Çaxırlı (Göyçay)
Çaxırlı kəndi - Azərbaycan Respublikasının Göyçay rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənub-şərqdə, Şilyan çayının sağ sahilində, rayonoun Ucarla həmsərhəd ərazisində, Şirvan düzündə yerləşən kənd.
Əhalisinin sayı 3259 (2009) nəfərdir.
Kənd əhalisi əsasən taxılçılıq, heyvandarlıq, və bağçılıqla məşğul olur.
A.Bakıxanovun qeyd etdiyinə görə, bu kəndin adı oğuz türklərindən olan çəkərli (çakar, çakır, caxır, çaxırlı) tayfasının adı ilə əlaqədardır. Çəkərlilər eramızın əvvəllərində Şimalı Qafqazda yaşamış türkdlli, türkmənşəli bulqarların çakar tayfasından təşəkkül tapmışlar. Çakar tayfasının müəyyən hissəsi erkən orta əsrlərdə Azərbaycana gələrək burada məskunlaşmışdır.
Tapperin Şahsevənlər haqqında tarixi araşdırmaları göstərir ki, Çaxırlı kəndinin adı Çakurlu və ya Cagirlu adlı tayfadan gəlir. Bu müəllifin fikrincə onlar uzaq keçmişdə kürd əsilli olub türkləşmiş tayfadır, lakin bunun üçün ciddi bir tarixi fakt ortaya qoymur. Şahsevən tayfalarından fərqli olaraq Cagirlu tayfası Muğan ərazisində ta 15-ci əsrdən yaşayıblar orada, Qızılağacda, Kür çayının Xəzərə tökülən hissəsində kiçik bir əmirlikləri olub.