Şoviss ilan soğanı
Hündürlüyü 10-15 (20) sm olan, bitkidir.Soğanağı yumurtaşəkilli olub, tünd-boz rəngli qını vardır.
== Yarpaq ==
Yarpaqları ensiz xətvaridir, asılı haldadır, üst tərəfdən novşəkillidir və gövdədən uzundur.
== Çiçək ==
Salxımı sıxdır, uzunsovyumurtaşəkillidir,uzunluğu 4 sm-ə qədərdir.Çiçək saplağı çiçəklərdən qısadır. Çiçək yanlığı yumurtaşəkilli-bardağaoxşar olub,uzunluğu 5 mm-ə qədərdir, açıq-göy, mavi,nadir hallarda ağımtıl rəngdədir;çiçəkyanlığının dişcikləri dəyirmi-üçbucaqlıdır,bükülmüşdür və ağ rəngdədir. Bar verməyən
çiçəkləri çoxsaylı deyidir, bar verənlərə nisbətən daha açıq çalarlıdır.
== Çiçəkləməsi ==
(Aprel) May-İyun
== Azərbaycanda yayılması ==
BQ (Quba),BQ şərq, KQ şimal, KQ mərkəzi, KQ cənub,Nax. dağ., Nax. düz. Aşağı dağ qurşağından, orta dağ qurşağına qədər.
== Yaşayış mühiti ==
Otlu yamaclarda,kolluqlarda, meşə kənarında, qayalı-çınqıllı və əhəngli yerlərdə, dağ-bozqır yamaclarda rast gəlinir.