ÇOXİLLİK

прил. многолетний:
1. продолжающийся многие годы; имеющий много лет давности. Çoxillik zəhmətin bəhrəsi плод многолетнего труда, çoxillik gərgin iş многолетняя напряжённая работа геол. , геогр. çoxillik axın многолетний сток, çoxillik buz многолетний лед, çoxillik donuşluq многолетняя мерзлота
2. бот. живущий несколько или много лет (о растениях). Çoxillik bitkilər многолетние растения, çoxillik otlar многолетние травы (многолетники)
3. рассчитанный на много лет. Çoxillik yanacaq ehtiyatı многолетний запас топлива
ÇOXHÜDUDLU
ÇOXİLMƏLİ
OBASTAN VİKİ
Çoxillik dövr
Atmosfer prosesləri o qədər dəyişkən və çoxşaxəlidir ki, müasir iqlimin öyrənilməsində onun müxtəlif xüsusiyyətlərini əks etdirmək üçün onların uzunmüddətli və ya çoxillik dövr ərzində müşahidələrini aparmaq lazımdır. İqlimşünaslıq elmi ilkin material kimi meteoroloji müşahidə məlumatlarını istifadə edir və bu nəticələr zaman və məkan daxilində müqayisə edilir, tutuşdurulur. İqlim barədə təsəvvür əldə etmək üçün qısa dövr ərzində müşahidə məlumatları kifayət etmir. Çoxillik müşahidə məlumatlarından nəticə çıxarmaq üçün onları statistik cəhətdən işləmək lazımdır. Ona görə iqlim xarakteristikaları çoxillik müşahidə sıralarından statistik nəticə çıxarmaqdan ibarətdir. Belə xarakteristikalar müxtəlif meteoroloji kəmiyyətlərin çoxillik orta qiymətindən, illik anomaliyaların orta qiymətlərdən orta meylindən, çoxillik dövr ərzində ayrı- ayrı meteoroloji elementlərin limit qiymətlərindən, bu və ya digər hadisənin təkrarlanmasından, müəyyən meteoroloji hadisələrin son müddətindən və s. ibarət ola bilər. Çoxillik dövrdə statistik korrelyasiya metodunun köməyi ilə meteoroloji kəmiyyətlər arasında əlaqələrin olub- olmamasını kəmiyyətcəifadə etmək mümkündür. Hadisələr arasında kəmiyyət əlaqələrini ifadə etmək üçün meteorologiyada çoxillik dövr ərzindəki müşahidələrə əsasən empirik düsturlar işlənir. Deməli meteorologiyada statistik metodlar birinci dərəcəli əhəmiyyətə malikdir ki, bu da çoxillik dpvr ərzində müşahidə məlumatları olmadan tətbiq edilə bilməz.
Çoxillik müşahidələr
Səth örtüyü ilə qarşılıqlı təsir şəraitində, onda baş verən fiziki proseslərlə müəyyən olunan, bu və ya digər ərazi üzərində, həmin vaxtda atmosferin vəziyyətinə hava deyilir. Daha sadə şəkildə deyə bilərik ki, yer səthində və aşağı 30–40 km hündürlükdə atmosferin fiziki vəziyyəti baxılan anda hava adlanır. Hava üzərində aparılmış çoxillik müşahidələr, həmin ərazinin iqlimini müəyyən etməyə imkan verir. Həmin ərazidə günəş radiasiyası, atmosfer dövranı və səth örtüyündə baş verən fiziki hadisələrin qarşılıqlı təsiri nəticəsində yaranan və həmin ərazi üçün xarakterik olan hava rejimini yaradan atmosfer proseslərinin qanunauyğun ardıcıllığına iqlim deyilir.
Çoxillik qızçiçəyi
Çoxillik qızçiçəyi (lat. Bellis perennis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qızçiçəyi cinsinə aid bitki növü. Hündürlüyü 5-17 sm, gövdəsi tək və ya bir neçə sayda, zəif və sıx tüklü, qısa kökümsovları olan çoxillik ot bitkisidir. Çiçəkli gövdəsi yarpaqsızdır və eni 10 mm olan tək səbəti vardır. Köküstü rozetdə yerləşmiş yarpaqlar belşəkillidir, əksinəyumurtaşəkilli, bəzən kənarları dəyirmi dişli və yaxud tamkənarlıdır, uc hissəsi küt və saplağa daralmışdır. Qın yarpaqcıqları uzunsov, küt, tükcüklü və qaramtıl rəngdədir. Dilcikləri iki dəfə qından uzundur, ağ rənglidir, sonu çəhrayıdır. Çiçək yatağı qabarıqdır. Toxumları əksinəyumurtaşəkilli və çılpaqdır, kəkilsizdir, uzunluğu 1 mm-ə qədərdir. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Çoxillik Otlar (1954)
Çoxillik otlar (film, 1954)

Значение слова в других словарях