Çoxtərəfli Klirinq

bir sıra ölkə hökumətləri arasında qarşılıqlı tələblərin onların mərkəzi bankları vasitəsilə qarşılıqlı hesabaalınması haqqında bağlanmış müqavilədir.
Çoxluq Qərarı Maddəsi
Çoxtərəfli Müqavilə
OBASTAN VİKİ
Klirinq
Klirinq qiymətli kağızlar və törəmə maliyyə vasitələrinin qarşılıqlı hesablamalar sistemidir. Bir qayda olaraq ticarət meydançasında, birjanın hesablama palatası tərəfindən yaxud ixtisaslaşmiş klirinq təşkilatı tərəfindən yerinə yetirilir. Klirinq sistemi bağlanmış sazişlər üzrə netto-mövqeni hesablamaq imkanı verir. Fərz edək ki, broker günün birinci yarısında beş səhm alıb və dərhal ikisini satıb. Günün ikinci yarısında daha beşini alıb və üçünü satıb. Ticarət sessiyasının sonunda onun yekun mövqeyi beş səhmə bərabər olur. Klirinq nəticəsində razılaşmaların bir qismi bağlanır və brokerin yekun mövqeyi beş səhm alması ilə nəticələnir. O onların haqqını öz kontragenti olan ticarət palatasına ödəməlidir. Bununla belə, beş səhmi kimin isə alması üçün bu qiymətli kağızları ona kimin isə satması lazımdır. Və bu əks tərəf ticarət palatasına həmin beş səhmi verməlidir.
Klirinq evi
Çoxtərəfli investisiya zəmanəti agentliyi
Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi və ya MİGA — 1988-ci ildə yaradılıb və 157 üzvü var. Ölkə MİGA-ya üzv olmaq üçün ilk öncə BYİB-ə üzv olmalıdır. Təşkilatın maliyyə mənbəyini üzvlük kapitalı təşkil edir. İndiyə qədər buraxılan zəmanətlərin ümumi həcmi 10,4 milyard dollara bərabərdir. Zəmanət verilən birbaşa xarici investisiyaların həcmi isə 30 milyard dollara bərabər olmuşdur. 2002-ci il fiskal ilində 1,4 milyard dollar həcmində zəmanət buraxılmışdır. MİGA-nın yaradılmasında əsas məqsəd az inkişaf etmiş ölkələrə birbaşa xarici investisiyaların yönəldilməsinin artırılması yolu ilə bu ölkələrdə insanların yaşayış şəraitinin yaxşılaşdırılması və yoxsulluğun azaldılmasıdır. Təşkilatın vəzifələri aşağıdakılardır: · üzv ölkəyə digər üzv ölkədən qoyulmuş investisiyalarda mövcud olan qeyri-kommersiya risklərinə qarşı zəmanət verilməsi, o cümlədən investisiyaların birgə sığortası və təkrar sığortası; · inkişaf etməkdə olan ölkələrə investisiya axınının artırılması üçün digər müvafiq əlavə fəaliyyətlərin həyata keçirilməsi. · təşkilat tərəfindən yalnız inkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşuna zəmanət verilir. MİGA-nın dəstəklədiyi layihələr ölkələrə hərtərəfli fayda gətirir: yeni iş yerləri açılır, vergi gəlirləri yaranır, təcrübə və texnoloji nou-hau transfer olunur.
Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi