Çaxırlı (Göyçə)

ÇaxırlıGöyçə mahalında kənd

Kənd
Çaxırlı
40°10′20″ şm. e. 45°41′19″ ş. u.
Ölkə  Ermənistan
Rayon Vardenis rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.950 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.064 nəf. (2011)[1]
Rəsmi dili erməni dili
Çaxırlı xəritədə
Çaxırlı
Çaxırlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

rayon mərkəzindən 3 km qərb tərəfdə yerləşmişdir. Kənd qərb tərəfdən erməni kəndi Tüstülü kəndi ilə 30 m, cənub şərq tərəfdən Qırxbulaq kəndi ilə 1 km, cənub tərəfdən isə Subatan kəndi ilə 7 km həmsərhəddir. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 3 dəfə dəyişdirilmişdir.

Kəndin ilk adı ərazidə suyun çox olmasına görə Qızılbulaq adlandırılmışdır. Qızılbulaq adı 1890-1895-ci illərə qədər olmuşdur. Kəndin ikinci adı Çaxırlı sözü Ağalıqlar tayfasından kənd ağası Böyükağanın adı ilə bağlıdır. O, Sankt-Peterbuq şəhərinə Çar II Nikolayın yanına gedərək kəndin adının Çaxırlıya dəyişdirilməsini xaiş etmişdir. Çaxırlı adı 1969-cu ilə qədər olmuşdur.

Kəndin üçüncü adı erməni dilində Sovetkəndi mənasını bildirən Sovetakerd 1988-ci ilin dekabrına qədər olmuşdur.

Kənddə ağalıq və kəndxudalıq rejimləri olmuşdur. Kəndin bir neçə kəndxudası olmuşdur. Onlardan son zamanlarda Ayvazlılar tayfasından Böyük kişini və Alcəfərlilər tayfasından Şirin kişini göstərmək olar. Həmin kəndxudalar ağalıq rejiminə tabe olmuşlar. Kəndin ilk ağası Ağalıqlar tayfasının başçısı Abbasəli ağa olmuşdur. Ağalıqlar tayfasından olan nümayəndələr Abbasəli bəyin oğlu Şirəli bəy,nəvəsi Böyük ağa, nəticəsi Abbasəli bəy və başqaları olmuşdur. Abbasəli bəy Sovet hakimiyyəti qələbə çaldıqdan sonra (1921-ci ilin noyabrın 29-da) Dağıstana köçmüş və ömrünün sonuna qədər orada yaşamışdır. Onun 2 oğlu olmuşdur. Böyük oğlu Böyükağa, kiçik oğlu isə Kiçikağa olmuşdur. Böyükağa Azərbaycan Respublikasında müxtəlif vəzifələrində o,cümlədən Bakı şəhərində yerləşən 11 sayılı Cəzaçəkmə müəssiəsinə rəhbərlik etmişdir. Kiçik oğlu Kiçikağa (Abbas) Leninqrad şəhərində təhsil almış akademik elmi dərəcəsinə layiq görülmüş, böyük vətən müharibəsi illərində böyük rus alimi İ.V.Kurçatovla birlikdə atomun alınmasında fəal iştirak etmiş və həmin komissiyanın sədr müavini işləmişdir. Abbas Çayxorski 1991-ci ilə qədər Rusiyada yaşamışdır. 1991-ci ildə Sovetlər birliyi dağıldıqdan sonra ABŞ-yə köçmüşdür. 2008-ci il yanvarın 21-də 91 yaşında ABŞ-nin Rio şəhərində vəfat etmişdir. Ailəsi isə hal-hazırda ABŞ-ın Koliforniya ştatında yaşayır.

Kəndin ərazisində adları Türk toponimlərindən ibarət mənzərəli və gəzməli yerləri vardır.

Tarixi XI-XII əsrlərdən bəhs edən, albanların qəbirstanlığını, kənddən cənub tərəfdə 5 km məsafədə yerləşən Aşağı Kalafa və onun qəbirstanlığını (tarixi təxminən bizim eradan əvvəl) tarixi, XVII əsrin əvvəllərində tikilən, 1948-ci ildə ermənilər tərəfindən tamamilə dağıdılan Düldül ocağı, kəndin Seyidlilər tayfasından Bala seyidin ocağı və kənddən cənub-şərq tərəfdə 12 km məsafədə yerləşən "Qoşa - pir" ocağı dini abidələrdir. Bu abidələrə qonşu kəndlərin əhalisi də ziyarətə gələr və nəzir dilərdilər. Kəndin Hacı Abdullauşağı tayfasından Hacı Abdulla, Molla İsgəndər, Ağalıqlar tayfasından Böyükağa, Abbasəli bəy, Ayvazlılar tayfasından Kərbəlayı Avas, Böyük kişi, Məmmədov Əmirxan, Məhərrəmov Arif, Muradhasanlılar tayfasından Maya qarı, Tağıyev Qəmbər, Mursaqulular tayfasından Quliyev Cəmşid, Nağılılar tayfasından Süleymanov Qəmbər və başqa tanınmış xeyriyyəçiləri olmuşdur.

Köçürülmə dövrünədək kolxozda 2000-dən çox xırdabuynuzlu, 200 baş iribuynuzlu heyvan olub. Ərazisi isə Gillidən Qırmızıdağadək 50 km olan bir ərazini zəhatə edirdi. Kəndin torpaqlarının çoxluğunu görən erməni rəhbərləri 1948–ci ildə Sirxana çalası deyilən ərazini Basarkeçərə, 270 ha torpağı isə Qırxbulağa verir. Hansı ki, adıçəkilən yaşayış məntəqələrində ermənilər yaşayırdılar. Son vaxtlar isə Çaxırlının balansında 3500 ha torpaq sahəsi qalıb.

Ermənilərin Göyçə mahalına, o cümlədən Çaxırlıya axını 1884-cü ildə baş verir. Bir neçə erməni gəlib kənddə məskunlaşsa da, ötən əsrin əvvəllərində onların sayı daha da artmışdır. Belə ki, 1917-1920-ci ildə isə kəndə Türkiyə, Suriya, Livandan gələn 200-dən çox ailə yerləşdirilir. Təkcə erməni tayfası Aşağı zağa kəndindən gələrək orada məskunlaşıblar.

Qaçqınlıq[redaktə | mənbəni redaktə et]

1905-1907-ci illərdəki I qaçqınlıq zamanı kənd əhalisi tamamilə doğma yurdlarında qalmışlar. Kəndin təxminən 300-350 evi, 2000-2200 nəfərə yaxın əhalisi olmuşdur.

1918-1920-ci illərdəki II qaçqınlıq zamanı kənd əhalisi zorla yurdlarından çıxarılaraq qaçqın düşmüşlər. Kənd əhalisi Şamaxı rayonunun Mədrəsə kəndində məskunlaşmışdır. Kənd əhalisi 1921-ci ilin yazında yenidən doğma yurdlarına qayıtmış, az bir hissəsi isə məskunlaşdıqları ərazidə qalmışdır. Kəndə qayıdan əhali görür ki,əksəriyyətinin evlərində xaricdən gələn ermənilər məskunlaşıblar. Məcburiyyət qarşısında qalan əhali kəndin sağ sahilində özləri üçün yeni kənd salıblar. 1948-1953-cü illərdəki III qaçqınlıq zamanı kənd əhalisi tamamilə doğma yurdlarından çıxaılmış, kənddə cəmi 37 ev qalmışdı. Qaçqınlıq zamanı kəndin 500 evi 3000-nə yaxın əhalisi olmuşdur. 1958-ci ilə qədər çıxarılan kənd əhalisinin 150 evi, 1200 nəfərə yaxın əhalisi doğma kəndinə qayıtmış 150 evi, 1800 nəfərə yaxın əhalisi isə məskunlaşdıqları Yevlax rayonunun Səmədabad, Əlibayramlı, Kirov və Gədəbəy rayonunun Şurabad və Çobankənd kəndlərində, Şəmkir, Gəncə, Şamaxı və başqa yerlərdə məskunlaşmışdır. Kənd əhalisi bu günə qədər həmin yerlərdə yaşayır.

Ərazisi[redaktə | mənbəni redaktə et]

Kəndin 1940-cı ilə qədər 7000 hektar torpağı olmuşdur. Sahələrə müxtəlif adlar verilmişdir. O adların hamısı Oğuz Türk adlarıdır. Onlardan Yolkeçən, Hacı Abdullauşağının komu, Çörəkgəlməz, Suçıxan, Sarıyer, Quşölən, Atyeyən, Qırgüney, Qıvlabulağı, Daşdı, Yurdyeri, Dəli Alı düşən, Bərkləmiş (Qızıldağ), Səmədölən, Körpü qulağı, Qamışlıq, Camışboğan, Sirxana, Kiçik calal, Böyük calal, Su kəsən, Kül təpə, Gül təpə, Kəsəmən gölü, Yurd yerindəki göl, Cil gölü, Sığırxana, Mirzalı domağı, Orta arxın qabırğası, Xaçın düzü (orada Alban abidələri yerləşirdi), Həmzə təpəsi, Güneylər, Dərağıl, Tağı ölən, Mal yeyən, Dördağıllar, Əhmədin kalafası, Baba yeri, Sandıq çıxan, Kalvayı Abbas, Gərri taxtası, Püşlü yurd, Boğaz yurd, Dəli dağ, Ağalıq yurdu, Hacı biçən, Sulu dərə, Daşlı, Şahverən, Komlar, Hacı Vəlinin kalafası, Kərəm yerləri, Güney, Sarı yal, Kərkibaş düşən, Baba yurdu, Qara çınqıl, Topqara çınqıl, Səlbi qarı ölən, Mehdibəy, Pəhləvan daşı və başqa yerləri göstərmək olar. Kəndin ərazisində 13 un dəyirmanı olmuşdur. Onlardan 12-si su ilə işləyən un dəyirmanı, 1-i xod dəyirmanıdır. 12 su dəyirmanından 6-sı Zodlu Səmədağanın, 6-sı yerli əhalinin dəyirmanları olmuşdur. Kənddə 1950-ci ildə dövlət tərəfindən 1988-ci ilin dekabrına qədər elektrik enerjisi ilə işləyən xod dəyirmanı tikilmişdir.

Kəndin eni 2 km, uzunluğu isə 1,2 km-dir. Kəndin 3500 hektar torpağı olmuşdur. Ondan 100 hektarı əkənək, 2000 hektarı otaraq, 500 hektarı isə biçənək sahələridir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kəndin tayfaları[redaktə | mənbəni redaktə et]

  • Hacı Abdullauşağı (Cənubi Azərbaycanın Sulduz əyaləti)
  • Hacı Zeynalılar (Cənubi Azərbaycanın Sulduz əyaləti)
  • Qəriblilər (Cənubi Azərbaycanın Sulduz əyaləti)
  • Nağılılar (Cənubi Azərbaycanın Sulduz əyaləti)
  • Baleylilər (Naxçıvan mahalının Şərur rayonu)
  • Seyidlilər (Naxçıvan mahalının Şərur rayonu)
  • Ağauşağı (Naxçıvan mahalının Kəngərlilər tayfası)
  • Alcəfərlilər (Cənubi Azərbaycandan)
  • Hasanlılar (Cənubi Azərbaycandan)
  • Ayvazlılar (Cənubi Azərbaycandan sulduz mahalı)
  • Hüseynağalılar (Cənubi Azərbaycandan)
  • Sarıalılar və ya Miskinlilər (Cənubi Azərbaycandan)
  • Məməşlər (Cənubi Azərbaycandan)
  • Nayımlılar (Cənubi Azərbaycandan)
  • Bədəllilər (Cənubi Azərbaycandan)
  • Muradhasanlılar (Qazax mahalından)
  • Perxanlılar (Qazax mahalından)
  • Ağalıqlar (Qarabağ mahalından)
  • Mursaqulular (Aşağı Qaranlıq rayonunun Çamırlı kəndi)
  • Gürgalılar
  • Rzalar
  • Hacı Şabanlılar
  • Hasanuşağılar
  • Davudlular
  • Mayıllılar

Elm və din[redaktə | mənbəni redaktə et]

1922-ci ildə kənddə dövlət tərəfindən məktəb açılmışdır. Məktəbi inzibati binası olmadığına görə dərslər imkanlı şəxslərin evlərində keçirilərdi. 1922-ci ildə 1932-ci ilə qədər ibtidai (I-IV), 1932-ci ildən 1939-cu ilə qədər yeddiillik, 1939-cu ildən 1988-ci ilin dekabrına qədər orta (X) məktəb olmuşdur. Kənddə dövlət tərəfindən 300 şargirdin təhsil alması üçün hər şəraiti olan yeni orta məktəb tikilmişdir. 1870-1880-ci illərdən 1917-ci ilə qədər Qızılbulaq (Çaxırlı) kəndində Cənubi Azərbaycandan gəlmiş Axund Qəfərin təşəbbüsü ilə, kənd ağası Böyükağa tərəfindən məscid tikilmiş və həmin məsciddə dini təhsil almaq üçün kənd sakinlərinə, həmn də qonşu kəndlərdən gələn sakinlərə hərtərəfli şərait yaradılmışdır.

Tanınmış şəxsiyyətləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]