Kiçik Qumlu səhra

Kiçik Qumlu səhra (ing. Little Sandy Desert) — Avstraliyanın qərbində (Qərbi Avstraliya) yerləşən səhra. Böyük Qumlu səhranın cənubunda, şərqdən Gibson səhrasına keçir. Səhranın adı sahəsinə görə verilmişdir.

Kiçik Qumlu səhra
Little Sandy Desert
Ümumi məlumatlar
Sahəsi 101,000 km²
Yerləşməsi
25°00′00″ c. e. 121°00′00″ ş. u.
Ölkə  Avstraliya
Kiçik Qumlu səhra xəritədə
Kiçik Qumlu səhra
Kiçik Qumlu səhra
Kiçik Qumlu səhra (Avstraliya)
Kiçik Qumlu səhra
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səhranın sahəsi 101 min. km² təşkil edir. Orta illik yağıntının miqdarı 150–200 mm, buxarlanmanın miqdarı isə 3600–4000 mm təşkil edir. Yayda orta temperatur 22 - 38,3 °C, qışda isə 5,4—21,3 °C-dir. Ən iri axarı Seyvori-Krik çayıdır ki, oda Disappoyntment gölünə tökülür. Göl səhranın şimalında yerləşir. RudallKotton çayı səhranın şimal sərhədindən axır. Əsasən qırmızı qumlarla örtülüdür[1]

1997 ildəregionda böyük yanğın baş vermişdir. 2000-ci ildə isə yanğın nəticəsində regionun 18,5% yanmışdır. Ərazinin 4,6% qorunma statusuna malikdir.[2]

Səhra daxilində iri yaşayış məntəqəsi yoxdur. Ərazi Avstraliya aborigenlərinə məxsusdur. Burada ən iri yaşayış məntəqəsi Parnnqurrdur[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Little Sandy Desert". 2011-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-10.
  2. 1 2 "Little Sandy Desert bioregion" (PDF). 2011-03-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-06-10.