yatağı-II
Naxçıvan Çınqıl-Qum Qarışığı Yatağı-II — Naxçıvan şəhərindən 10 km şimal-şərqdədir. == Haqqında == Geoloji quruluşunda Müasir dövrün çaqıl , çınqıl və qum qarışığından ibarət allüvial-prolüvial çöküntüləri iştirak edir. Sahəsi. 2 km2, faydalı qatın qalınlığı 4,5-6,2 metrdir. Texnoloji tədqiqatlara görə, çınqıl-qum qarışığı “250” markalı adi və hidrotexniki beton istehsalına yararlıdır Yatağın V+S1 kateqoriyaları üzrə ehtiyatı 11047 min m3-dir. Yataq 1979-cu ildən istismar olunur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Naxçıvan Çınqıl Qum Qarışığı Yatağı-I
Naxçıvan Çınqıl Qum Qarışığı Yatağı- I — Naxçıvan şəhərinin cənub hissəsindədir. == Haqqında == Geoloji quruluşunda müasir dövrün çaqıl, çınqıl, qayma və qum qarıçığından ibarət allüvial çöküntüləri iştirak edir. Çaqıl-çınqıl qarışığı yuvarlaqlaşmış əhəngdaşı, qumdaşı, andezit -dasit və diorit süxurlarından ibarətdir. Yatağın sahəsi 1,33 km2, faydalı qatın qalınlığı 9,7-9,8 metrdir. Texnoloji tədqiqatların nəticələrinə görə, çaqıl-çınqıl qarışığı “200-250” markalı beton, asfalt-beton istehsalına və hidrotexniki qurğuların tikintisinə yararlıdır. Yatağın V+S1 kateqoriyaları üzrə ehtiyatı 27957 min m3 -dir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.