Şəmsəddin Qasımov

Şəmsəddin Qasımov (azərb. ‎ Şəmsəddin Mustafa oğlu Qasımov; 27 iyun 1955, Naxçıvan) — Bəstəkar, Naxçıvan MR əməkdar incəsənət xadimi (2005)

Şəmsəddin Qasımov
Şəmsəddin Mustafa oğlu Qasımov
Doğum tarixi 27 iyun 1955(1955-06-27) (69 yaş)
Doğum yeri
Həyat yoldaşı Qasımova Zahirə
Uşaqları Rəşadət, Ramin Qasımov, Sadiqə Həmzəyeva
Atası Qasımov Mustafa
Anası Qasımova Zəhra
Milliyyəti azərbaycanlı
Fəaliyyəti bəstəkar
Fəaliyyət illəri 1981-ci ildən
Mükafatları

Azərbaycan Respublikası Prezidentinin mükafatı,

Naxçıvan MR əməkdar incəsənət xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəmsəddin Qasımov 27 iyun 1955-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, ilk musiqi təhsilini Naxçıvan Şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin tar sinfində almış, 1971–75-ci illərdə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbində təhsilini davam etdirmiş və istedadlı tarzən kimi Naxçıvana qayıdaraq Naxçıvan Şəhər Uşaq Musiqi Məktəbində müəllim işləmişdir. Şəmsəddin Qasımov 1980-ci ildə Azərbaycan İncəsənət Universitetinə daxil olmuş və 1985-ci ildə universitetin mədəni-maarif fakültəsini bitirməklə özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisasına yiyələnmişdir. 1981-ci ildə NehrəmCavidabad kənd uşaq musiqi məktəblərində, sonralar Naxçıvan şəhər 1 və 2 saylı uşaq musiqi məktəblərində direktor, müəllim, dərs hissə müdiri işləmişdir. Şəmsəddin Qasımov 1970-ci illərdən həm də bəstəkar kimi fəaliyyətə başlamışdır. Tanınmış bəstəkar Boris Kabakovdan bəstəkarlıq dərsi almaqla bu illərdə özünün bir sıra əsərlərini bəstələmişdir.

Azərbaycanda Bayraq haqqında və 1990-cı ildə İlk dəfə şəhid şəxslər haqqında yazılan ilk mahnıların müəllifi olmuşdur. İlk dəfə musiqisi və sözləri özünə məxsus olan orta məktəb məzunları üçün yazmış Əlvida doğma məktəbSon zəng mahnılarının bəstəkarıdır. Son illərdə Azərbaycanda demək olar ki, tam unudulmaqda olan 6-yeni duet mahnısı yazmış və bu gün də dinləyicilər arasında çox populyardir. Naxçıvan Bəstəkarlarının uşaq mahnıları adli kitabında 6-uşaq mahnısı çap edilib və s. Şəmsəddin Qasımov fəal bəstəkarlıq işi ilə bərabər pedaqoji fəaliyyətini Naxçıvan Dövlət Universitetindəki İncəsənət fakültəsində baş müəllim kimi davam etdirir. Muxtar Respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə Şəmsəddin Qasımovun mahnıları məktəblilərin, xor kollektivlərinin, vokal qrupların və müğənnilərin ifasında tez-tez səslənir və kollektivlərin repertuarına daxil edilir. Eyni zamanda Şəmsəddin Qasımov 2000-ci ildən 2016-cı ilədək Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan MR Bəstəkarlar Təşkilatının sədri vəzifəsində işləmişdir.[1] Tələbəlik illərinin məhsulu olan mahnıları o dövrdə istedadlı müğənni Kəmalə Rəhimli tərəfindən ifa olunmuşdur.

Övladları: Rəşadət Şəmsəddin oğlu Qasimov Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Prezident Aparati yaninda İdarəetmə Akademiyasını bitirib, SOKARDA İşləyir. Ramin Şəmsəddin oğlu Qasımov Naxçıvan MR Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib.Qubada Cinayət Axtarişi İdarəsində işləyir. Sadiqə Şəmsəddin qızı Həmzəyeva Naxçıvan Universitetinin İbtidai Metodika fakültəsini bitirib.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Əsasən mahnı janrında məhsuldar çalışan Şəmsəddin Qasımov 40-dan artıq mahnının müəllifidir. M. Araz, B. Vahabzadə, H. Arif, İ. Oruc, A. Yadigar, M. Qasımzadə, Z. Vedili, A. Mirzəyev və s. şairlərin sözlərinə yazılmış mahnılarında bəstəkar doğma Vətənin, onun gözəlliklərini, bu yurdun şəhid övladlarını, əməksevər insanları vəsf etməklə yanaşı lirik məhəbbət mövzularına da geniş yer vermişdir. Azərbaycanın milli qəhrəmanları-İbrahim Məmmədova həsr olunmuş Altı bacı, Yusif Mirzəyevə həsr edilmiş Yusifim, polis mayoru Məhərrəm Seyidova həsr edilmiş Məhərrəm Sədərəyin ən kiçik şəhidləri Malik və Elvin qardaşları haqqında Malikim, Elvinim mənim, Sədərəklilər, Mənim Azərbaycanım, Marş irəli kimi mahnıların müəllifin Vətənə, onun şəhidlik zirvəsinə ucalmış oğullarına həsr olunmuş musiqi nümunələridir. Romans janrında yazdığı Ay üzlü nigarım kimə mehman olacaqsan,(söz: N. Gəncəvinin), DəyişmərəmSənsiz (söz: E. Həbibin), lirik səpkili Unut bu sevdanı, Nə deyim, Unutsam dözəcəkmi?, Xatirələr, Sənin sevgin, mənim sevgim, İndən belə, Dedin məhəbbət hanı?, Anlamadın məni və s. Onun instrumental əsərləri sırasına fortepiano üçün 2 pyesini, skripkafortepiano üçün pyesini aid etmək olar.

Şəmsəddin Qasımovun şair-jurnalist Rövşən Hüseynovla birlikdə işlədikləri mahnıları son illərin ən uğurlu mahnılarından hesab etmək olar. Heydərim var ol, Sən həmişə bizimləsən, Zərifə həkim, Vətən oğlu Bayraq mahnıları bu əsərlərdəndir. Şairə Rasimə Könülün sözlərinə yazdığı,Azərbaycanın Milli Qəhrəmanı Mübarız İbrahiova həsr olunmuş MübarizYağışmahnıları da bəstəkarın son uğurlu əsərlərindəndir. Şəmsəddin Qasımov uşaqları da yaddan çıxarmamış, onlar üçün bir-birindən maraqlı mahnılar yazmışdır. Biz xoşbəxt uşaqlarıq, Baxçamız, Can gülüm, can can, Azadlıq nəğməsi, Şahinlərini marşı, Şən nəğməmiz belə mahnılardandır. Şəmsəddin Qasımovun Kamera Orkestri üçün yazdığı 3 hissəli Naxçıvan lövhələri əsəri" Təşkilatın Naxçıvanda keçirilən hesabat konsertində və 2007-ci ildə Bakıda keçirilən Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayında dinləyicilərə təqdim edilərək, uğurla ifa olunmuşdur.

Şəmsəddin Qasımov xor janrında bir çox uğurlu əsərlərin müəllifidir. Onun xor üçün yazdığı əsərləri bu gün Naxçıvan Muxtar Respublikanın bir çox musiqi məktəblərində, orta və ali məktəblərdə müvəffəqiyyətlə ifa edilir. Bu janrda bəstəkarın şair Hüseyn Razinin sözlərinə yazdığı Mirzə Cəlilin xatirəsinə kantatası xüsusilə diqqətəlayiqdir. Şəmsəddin Qasımov bu əsərlə Mirzə Cəlil dünyasının musiqi ilə dinləyicilərə çatdırılmasına çox gözəl nail olmuşdur. Şəmsəddin Qasımov yaradıcılığını teatr sahəsində də uğurla davam etdirmiş və bu gün də etdirməkdədir. Hələ 70-ci illərdə fəaliyyət göstərən Gənclik Xalq Teatrında o, Fiqeyredonun Ezop, Ə.Haqverdiyevin Bəxtsiz Cavan, Hüseyn Cavidin Ana, B. Vahabzadənin Yollara iz düşür, Şeyx Rəhmətulla, Məhəbbət nişanəsi kimi 10-a yaxın tamaşaya orijinal musiqilər bəstələmişdir.Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə sıx yaradıcılıq əlaqələri saxlayan Şəmsəddin Qasımov bu illər ərzində Bir gün də insan ömrüdür, Hacı Qara, Sizi deyib gəlmişəm, Qarğanın iflası, Ərsizlər və arsızlar, Topal Teymur və s. kimi 20-dən artıq tamaşaların bəstəkarı və musiqi tərtibatçısı olmuşdur. Bəstəkarın son illərdə Hökmdar və qızı, Araz sahilində doğan günəş, Koroğlunun Çənlibelə qayıdışı, Mirzə Fətəli kimi dram tamaşalarına yazdığı orijinal musiqilər və verdiyi musiqi tərtibatları tamaşaçıların zövqünü oxşamış və əsərlərin ideyasının açılmasında böyük rol oynamışdır. Maraqlı bir cəhədi də qeyd etmək yerinə düşər ki, Şəfahət Mehdiyevin müəllifi olduğu Mirzə Fətəli tamaşasının ilk premyerasında Naxçıvan MR Ali Məclis Sədrinin şəxsən iştirakı ilə bərabər Bakıdan dəvət olunmuş 20-yə yaxın ziyalı da bu tamaşaya baxmış, tamaşanın quruluşu və musiqisi haqqında öz müsbət fikirlərini bildirmişlər. Müəllifin oğlu Arif Mehdiyev əsərin ən yüksək səviyyədə hazırlandığını qeyd etmiş, musiqinin bu tamaşadakı rolunu xüsusi vurğulamışdır. Şəmsəddin Qasımovun Naxçıvan Dövlət Kukla Teatrındakı fəaliyyəti xüsusi ilə təqdirəlayiqdir. Belə ki, teatrın repertuarında özünə möhkəm yer tutan Məlikməmməd, Cik-cik xanım, Tənbəl Əhməd, Sirli sözlər, Cəsur dovşan, Dursunəli və ballıbadı və s. kimi onlarla əsərə yazılan musiqi gənc nəslin, xüsusi ilə məktəblilərin zövqünü oxşayır.

Əsərlərinin adı

[redaktə | mənbəni redaktə et]
  • 2003 — " Naxçıvan lövhələri" 3 hissəli-Kamera orkestri üçün
  • 2004 — " Naxçıvanım" Xor və orkestr üçün-Söz: İlyas Fərəməzoğlu
  • 2010 — " Mirzə Cəlilin xatirəsinə " F-no və qarışıq xor üçün. Söz: Hüseyn Razinin
  • 2001 — " Baxsayağı " –F-no və skripka üçün-
  • 2002 — " Xatirə " –F-no üçün pyes
  • 2002 — "Fikirli" F-no üçün pyes
  • 2003 -Zərifə həkim — söz: Rövşən Hüseynovun
  • 2000-Sönməyən günəşim -söz: R. Hüseynov
  • 2003-Vətən oğlu -söz: R. Hüseynov-
  • 2005- Sən həmişə bizimləsən -söz: Həmid Arzulunun
  • 2005 — Xalqımın İlhamı -söz: Ələkbər Qasımovun
  • 2011 — Həmrəylik günü –söz: Ə. Qasımov-
  • 2011 — Müstəqil Respublikam –söz: Ə. Qasımov
  • 201 - Azərbaycan gəncləri -söz: İ. Fərəməzoğlu
  • 2003 — Azərbaycan -söz: Zaur Vedili
  • 2006 - Şahbuzum -söz: Əbülfəz Muxtaroğlunun
  • 2002 -Mən əsgərəm -söz: Mirfazil Seyidovun
  • 2010 — Biz xoşbəxt uşaqlarıq
  • 2009 — Şən nəğməmiz –söz: İlyas Fərəməzoğlu
  • 2016 — Bayraq -söz : Rövşən Hüseynov
  • 2016 — Mübariz -söz : Rasimə Könül
  • Ata -söz :Elbəyi Maqsudovun.
  • Ana -söz: Zaur Vedilinin
  • Təbriz -söz :Zaur Vedilinin
  • Sirab suyu -söz :Asim Yadigar.
  • Şəhidlər -söz :Zaur Vedili.
  • Sənli günlərim
  • 2003-Olacaqsan – söz: N. Gəncəvi
  • 2007-Dəyişmərəm — söz: Elman Həbib
  • 2007 — Sənsiz — söz: Elman Həbib

Dram Teatrına yazılan musiqilər

[redaktə | mənbəni redaktə et]
  • 2003-H. Cavid -İblis
  • 2003-Həmid Arzulu — Mərhəmət məhəbbət deyil
  • 2003-A. Şaiq -Yazıya pozu yoxdur
  • 2003-İ. Əfəndiyev- Hökmdar və qızı
  • 2004-E. Sultanov — Sənəm
  • 2004-Ə. Əylisli- Vəzifə
  • 2004-H. Cavid- Afət
  • 2005-E. Həbib — Sahilsiz çaylar
  • 2007-H. Arzulu- Əlincə qalası
  • 2008 — Həsənalı Eyvazlı- Araz sahilində doğan günəş
  • 2008 -Adil Babayev- Koroğlunun Çənlibelə qayıdışı
  • 2009 -Elçin -Ah, Paris, Paris
  • 2009 -Şəmil Sadiq- Qana qan qarışdı
  • 2011-Şəfaət Mehdiyev- Mirzə Fətəli

Kukla teatrına yazılan musiqilər

[redaktə | mənbəni redaktə et]
  • 2011-S. M. Qənizadə- Dursunəli və Ballıbadı
  • 2001-C. Məmmədquluzadə- Çay dəsgahı
  • 2001-A. Şaiq- Danışan kukla
  • 2001-K. Ağayeva- Tıq-tıq xanım
  • 2005-K. Ağayeva -Məlikməmməd
  • 2006-Şirməmməd Qüdrətoğlu -Ağ atlı oğlan
  • 2006-A. Şaiq- Gözəl bahar
  • 2011-Aybəniz Ağaqızı- Daşdəmir
  • 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin mükafatı.
  • 2005-ci ildə Naxçıvan MR əməkdar incəsənət xadimi
  1. "DÜNYA " Televiziyasinda ANFİSA ZİNYEDDİNİN təqdimatinda "FƏRQLİ" verlişin qonaqlari