İTBURNU

I
сущ. бот. шиповник:
1. дикая роза с простыми, не махровыми цветками. Ağ itburnu белый шиповник
2. плод этого кустарника. İtburnu yetişib шиповник созрел, qurudulmuş itburnu сушеный шиповник
II
прил. шиповниковый. İtburnu kolu шиповниковый куст, itburnu çayı шиповниковый чай
İTBOĞAN
İTBURUN
OBASTAN VİKİ
Marşal itburnu
Nizami itburnu
Qalxanvari itburnu
Qalxanvari itburnu (lat. Rosa corymbifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Ukraynada, Krımda, Rusiyada, Moldovada, Qafqazda, Orta Asiyada, Avropada, Şimali Afrikada, Ön Asiyada, Pirney yarmadasında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan koldur. İynələri qarmaqvari, xırda, yarpaqları 5-7, iri yumurtavari, alt tərəfi tükcüklü, sadə dişlidir. Çiçəkləri uzun saplaqlarda, ağ və ya əsasən açıq çəhrayı, orta ölçülüdür, çiçəkaltlığı lansetvaridir, kasayarpaqları aşağıya əyilmiş, lələkvaridir. İyun-iyulda çiçəkləyir. == Ekologiyası == Meşədə açıq yamaclarda, orta dağ qurşağına qədər, kölgəli və rütubətli yerlərdə, dağ çaylarının sahillərində, kolların arasında, dəniz səviyyəsindən 2300 m hündürlükdə tək və ya kiçik qruplarla bitir. == Azərbaycanda yayılması == Kiçik və Böyük Qafqaz (Balakən, Zaqatala), Kür-Araz ovalığında, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir. == İstifadəsi == Balverici, dekorativ bitkidir.
Qazaryan itburnu
Qovuqlu itburnu
Qovuqlu itburnu (lat. Rosa pulverulenta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazda (Narzan), Rusiyanın Avropa hissəsində, İranda və Kiçik Asiyada təbii areallarına rast gəlinir. == Azərbaycanda yayılması == Naxçıvan MR və Lənkəran rayonu ərazilərində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir.VU D2. == Bitdiyi yer == Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə, daşlı-qayalı quru yamaclarda yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 50-90 sm-dən çox olmayan, alçaqboy kolcuqdur. Qopartikanı müxtəlifdir. Yarpaqları 3-6 sm uzunluğunda olub, 5-7 yarpaqcıqdan ibarətdir.
Qırışlı itburnu
Qırışıqmeyvəli itburnu (lat. Rosa rugosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın qərbində, Çində, Yaponiyada və Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 0,8-6 m-dək olan, düzdayanan, qalın budaqlı, əlverişli şəraitdə sıx, keçilməz budaqlar əmələ gətirən koldur. Qoca budaqları oduncaqlaşmış, qonur və çılpaq, cavan zoğları açıq yaşıl və sıx tükcüklüdür. Yarpaq yerləşməsi növbəli, saplaqdır. Yalançı zoğları enli, saplaqla bitişmiş, ucu biz, üstü çılpaq, alt tərəfi ağ tükcüklüdür. Xırda yarpaqları yeddi, bəzən beş və ya doqquz, yumru ellipsvaridən uzunsov ellipsvariyədək, uzunluğu 2,5-3 sm, eni 1,5-2 sm, üstü qırışlı, parlaq, alt tərəfi tükcüklü, boz keçəli, kənarları dişlidir. İyun-iyulda çiçəkləyir, əlverişli şəraitdə yenidən sentyabr-oktyabrda çiçəkləyə bilər. Çiçəkləri tək və ya iki-üç, iri, diametri 6-7 sm-dən, uzunluğu 1,5-2 sm olan çiçək saplağında, vəziçiçəklərlə örtülmüş, çiçək altlıqları yumurtavari, ucu bizdir.
Qırışıqmeyvəli itburnu
Qırışıqmeyvəli itburnu (lat. Rosa rugosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın qərbində, Çində, Yaponiyada və Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 0,8-6 m-dək olan, düzdayanan, qalın budaqlı, əlverişli şəraitdə sıx, keçilməz budaqlar əmələ gətirən koldur. Qoca budaqları oduncaqlaşmış, qonur və çılpaq, cavan zoğları açıq yaşıl və sıx tükcüklüdür. Yarpaq yerləşməsi növbəli, saplaqdır. Yalançı zoğları enli, saplaqla bitişmiş, ucu biz, üstü çılpaq, alt tərəfi ağ tükcüklüdür. Xırda yarpaqları yeddi, bəzən beş və ya doqquz, yumru ellipsvaridən uzunsov ellipsvariyədək, uzunluğu 2,5-3 sm, eni 1,5-2 sm, üstü qırışlı, parlaq, alt tərəfi tükcüklü, boz keçəli, kənarları dişlidir. İyun-iyulda çiçəkləyir, əlverişli şəraitdə yenidən sentyabr-oktyabrda çiçəkləyə bilər. Çiçəkləri tək və ya iki-üç, iri, diametri 6-7 sm-dən, uzunluğu 1,5-2 sm olan çiçək saplağında, vəziçiçəklərlə örtülmüş, çiçək altlıqları yumurtavari, ucu bizdir.
Qəhvəyi itburnu
May itburnusu (lat. Rosa majalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Azərbaycanın dağ-meşə zonalarında və kolluq yerlərində geniş yayılmışdır. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələri adətən sentyabr-oktyabr aylarında toplanır və quruducularda 70-80 temperaturda qurudulur. Meyvələrin rəngi çəhrayıdan parlaq-qırmızı rəngə keçəndə onları toplamaq məsləhətdir. May itburnusu meyvəsinin tərkibində C vitamini, karotin, B1, B2, K və P vitaminləri, karotinoidlər, flavonoidlər, 18 %-ə qədər şəkər, 4 % aşı maddəsi, 3,7 % limon və alma turşuları, pektin maddələri, dəmir, manqan, fosfor, kalsium duzları və s. vardır. Ona görə də bu meyvələrdən çox zəngin polivitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. May itburnusunun meyvələrindən dəmləmə, konsentrat, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində, məsələn skorbutin, C və P Hipo – və avitaminozların, raxitin, qızılyelin, qanazlığının, vərəmin, sidik və öd yolları xəstəliklərində geniş istifadə edirlər.
Ruprexti itburnu
Ruprехti itburnu
Saxokiyan itburnu
Sjunik itburnu
Sosnovski itburnu
Teberdo itburnu
Tikanlı itburnu
Tuşet itburnu
Tuşеt itburnu
Tükcüklü itburnu
Tükcüklü itburnu (lat. Rosa tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada, Qafqazda, Kiçik Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m olan iynəli koldur. Budaqları uzun, düz və ya bir az qövsvari əyilmiş, çiçək saplaqları göy çöküntülü, tikansızdır. Yalançı zoğların uzunluğu 1,2 sm-dək və eni 0,6 sm, hər tərəfdən tükcüklü, kənarları vəziciklidir. Yarpaqları cüt olmayan lələkvari, tünd yaşıl, çox tükcüklü, uzunluğu 7-9 sm-dir. Xırda yarpalqarı 5-7 ədəd, uzunluğu 2-4 sm, uzunsov-ovaldan ellipsvari və yumurtavariyədək, ucu biz bəzən küt, kənarları cüt vəzicikli-dişlidir. Saplaqları tükcüklü, vəziciklidir. İynələri təxminən eyni, çox vaxt düz, bünövrəsində enlidir.
Xomutov itburnu
Yarıkürəvi itburnu
Yarıkürəvi itburnu (lat. Rosa hemisphaerica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Asiyada, Qafqazda yayılmışdır. Qafqazda, Azərbaycanda yayılmışdır. == Botaniki təsviri == 1-2 m hündürlüyündə dik duran koldur. Qopartikanları müxtəlifdir; nazik, bir qədər iri, qılıncşəkilli və ya bəzən qarmaqvarı əyilmişdir, bəziləri isə sadə formadadır. İyun ayında çiçək açır. Çiçəkləri əksərən tək-tək, bəzi hallarda 2-3-ü bir yerdə olur. 25 mm-ə qədər uzunluqda çılpaq və ya məxməri tüklü, bəzən seyrək vəzili tüklü çiçək saplağına malikdir. Ləçəkləri kükürdü-sarıdır, zəif oyuqludur.
İtburnu
İtburnu (lat. Rosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin 300 növündən Azərbaycanda 42 növünə rast gəlinir ki, bunların 36-sı yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır. == Botanik xüsusiyyətləri == Təbiətdə bitkinin əksər zoğları sarımtıl-yaşıl rəngdədir. Birilliklərdə isə silindir şəkillidir və sarımtıl tikanlıdır. Bitkinin yarpaqları 3-5 cüt yarpaqcıqdan ibarət olub yarpaqcığın üst tərəfi yaşıl tüklü, alt tərəfi isə boz tüklüdür. Yarpaqcıqları enli, qaidəsi ürəkvarı, ucu isə əyilmiş sivridir. Yarpaqcıqların uzunluğu 12-15 sm, eni isə 7-10 sm arasında olur.
Yumşaq itburnu
Yumşaq itburnu (lat. Rosa mollis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Albaniya, Belgiya, İngiltərə, Danimarka, Finlandiya, Fransa, İrlandiya, İsveçrə, İspaniya, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Serbiya, Portuqaliya, Norvegiya, Polşa, Estoniya, Latviya və Litva, Rusiya, Belorusiya, Almaniya, Ukrayna, Gürcüstan, Ermənistan, Türkiyədə yayılmışdır. İlk dəfə Britaniya botaniki Ceyms Edvard Smit tərəfindən 1813-cü ildə təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 0,5-1,5 m olan, gövdəsi iynələrlə örtülmüş, yarpağı tökülən koldur. Yarpaqları mürəkkəb, oval və ya ellipsvari formalı, yumşaq, cüt dişli, boz-yaşıl rənglidir, alt tərəfi vəzicikli tükcüklərlə örtülmüşdür, növbəli yerləşir. Yarpaqların ətri qatranlıdır. İyun-iyulda çiçəkləyir. Çiçəkləri iri, tək və ya 2-3 ədəd çiçək qrupuna yığılmış, ləçəkləri dişli, rəngi çəhrayı və ya açıq bənövşəyidir. Meyvəsi vəzicikli-tükcüklü, şarşəkilli, qırmızı rəngli qozadır.
Zaqatala itburnu
Zəngəzur itburnu
Çoxtikanlı itburnu
Çoxtikanlı itburnu (lat. Rosa spinosissima) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Avropadan təsvir edilmişdir. Çində, Rusyada Sibirdə, İngiltərədə, Şimali-Qərbi və Cənubi Asiyada yayılmışdır. == Botaniki təsviri == Dik duran budaqlara malik 50-75 sm hündürlüyündə xırda kolcuqdur. Qopartikanları müxtəlifdir: nisbətən iri, düz və ya bir qədər dala doğru əyilmiş və xırda iynəşəkilli formada olur. May və iyun aylarında çiçək açır. Çiçəkləri tək-təkdir, çiçək saplağı 25-40 mm uzunluqdadır. Meyvələri kürəşəkilli və ya bir qədər dikvarı, basıqdır, yetişdikdə tünd qəhvəyi, demək olar ki, qara rəngdə olur. == Ekologiyası == Əsasən meşələrdə, qayalıqlarda, çay kənarında, subalp çəmənlərdə, dəniz səviyyəsindən 1100-2300 m hündürlükdə bitir.
Prilipko itburnusu
Prilipko itburnusu (lat. Rosa prilipkoana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Turyançay boyu, Şimali Kiçik Qafqazda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1 m-ə qədər olan iri koldur. Birillik budaqları yaşılımtıldır, yastılaşmış və arxaya doğru əyilmiş qopartikanlara örtülüdür. Yarpaqları 5-7 ədəd, 2,4-3,8 sm uzunluqda və 1-1,8 sm enində, lansetşəkilli və ya ellipsvarı, nazik, üst tərəfdən tünd yaşıl rəngli və çılpaqdır. Alt tərəfdən solğun seyrək tüklü, orta damarı boyu bəzən vəzili tüklə örtülü yarpaqcıqlardan ibarətdir. May-iyun aylarında çiçək açır. Kasayarpaqcıqları çiçəkləmədən sonra qabarıq, yaxud horizontal vəziyyət alır və meyvəsi qızarmağa başlıyan kimi tökülür. Çiçəkləri 2-3 olmaqla çiçək qrupuna toplaşmışdır.
Rapin itburnusu
Rapin itburnusu (lat. Rosa rapinii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == İranda, Türkiyədə, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1-2 m, qövsvarı əyilmiş budaqlı koldur. Cavan budaqları tünd qırmızı qabıqlı örtülüdür. Yarpaqları 5-7 sm uzunluqdadır, 7-9 ədəd uzunsov-tərs yumurtavarı formada, üstdən çılpaq, altdan yapışıq tüklə örtülü, kənarı ikiqat dişli, qaidəsi pazvarı, 9-18 mm uzunluqda, 5-10 mm enində yarpaqcıqlardan ibarətdir. May və iyun aylarında çiçək açır. Çiçəkləri tək-təkdir. Çiçək saplağı 3-3,5 sm uzunluqdadır. Ləçəkləri ağımtıl-sarı və ya parlaq sarı rəngdə, bir qədər oyuqlu, tərs yumurtavarıdır.
Svanet itburnusu
Svanet itburnusu (lat. Rosa oplisthes) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Gürcüstanda, Azərbaycanda, Cənubi Asetiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Botaniki təsviri: Hündürlüyü 1-1,5 m-ə qədər çatır. Yarpaqları ellipsvari, kənarları tikanlı, çıxıntılı qarşıqarşıya düzülmüş, uzunluğu 2,6 sm, eni 3,2 sm-ə çatır. Yarpaqları üst tərəfdən tünd yaşıl, alt tərəfdən açıqdır. Çiçəkləri ağ və ya açıq qırmızı rəngdə olur, 4-8 ləçəkdən ibarətdir. İldə bir dəfə, yazda və ya yayda çiçəkləyir. Meyvələri iyul, avqust aylarında yetişir. Meyvəsinin uzunluğu 1,8-2,3 sm, eni 1,4-1,6 sm-ə çatır, ellipsvari üzəri açıq qırmızıdan, tünd qırmızıyadək dəyişir.
Syunik itburnusu
Syunik itburnusu (lat. Rosa sjunikii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Ümumi yayılması == Ermənistanda (Gorus) təbii arealı vardır. == Azərbaycanda yayılması == İsmayıllı rayonunun Şəkəm yaylağı ərazisində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. VU A2c+3c. == Bitdiyi yer == Orta dağ qurşaqlarında, dağ çəmənlərində, kolluqlarda yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 1–1,2 m-ə qədər olan qırmızımtıl qabıqlı koldur. Qopartikan 3 cürdür.
Yaroşenko itburnusu
Yaroşenko itburnusu (lat. Rosa jaroshenkoi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Azərbaycanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2–2,5 m, illik zoğları yaşılımtıl olan düz dayanan koldur. Kiçik gövdələri çoxsaylı xırda iynəli, düz və ya əyilmiş, bünövrəsində oval, enəlmiş formadadır. Yarpaqların uzunluğu 6–8 sm-dir, əsas oxu vəziciklər və tükcüklərlə örtülmüşdür. Yalançı zoğların uzunluğu 15 mm, eni 4–5 mm, çılpaq, kənarları vəziciklidir. Xırda yarpaqların miqdarı 5–7 əd., uzunluğu 1,5–2,5 sm, eni 1,0–1,5 sm, lansetvari-ellipsvari formadadır, bünövrəsində və ucunda daralmışdır. Dişcikləri əsasən sadə, yuxarı əyilmişdir, vəzicikləri yoxdur, oturaq, üstü tamam çılpaqdır, alt tərəfində əsas damarcıqları az miqdarda tükcük və vəziciklərlə qarışıqdır. VI–VII aylarda çiçəkləyir, çiçəkləri tək-təkdir, çiçək altlıqları hər tərəfdən çılpaq, kənarları vəziciklidir.

Digər lüğətlərdə