ŞƏMSƏ

ə. üzərində günəş şəkli olan parça, kitabə və s.

ŞƏMSABAD
ŞƏMSİ
OBASTAN VİKİ
Atabəy Şəmsəddin Eldəniz
Şəmsəddin Eldəniz (tam adı: Şəms əl-Din Eldəniz, az-əbcəd. شمس الدین الدڭیز‎, fars. اتابک شمس‌الدین ایلدگز‎; -(d.1110 – ö.oktyabr 1175 Naxçıvan) — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi. Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir. Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Şəmsəddin Eldəniz bir sıra Səlcuqlu sərkərdələrinin dəvəti ilə Arslan şahı taxta çıxarmaq və hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir.
II Şəmsəddin xəlifə
II Şəmsəddin xəlifə (XVII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri. Dizmar mahalının (Qaradağın) hakimi və xəlifəsi. Bürhanəddin xəlifənin oğlu. Əhər şəhərində anadan olub. Mükəmməl savad almışdı. Övladı olmayıb. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, «Şuşa» nəşriyatı, 2008. – 160 səh.
I Şəmsəddin xəlifə
I Şəmsəddin xəlifə (?-1603) — Toxmaqlı oymağının məşhur simalarından biri. Dizmar mahalının hakimi və xəlifəsi. I İlyas xəlifənin oğlu. Dizmar mahalının Duzal kəndində doğulub. Mədrəsə təhsili alıb. II İlyas xəlifə və Əhməd xəlifənin atasıdır. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi
Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi (15 may 1469, Ədirnə – 16 aprel 1534, Konstantinopol) — Osmanlı tarixçisi, alimi və şeyxülislamı. == Həyatı == 15 may 1469 tarixində Ədirnədə dünyaya gəlmişdir. Əsl adı Əhməd Şəmsəddindir. Şahzadə Bəyazidin (gələcəyin II Bəyazidi) lələsi olan böyük babası Kamal Paşa səbəbilə bir çox qaynaqlarda Kamalpaşazadə vəya İbn-i Kamal olaraq qeyd olunur. İstanbulun fəthində iştirak edən atası Süleyman Çələbi 1474-cü ildə Amasiya, 1478-ci ildə isə Tokat hakimi təyin olundu. Anası isə II Mehmed dönəminin qazılarından Muhiddin Mehmed Əfəndinin qızı idi. Quran-i Kərimi əzbərlədikdən sonra Amasiya üləmasından ərəb dili və ədəbiyyatı, fars dili və məntiq öyrənən Kamalpaşazadə əvvəlcə hərbi təhsil almağa başladı. Sipahi əsgəri olaraq II Bəyazidin səfərlərinə qatılmışdır. Ancaq daha sonra üləma olmağa qərar verən Kamalpaşazadə əvvəlcə Ədirnədə Molla Lütfidən dərslər almağa başladı. Ardından dövrün önəmli alimlərinin hamiliyini qəbul edən Kamalpaşazadə qısa müddət sonra təhsilini başa vurdu.
Molla Şəmsəddin Fənari
Molla Şəmsəddin Fənari, (1350, Bursa – 15 mart 1431, Bursa) — Osmanlı alimi, müdərris və ilk Osmanlı şeyxülislamı. == Həyatı == 1350-ci ilin aprel ayında Mavəraünnəhrdə dünyaya gəlmişdir. Əsl adı Şəmsəddin Məhəmməd ibn Həmzədir. İlk təhsilini atasından aldıqdan sonra İznikdə din dərsləri aldı. Müəllimi ilə aralarında yaranan elmi bir mübahisə səbəbilə buradan ayrıldı və Amasiyaya getdi. Burada Cəmaləddin Aksarayinin tələbəsi oldu və 1376-cı ildə təhsilini tamamladı. Ardından Qahirəyə gedən Molla Şəmsəddin burada elmi dərslər aldıqdan sonra Bursaya geri döndü. İldırım Bəyazidin əmrilə Manastr Mədrəsəsinə müdərris təyin olundu və bu vəzifəsinə davam edərkən 1393-cü ildə Bursa qazısı seçildi. 1402-ci ildə baş verən Ankara döyüşü səbəbilə Əmir Teymurun ordusu Bursanı ələ keçirdi və Qaramanoğulları bəyliyini bərpa etdi. Bu əsnada bir müddət vəzifədən azad edilən Şəmsəddin Fənari bir qrup alimlə birlikdə Əmir Teymurun əmrilə əsir alındı və Kütahyaya aparıldı.
Musa ağa Şəmsəddinski
Musa ağa Məmməd ağa oğlu Şəmsəddinski (15 fevral 1896, Gədəbəy, Yelizavetpol qəzası – 18 fevral 1974, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin zabiti, dövlət xadimi. == Həyatı == Musa ağa Məmməd ağa oğlu 15 fevral 1896-cı ildə Yelizavetpol quberniyasının Qazax qəzasının Şınıx kəndində anadan olmuşdu. İbtidai təhsilini kəndlərində almışdı, 1908-ci ildə Gəncədəki Müsəlman Müəllimlər Seminariyasına daxil olmuşdu. Seminariyanı bitirən Musa ağa 1916-cı ildə Bakı Xeyriyyə Cəmiyyətində çalışaraq Birinci Dünya müharibəsində İran cəbhəsindəki döyüşlər nəticəsində yurd-yuvalarından didərgin düşən qaçqınlar və zərərçəkənlərin problemlərinin həll edilməsi, onlara yardım göstərilməsi ilə ilgilənmişdi. == Hərbi fəaliyyəti == 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra hökumətin qərarı ilə bütün gənclər kimi Milli Orduya səfərbər edilən M. Şəmsəddinski Gəncədəki hərbi Gizirlər Məktəbinə oxumağa göndərilmişdi. Həmin ilin noyabrında məktəbi bitirib Milli Ordunun 4-cü Quba piyada alayının 2-ci bölüyünün komandiri təyin edilmişdi. Bölüyün əsas vəzifəsi Qusarçay və Samurçay boyunca uzanan əraziləri ağqvardiyaçı general Denikinin dəstələrinin hücumundan müdafiə etmək idi. M. Şəmsəddinskinin komandir olduğu dəstə 1920-ci ilin martında Qarabağa hücum edən daşnak ordusu ilə mübarizə aparmaq üçün ora göndərilir. M. Şəmsəddinskinin başçılıq etdiyi dəstə hətta Ermənistan ərazisinə – Şəmsəddin rayonuna gedərək orada erməni daşnak bandasını darmadağın edir, bandanın başçısı poruçik Sergeyevi diri tutub Milli Ordumuzun Gəncədəki Xüsusi Şöbəsinə təhvil vermişdi. Həmin dəstə 1920-ci il aprelin sonunda Naxçıvana göndərilmişdi, lakin Şərur bölgəsində qeyri-bərabər döyüşdə daşnak ordusunun təzyiqi altında məcburən Şahtaxtı körpüsü vasitəsilə Araz çayından əvvəlcə İranın Maku şəhərinə, oradan isə Türkiyə ərazisinə – Bəyazitə, sonra da Ərzruma getmişdi.
Naziyyə Şəmsəddinskaya
Naziyyə Şəmsəddinskaya (Naziyyə Musa qızı Şəmsəddinskaya; 8 avqust 1926, Bakı – 26 avqust 2020, Bakı) — Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, “Şöhrət” ordeni laureatı. == Həyatı == N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1949). Əmək fəaliyyətinə Ordubad şəhərində başlamışdır. 1955-1957 illərdə Krupskaya adına 2 saylı şəhər xəstəxanasında mama-ginekoloq, 1960-63 illərdə Azərbaycan Tibb İnstitutunun 1-ci mamalıq-ginekoloqiya kafedrasında baş laborant, 1963-64 illərdə Azərbaycan Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, 1964 ildən Azərbaycan Tibb İnstitunun 1-ci mamalıq-ginekologiya kafedrasında asisstent, 1966 ildən dosent olmuş, 1970 ildən II mamalıq-ginekologiya kafedrasının müdiridir. Tədqiqatı qadınlarda hamiləliyin gedişinə, bətndaxili infeksiyaların etiologiyasına və s. həsr edilmişdir. Dəfələrlə Beynəlxalq konqreslərdə, forum və seminarlarda iştirak etmişdir. 170 elmi məqalənin, bir neçə kitabın müəllifidir. == Mükafatları == 20 sentyabr 2010-cu ildə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Naziyyə Şəmsəddinskaya "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Nəsib sultan Şəmsəddinli
Nəsib sultan Şəmsəddinli (1763-1819) — Gəncə xanlığının Şəmsəddin mahalının başçısı (1797—1819), mayor. == Həyatı == Nəsib sultan 1763-cü ildə Şəmsəddin mahalının Öysüzlü obasında anadan olmuşdu. Əli Sultandan sonra mahal başçısı olmuşdu. Sisiyanov Gəncəyə hücum edəndə 700 atlı ilə ona qoşulub Cavad xana qarşı vuruşur. Nəsib sultan Gəncə hakiminə qarşı Qazax ağalarını da səfərbər etdi. Yaxşı təlim görmüş 300 qazaxlı süvari çar generalının əmri ilə Gəncəyə hücum etmişdi. El şairi Gəncəli Həsən yazırdı: Nəsib sultan Şəmsəddinli göstərdiyi xidmətə görə mayor rütbəsi almışdı. Gəncənin işğalı başa çatdıqdan sonra Nəsib sultanın səlahiyyəti genişləndi, o, Şəmşəddin və Qazax mahallarının başçısı təyin edildi. Xidmətlərinə görə Həsənsuyundan başlamış Şahdağına qədər olan ərazini onun ixtiyarına verdilər. Lakin bu səlahiyyət uzun sürmədi.
Qaramanoğlu Şəmsəddin bəy
Qaramanoğlu Şəmsəddin bəy (ö. 1352) — Qaramanoğulları bəyliyinin bəyi. == Həyatı == == İstinadlar == == Mənbə == Prof. Yaşar Yüce-Prof.
Qazızadə Əhməd Şəmsəddin Əfəndi
Qazızadə Əhməd Şəmsəddin Əfəndi (1512 – 25 may 1580, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == 1512-ci ildə dünyaya gəlmişdir. Atası Sultan Süleyman Qanuni dövrünün Ədirnə qazılarından Bədrəddin Mahmuddur. Bu səbəblə tarixi mənbələrdə Qazızadə olaraq anılır. İlk təhsilini aldıqdan sonra Ədirnədəki darülhədis müdərrisi Qılınczadə İshaq Çələbidən dərslər aldı. Daha sonra Üçşərəfəli müdərrisi Çivizadə Muhiddin Əfəndinin xidmətinə girdi. Ardından Sahn-ı səman mədrəsəsinin müdərrislərindən Əbusuud Əfəndinin və Sadullah Sədi Əfəndinin dərslərinə qatıldı. Nəhayət, Əbdülqədir Çələbinin tələbəsi ikən mədrəsə təhsilini tamamladı. 25 axca maaşla Bursa Fərhadiyyə mədrəsəsinə, ardından 30 axca maaşla Əhməd Paşa mədrəsəsinə müdərris oldu. 1543-cü ildə Bursa Kaplıca mədrəsəsinə, 1550-ci ildə Sahn-ı səman mədrəsəsinə təyin edildi.
Sultan Şəmsəddin El-Tutmuş
Şəmsəddin Eltutmuş (bilinmir – 28 aprel 1236, Mehrauli[d]) — Dehli Türk sultanlığı sultanı. dekabr 1210-cu ildən 27 aprel 1236-cı ilədək hökm sürdü. == Həyatı == Türk mənşəli olan Sultan Şəmsəddin Eltutmuş, Sultan Qütbəddin Aybəkin ölümündən sonra qısa müddət taxtda qalan Sultan Ərəm şahdan sonra hakimiyyətə keçdi. 1229-cu ildə Xəlifə Müntəsirdən Nasırü-l-Əmir-ül-Möminin unvanını aldı. Çingiz xan başçılığında qərbə doğru yayılan Monqol imperiyasının hücumlarına müqavimət göstərdi. Dalbadal səfərlərlə Sind, Moltan və Benqal bölgələrini hakimiyəti altına aldı. Eltutmuş, Qucaratı ələ keçirməyi bacarmadısa da, racputları məğlubiyyətə uğradaraq torpaqlarını cənuba doğru genişlətdi, həmçinin yavaş-yavaş Dehli Türk sultanlığının Qanq vadisinə hakim olmasını da bacardı.
Səlim xan Şəmsəddinli
Səlim xan Şəmsəddinli — XVII əsrin əvvəllərində fəaliyyət göstərmiş Səfəvi hərbçisi və dövlət məmuru. O, türkmən Şəmsəddinli tayfasının mənsubu olmuşdur. == Həyatı == Şəmsəddinli tayfasının mənsubu olan Səlim xan Ahalsıxın hakimi kimi xidmət etmişdir. Onun hakimliyinin mərkəzi Mesxeti olmuşdur. Bura həmçinin, Mesxeti, Masq və ya Meşxiya da adlandırılır. Onun bu vəzifədəki xidmət illəri 1623-1627-ci illəri əhatə edir. Bu vəzifədən ayrıldıqdan sonra o, həmçinin Şəmsəddinli tayfasının torpağı yerləşən Qarabağ bəylərbəyliyində də uzun illər çalışmışdır. Oğlu olan İsmayıl onu 1629-cu ildə atasını hər iki vəzifədə də əvəz etmişdir. İsmayıl 1629-cu ildən həm atasının əvəzinə tayfa başçısı, həm də Şəmsəddinli bölgəsinin hakimi olmuşdur.
Şəmsəddin Bağırov
Bağırov Şəmsəddin Mirzəli oğlu — texnika elmləri doktoru (1970), professor (1982). == Həyatı == Bağırov Şəmsəddin Mirzəli oğlu 25 may 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1950-ci ildə Moskva Avtomobil Yolu İnstitutunu bitirmişdir. Ş. Bağırov 1954–1982-ci illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) assisent), dosent, dekan, 1982–1994-cü illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) işləmiş, 1994-cü ildən professor vəzifəsində çalışmışdır. == Elmi fəaliyyəti == Şəmsəddin Bağırovun tədqiqatları maşın və mexanizmlərin mexanika və nəzəriyyəsinə dair məsələlərin həlli sahəsidir. Alim 100-ədək elmi əsərin, o cümlədən 1 monoqrafiyanın müəllifidir. Elmi kadrların hazırlanmasında xüsusi xidmətləri vardır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. III cild.
Şəmsəddin Cüveyni
Sahib Şəmsəddin Məhəmməd Cüveyni (XIII əsr – 16 oktyabr 1284) — Elxanlılar sülaləsi hökmdarı Abaqa xan zamanında yaşamış zamanının ünlü vəzirlərindən birisi. Bəzı qaynaqlara görə baş vəzir olub. Ayrıca Elxanlılar dövlətinin qurucusu Hülaku xan zamanında da maliyyə vəziri olmuşdu. Zamanının müəlliflərindən olan və onun kimi vəzir olmuş Əlaəddin Ataməlik Cüveyninin qardaşıdır. Abaqa xan, bəzi qaynaqlara görə Anadoluda əsayişi pozan Pərvanə Muinəddin Süleymanın öldürülməsiylə yəni bir düzən ortamı bərpa etmək üzrə ünlü vəzir Sahib Şəmsəddin Məhəmməd Cüvəynini Rum Səlcuqlu dövləti ölkəsinə göndərdi. Sahib Şəmsəddin Məhəmməd Cüvəyni, Anadoluda ilk olaraq pozulan siyasi istiqrarı düzəltdi və yetişdiyində hələ davam etməkdə olan olan üsyanları yatırdı. İqtisadi sahədə yeniliklər aparmağa çalışdı. Öncə xalqa yük olan bir çok vergini ortadan qaldırdı. Xalqdan gəlişi gözəl pul və mal istənməsini yasaqladı. Ardından Şəmsəddin Tuğrai tərəfindən alınan və heç cür ödənə bilməyən iqrazla, Səlcuqluların ödəyəmədiyi illik xəracların borcunu silərək yerinə Elxanlı hökmdarları divanına Ərzincan yörəsi və başqa yerlərin gəlirlərini incu vergisi (xüsusi gəlir) olaraq təhsis etdi.
Şəmsəddin Cəfərov
Şəmsəddin Cəfərov (Şəmsəddin Məmməd oğlu Cəfərov; d. 1925 – v. 1976) — Azərbaycanlı alim, fəlsəfə elmlər doktoru, professor. İkinci dünya müharibəsi zamanı göstərdiyi xidmətlərə görə "Qafqazın müdafiəsinə görə" medalı laureatı. Azərbaycan Ali və Orta İxtisas Təhsil Nazirliyinin Elmi-tədqiqat şöbəsinin rəisi. Azərbaycan Dövlət İncəsənət İnstitutunun yeni yaradılmış fəlsəfə kafedrasının ilk müdiri olmuşdur. == Həyatı == Şəmsəddin Cəfərov 1925-ci ildə Qazax mahalının Mollacəfərli kəndində anadan olmuşdur. Atası Məmməd Mollacəfər oğlu Azərbaycanın bu regionunda sovet hakimiyyəti qurulanadək mahalın tanınmış şəxsiyyətlərdən olmuşdur. Qazax mahalının bir necə kəndlərinin əhalisini tərəfindən seçilən və bu kəndlərin inzibati işlərini idarə edən bu şəxs Koxa Məmməd kimi tanınırdı. 1939-cu ildə Düzqışlaq natamam orta, 1942-ci ildə isə Ağstafa dəmiryolu orta məktəbini əla qiymətlərlə bitirmişdir.
Şəmsəddin Eldəgəz
Şəmsəddin Eldəniz (tam adı: Şəms əl-Din Eldəniz, az-əbcəd. شمس الدین الدڭیز‎, fars. اتابک شمس‌الدین ایلدگز‎; -(d.1110 – ö.oktyabr 1175 Naxçıvan) — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi. Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir. Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Şəmsəddin Eldəniz bir sıra Səlcuqlu sərkərdələrinin dəvəti ilə Arslan şahı taxta çıxarmaq və hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir.
Şəmsəddin Eldəniz
Şəmsəddin Eldəniz (tam adı: Şəms əl-Din Eldəniz, az-əbcəd. شمس الدین الدڭیز‎, fars. اتابک شمس‌الدین ایلدگز‎; -(d.1110 – ö.oktyabr 1175 Naxçıvan) — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi. Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir. Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Şəmsəddin Eldəniz bir sıra Səlcuqlu sərkərdələrinin dəvəti ilə Arslan şahı taxta çıxarmaq və hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir.
Şəmsəddin Eltutmuş
Şəmsəddin Eltutmuş (bilinmir – 28 aprel 1236, Mehrauli[d]) — Dehli Türk sultanlığı sultanı. dekabr 1210-cu ildən 27 aprel 1236-cı ilədək hökm sürdü. == Həyatı == Türk mənşəli olan Sultan Şəmsəddin Eltutmuş, Sultan Qütbəddin Aybəkin ölümündən sonra qısa müddət taxtda qalan Sultan Ərəm şahdan sonra hakimiyyətə keçdi. 1229-cu ildə Xəlifə Müntəsirdən Nasırü-l-Əmir-ül-Möminin unvanını aldı. Çingiz xan başçılığında qərbə doğru yayılan Monqol imperiyasının hücumlarına müqavimət göstərdi. Dalbadal səfərlərlə Sind, Moltan və Benqal bölgələrini hakimiyəti altına aldı. Eltutmuş, Qucaratı ələ keçirməyi bacarmadısa da, racputları məğlubiyyətə uğradaraq torpaqlarını cənuba doğru genişlətdi, həmçinin yavaş-yavaş Dehli Türk sultanlığının Qanq vadisinə hakim olmasını da bacardı.
Şəmsəddin Günaltay
Mehmet Şəmsəddin Günaltay (17 iyul 1883, Kəmaliyə, Mamurətül-əziz vilayəti – 19 oktyabr 1961, İstanbul) — Türkiyə Respublikasının 8-ci baş naziri, tarixçi və keçmiş Türk Tarix Qurumunun başçısı.
Şəmsəddin Hacıyev
Şəmsəddin Hümmət oğlu Hacıyev (8 noyabr 1950, Lək, Ucar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor. Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru (2004–2014), Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri. == Həyatı == 1950-ci il noyabr ayının 8-də Ucar rayonunda anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmiş və D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1970-ci ildə institutu bitirdikdən sonra təyinatla Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna iqtisadçı vəzifəsində işləməyə göndərilmişdir. 1971-ci ildə həmin institutun aspiranturasına qəbul olmuş və 1974-cü ildə təhsilini başa vurmuşdur. 1974-cü ilin noyabr ayından 1976-cı ilin fevral ayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1981-ci ilə qədər həmin institutda kiçik elmi işçi, baş elmi işçi və bölmə müdiri vəzifələrində çalışmışdır. 1981-ci ildə müsabiqədən keçərək D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna baş müəllim, 1986-cı ilin noyabrında dosent vəzifəsinə seçilmişdir. 1989-cu ildə "Ticarətin iqtisadiyyatı və idarə edilməsi" kafedrasına müdir təyin olunmuşdur.
Şəmsəddin Məhəmməd Sahib-Divan
Şəmsəddin Məhəmməd Sahib-Divan — Hülakular (Elxanilər) dövründə (13 əsr) vəzir. == Həyatı == Hülakulər dövrünə aid “Təqriri-tədrisi-mədrəseyi Naxçıvan əz inşa mərhum Şəmsəddin Sahib-divan” adlı fərmanda (1284) onun Naxçıvan mədrəsəsini tikdirərək, Mömünə xatun türbəsi kompleksinə daxil etdiyi qeyd olunur. Kompleksdən əldə olunan vəqflər hesabına fəaliyyət göstərən mədrəsədə təkcə yerli deyil, bütün Yaxın Şərq ölkələrindən gəlmiş tələbələr də təhsil alırdı. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 541. ISBN 5-8066-1468-9.
Şəmsəddin Orucov
Şəmsəddin Orucov (tam adı: Şəmsəddin Əbilhəsən oğlu Orucov; 2 avqust 1950, Cavad, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ – 23 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1950-ci avqustun 2-də Sabirabad rayonun Cavad kəndində anadan olmuş, orta məktəbə Əlibayramlı rayonunun Qazıməmməd kəndində getmişdir. 1961-ci ildə ailəsi ilə birlikdə Neftçalaya köçmüş, təhsilini şəhər yeddiillik internat məktəbində davam etdirmişdir.. 1968-ci ildə Çingiz İldırım adına APİ-na daxil olmuş, 1973-ci ildə oranı bitirərək mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. Bir müddət Sumqayıtın, daha sonra Bakının trikotaj fabrikində mühəndis vəzifələrində çalışmışdır. Son iş yeri Bakı İdman Malları Fabriki olmuşdur. Ailəli olmuş, oğlu Cavad və qızı Kəmalə yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == Yanvarın 23-də gündüz saat 14:00-14:20[1] radələrində hərbiçilər tərəfindən evinin pəncərəsindən atılan güllə nəticəsində həlak olmuşdur. Həyat yoldaşı Ruvella xanımın dediklərindən: Neftçala rayonunun Sovetabad kənd qəbiristanlığında dəfn edilmişdir. == Ünvan == Bakı, İnqilab küçəsi, 1008-ci kvartal, mənzil 66.
Şəmsəddin Qasımov
Şəmsəddin Qasımov (azərb. ‎ Şəmsəddin Mustafa oğlu Qasımov; 27 iyun 1955, Naxçıvan) — Bəstəkar, Naxçıvan MR əməkdar incəsənət xadimi (2005) == Həyatı == Şəmsəddin Qasımov 27 iyun 1955-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, ilk musiqi təhsilini Naxçıvan Şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin tar sinfində almış, 1971–75-ci illərdə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbində təhsilini davam etdirmiş və istedadlı tarzən kimi Naxçıvana qayıdaraq Naxçıvan Şəhər Uşaq Musiqi Məktəbində müəllim işləmişdir. Şəmsəddin Qasımov 1980-ci ildə Azərbaycan İncəsənət Universitetinə daxil olmuş və 1985-ci ildə universitetin mədəni-maarif fakültəsini bitirməklə özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisasına yiyələnmişdir. 1981-ci ildə Nehrəm və Cavidabad kənd uşaq musiqi məktəblərində, sonralar Naxçıvan şəhər 1 və 2 saylı uşaq musiqi məktəblərində direktor, müəllim, dərs hissə müdiri işləmişdir. Şəmsəddin Qasımov 1970-ci illərdən həm də bəstəkar kimi fəaliyyətə başlamışdır. Tanınmış bəstəkar Boris Kabakovdan bəstəkarlıq dərsi almaqla bu illərdə özünün bir sıra əsərlərini bəstələmişdir. Azərbaycanda Bayraq haqqında və 1990-cı ildə İlk dəfə şəhid şəxslər haqqında yazılan ilk mahnıların müəllifi olmuşdur. İlk dəfə musiqisi və sözləri özünə məxsus olan orta məktəb məzunları üçün yazmış Əlvida doğma məktəb və Son zəng mahnılarının bəstəkarıdır. Son illərdə Azərbaycanda demək olar ki, tam unudulmaqda olan 6-yeni duet mahnısı yazmış və bu gün də dinləyicilər arasında çox populyardir.
Şəmsəddin Sami
Şəmsəddin Sami (1 iyun 1850 – 18 iyun 1904, Konstantinopol) — Alban əsilli Türk yazarı və tədqiqatçısı, ensiklopedist şəxsiyyət, dilçi və filosof. Avropayönəmli ilk türk romanı nümunəsi hesab olunan "Təəşşüqi-Tələt və Fitnət"in (1872), ilk Türk ensiklopediyası "Qamusul-Elam"ın (1889–1898) və ilk Türk sözlüyü olan "Qamusi-Türki"nin (1901) yazarı; fransızca "Qamusi-Fransavi", ərəbcə isə "Qamusi-Arabi" adlı sözlükləri qələmə almışdır. 1897-ci ildə böyük qardaşı Fraşıri Abdül Beylə birlikdə Latın və Yunan hərflərindən istifadə etməklə ilk Alban əlifbasını inkişaf etdirmiş və Alban dilində qrammatika kitabı yazmışdı. Qardaşı Naim Fraşıri Alban milli şeirinin yaradıcısı hesab olunur. == Həyatı == 1850-ci il, 1 iyun tarixində Fraşerdə — Albaniyanın cənubundakı Gjirokastër qəsəbəsindəki bir kənddə anadan olmuşdur. Fraşeri ailəsindən Xalid Bəyin 5 oğlundan 3-cüsü idi. Digər iki oğlu — Naim və Abdülün Alban tarixinin inkişafında böyük rolu olmuşdur. İlk təhsilini Bektaşi təriqətindən olan Fraşıri Nasıbi Tahir Baba Təkkəsində almış. Orta təhsilini İoannina şəhərində məşhur yunan gimnaziyası "Zosimea" liseyində bitirmişdir. Burada o, Qərb fəlsəfəsi ilə tanış olmaqla əvvəlcə yunan, fransız, italyan, daha sonralar isə müəllim köməyi ilə ərəb, fars, eləcədə türk dillərini öyrənmişdi.
Şəmsəddin Sultanov
Şəmsəddin Qurban oğlu Sultanov (1917, Pirquluoba, Quba qəzası – 20 oktyabr 1976, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1954), "Azərittifaq"ın sədri (1974–1976). == Həyatı == Şəmsəddin Qurban oğlu Sultanov 1917-ci ildə hazırkı Xaçmaz rayonunun Pirquluoba kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə 16 yaşında kolxozun hesabdarı kimi başlamışdır. 1938-ci ildə Bakı Xalq Təsərrüfatı Uçotu Texnikumunu bitirdikdən sonra Voronej Dövlət Universitetinə daxil olan Şəmsəddin Sultanov Böyük Vətən müharibəsi başlandığı üçün təhsilini bitirə bilməmişdir. 1941-ci ildə Sovet Ordusu sıralarına çağırılmışdır. Ordudan tərxis edildikdən sonra o, təhsilini və əmək fəaliyyətini davam etdirmiş, 1950-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. Rayon partiya komitəsinin təbliğatçısı, şöbə müdiri, katibi, Azərbaycan Kommunist Partiyası Bakı Komitəsinin şöbə müdiri, "Azərneft" Birliyi rəisinin müavini vəzifələrində çalışmışdır. Şəmsəddin Sultanov 1952-ci ildən ömrünün axırınadək təsərrüfat və sovet orqanlarında rəhbər vəzifələrdə olmuşdur. O, istehsal kooperasiyası, Azərbaycan SSR Ticarət Nazirliyi və Dövlət Plan Komitəsi sistemlərində çalışmışdır. Azərbaycan SSR ticarət nazirinin müavini, ticarət naziri, Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı idarə heyəti sədrinin müavini, Bakı Şəhər Ticarət İdarəsinin rəisi, Dövlət Plan Komitəsində şöbə rəisi, nazirin birinci müavini vəzifələrini daşımışdır.