öküzü buynuzundan tutmaq

to take the bull by the horns (to go straight to the matter) брать быка за рога (переходить непосредственно к делу)
öküz kimi (ləng adam haqqında)
Öküzü soyub, qumuzunda bıçağı sındırdı.
OBASTAN VİKİ
Ev öküzü
Falaris öküzü
Falaris öküzü, həmçinin mis öküz və ya Siciliya öküzü — e.ə. VI əsrin ikinci yarısında Aqrigent tiranı Falaris tərəfindən istifadə edilən qədim edam aləti. Öküzün yaradıcısı afinalı misgər Perilay hesab edilir. O, Falarisin göstərişi ilə mis öküzün ilk qurbanı olmuşdur. Falarisin özü, Pindar və Diodorun nəql etdiyi əfsanəyə görə, üsyan nəticəsində devrildikdən sonra, bənzər bir mis öküzdə yandırılaraq edam edilmişdir. Политические отношения и государственные формы в античном мире. Сборник научных статей. Под редакцией проф. Э. Д. Фролова. СПб., 2002.
Müşk öküzü
Müşk öküzü (lat. Ovibos moschatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyunöküz cinsinə aid heyvan növü. Şimali Amerikanın tundrasında, Kanadada, və Qrelandiyada Qoyunöküzlərin sürülərinə hal hazırda rast gəlmək olur. Norveçdə, Alyaskada və Şpitsberqdə qoyunöküzlər süni şəkildə yerləşdirilmişdir. Qoyunöküzlərin hündürlükləri 145 santimetrə, çəkiləri 200-300 kiloqrama çatır, Bəzi hallarda yaşlı heyvanların çəkisi 400 kiloqrama çatır. Heyvanlar uzun yunlarının hesabına çox böyük görünürlər. Onların Yunları çox sıx və istidir. Boğazlarının altında və yanlarında tüklərin uzunluğu 90 santimetrə çarır. Qoyunöküzlərin genişalınlı başlarını Afrika camışlarının buynuzuna oxşar enli buynuzlar bəzəyir. Hədindənartıq soyuq havalarda Qoyunöküzlər bir-birlərinə bərk sixilaraq bədənlərini isti saxlayırlar.
Səma öküzü
Səma buğası, həmçinin Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası və ya Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Əl-ələ tutmaq
Əl-ələ tutmaq — bir çox mədəniyyətlərdə iki insan arasında mövcud olan məhəbbət ifadəsinin məşhur formasıdır. Əl-ələ tutmaq çox vaxt romantik cütlüklər arasında fiziki yaxınlığın ilk ictimai nümayişidir. Tərəfdaşlar arasında qarşılıqlı əlaqə sevginin ifadələrindən biridir. Əl-ələ tutmağın mənası və qəbulu ictimai yerlərdən və mədəniyyətdən asılı olaraq dəyişə bilər. Əl-ələ tutmaq salamlaşma ritualından, əl sıxmaqdan fərqləndirilir. 1960-cı illərə qədər Qərb mədəniyyətində ictimaiyyətdə əl-ələ tutmaq böyük ölçüdə qəbul edilmirdi, lakin sonrakı onilliklərdə bu tendensiya dəyişmişdir. 2002-ci ildə 20 ölkədən 6600 qadın və kişinin ictimai yerlərdə sekslə bağlı fikirlərini tədqiq edən Cora Romance Reporta görə, respondentlərin 78 faizi ictimai yerlərdə öpüşün və əl-ələ tutmağın geniş şəkildə qəbul edildiyini bildirmişdirlər. Yaşlılar arasında belə, əl-ələ tutmaq qəbuledilən sevgi əlaməti hesab olunur. "Lenz" jurnalının sifarişi ilə keçirilən sorğuya əsasən, sorğuda iştirak edən yaşlıların 65 faizi ictimai yerlərdə əl-ələ tutmağı məhəbbət ifadəsinin icazəli forması hesab etmişdirlər. Ərəb ölkələrində, Şimali Afrikada, Asiyanın bəzi regionlarında, bəzi Aralıq dənizi və Cənubi Avropa mədəniyyətlərində (xüsusilə Siciliyada) ənənəvi olaraq kişilər də dostluq və hörmət əlaməti olaraq əl-ələ tuturlar.