Ön ofis

Front office Şirkətdə müştərilərlə təmasda olan departamentlər – marketinq, satış, xidmət kimi bölmələr.
“Ölü pişiyin sıçrayışı”
Ötürmə (satma, həvalə etmə)
OBASTAN VİKİ
Ofis
Ofis (ing. office) — müəssisənin, firmanın məmurlarınnən və inzibati işçilərinin çalışan ayrıca otaq, bina, binalar kompleksi. Ofisdə müştərilərlə çalışır, sənəd və arxivlərlə işləyir və toplayırlar.
Ofis paketi
Ofis paketi (İnteqrallaşdırılmış paket) — müxtəlif funksiyaları yerinə yetirən proqram komponentlərini özündə birləşdirir. Müasir inteqrallaşdırılmış tətbiqi proqram paketinə (TPP) mətn prosessoru, elektron cədvəl, qrafiki redaktor, verilənlər bazası idarəetmə sistemi (VBİS) və s. daxildir. İnteqrallaşdırılmış paketlərə əlavə modullar kimi, faylların eksport-importu, kalkulyator, təqvim, proqramlaşdırma sistemləri də daxil edilir. Bu cür paketlərə misal olaraq Microsoft Office, FrameWork, Ashampoo Office 2010 və s. göstərmək olar.
Virtual ofis
Virtual ofis (ing. virtual office) — kollektiv istifadə üçün nəzərdə tutulan ofis xidmətlərini bildirən termindir. Bu xidmətlər əsasən yazışmaların əldə edilməsi üçün təşkilatın xidməti ünvanını, poçt göndəriş xidmətlərini, virtual telefon nömrəsini, faksların qəbul edilməsini əhatə edir. Həmçinin əlavə olaraq daxil olan zənglər üzrə xidmət, katibə, veb-hostinq xidmətləri və işgüzar görüşlər üçün danışıq otaqlarının və konfrans-zalların icarəsi kimi xidmətlər göstərilir. «Virtual ofis» həmçinin əməkdaşlardan ibarət komanda tərəfindən İnternetin müstəsna ünsiyyət imkanlarından istifadə etməklə effektiv biznes ilə məşğul olmağa imkan verən mühiti təsvir etmək üçün istifadə olunan ümumi termindir.
Ön Asiya
Ön Asiya, Qərbi Asiya və ya Cənub-Qərbi Ön Asiya — Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası, Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq (Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur. Hazırda bu region aşağıdakı ölkələri əhatə edir: Fiziki coğrafi mövqeyi. Cənub-Qərbi Asiya dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olmuşdur. Bu geniş regionda Anadolu, İran yaylaları Mesopotamiya ovalığı, Ərəbistan yarımadası yerləşir. Ön Asiya dağlıq yaylalarında yerləşən Anadolu və İran yaylaları, Əfqanıstan əsasən dağlıq ərazilərdir. Burada hündür dağ silsilələri arasında geniş çökəklər yerləşir. Hinduquş dağları regionun ən hündür dağlarıdır. Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları adlanır.
Ön bolqarlar
Bulqarlar — II əsrdə ortaya çıxmış (lat. Bulensii) yarımköçəri türk xalqı. Tədqiqatçılar bulqarları Şimali Qafqaz çöllərində hunlardan əvvəl yaşamış türkdilli tayfa hesab edirlər. Bulqar tayfasının adı "Dədə Qorqud" eposunda da çəkilir. Erkən orta əsrlərə aid mənbələrdə bulqarların kazan, çakar, kol (kul), kuvyar və basil adlı tayfalardan ibarət olması göstərilir. Moisey Xorenski yazır ki, erməni çarı Xosrovun vaxtında Ermənistana "qüdrətli basillər" gəlib məskunlaşmışlar. Bulqarlar hələ qədimdən Ptolomeyə məlum idi. Onlar Ukraynanın Cənubi Buq çayı sahilində yaşayırdı. Bulqar dövləti Onogur-Kutriqur-Utiqur ittifaqının Göytürk xaqanlığından azad olması nəticəsində yaranmışdı. Böyük Bulqar xanlığını Kubrat xan qurdu.
Ön sevişmə
Ön sevişmə — iki və ya daha çox insan arasında baş verən fiziki yaxınlıq və emosional yaxınlıq silsiləsinə verilən addır. Bu, cinsi oyanma və cinsi fəaliyyət üçün istək yaratmaq deməkdir.. Ön sevişmə adətən fiziki cinsi fəaliyyət kimi başa düşülsə də, zehni və ya şifahi hərəkətlər kimi fiziki olmayan fəaliyyətlər də ön sevişmə ola bilərlər. Ön sevişmə fərqli insanlar üçün fərqli şeylər ifadə edə bilər..
Ön söz
Ön söz — ədəbi və ya elmi əsərin əsas mətndən əvvəl olan hissəsi. Ön sözdə müəllifin özünün, redaktorun, naşirin və ya əsərlə bağlı başqa şəxslərin izahatları və şərhləri olur. Ön söz sadəcə ədəbi əsərin bütövündən yox, həmçinin onun ayrıca bir hissəsindən əvvəl də gələr bilər. "Yevgeni Onegin"in son fəsli buna nümunədir.
Ön şəkilçilər
Ön şəkilçi və ya prefiks — sözün önünə artırılaraq, sözə yeni bir məna verən şəkilçilər. Ön şəkilçilər, ümumiyyətlə, Azərbaycan dili üçün xarakterik deyil. Lüğət tərkibimizdə olan ön şəkilçilər bütünlüklə alınmadır. Azərbaycan dilində rast gəlinən ön şəkilçilər ərəb-fars və avropa mənşəlidir: Bi- – inkar mənada işlənir və “-sız”, “olmayan” kimi başa düşülür.Məsələn:bixəbər Na- – “bi” ilə eyni mənada işlənir.Məsələn:nalayiq La- – inkarlıq bildirir. Ba- – “na” və “bi” ön şəkilçilərinin antonimidir və dilimizdəki "-li" şəkilçisinin ifadə etdiyi mənada başa düşülür.Məsələn:baməzə Qeyri- – əkslik bildirir. Bəzi avropa mənşəli sözlərə də qoşula bilir. Məsələn: Qeyri-müəyyən, qeyri – etik a- – inkar mənada işlənir. Məsələn: Normal – anormal anti- — inkarlıq, “əleyhinə” mənasında işlənir. Məsələn: Türk – antitürk Bu şəkilçilərlə işlənən sözlərin sonuna milli leksik şəkilçilər də əlavə edilə bilir.
Ön yarğı
Qərəz və ya önyarqı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
Ön yarqı
Qərəz və ya önyarqı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
Ön şəkilçi
Ön şəkilçi və ya prefiks — sözün önünə artırılaraq, sözə yeni bir məna verən şəkilçilər. Ön şəkilçilər, ümumiyyətlə, Azərbaycan dili üçün xarakterik deyil. Lüğət tərkibimizdə olan ön şəkilçilər bütünlüklə alınmadır. Azərbaycan dilində rast gəlinən ön şəkilçilər ərəb-fars və avropa mənşəlidir: Bi- – inkar mənada işlənir və “-sız”, “olmayan” kimi başa düşülür.Məsələn:bixəbər Na- – “bi” ilə eyni mənada işlənir.Məsələn:nalayiq La- – inkarlıq bildirir. Ba- – “na” və “bi” ön şəkilçilərinin antonimidir və dilimizdəki "-li" şəkilçisinin ifadə etdiyi mənada başa düşülür.Məsələn:baməzə Qeyri- – əkslik bildirir. Bəzi avropa mənşəli sözlərə də qoşula bilir. Məsələn: Qeyri-müəyyən, qeyri – etik a- – inkar mənada işlənir. Məsələn: Normal – anormal anti- — inkarlıq, “əleyhinə” mənasında işlənir. Məsələn: Türk – antitürk Bu şəkilçilərlə işlənən sözlərin sonuna milli leksik şəkilçilər də əlavə edilə bilir.
Ofis (teleserial, 2005)
Ofis (ing. The Office) — ABŞ istehsalı sitkom teleserialı. Uydurma şirkət "Dunder Mifflin Paper Company"nin Pensilvaniya ştatının Skranton şəhərindəki ofisinin işçilərinin günlük həyatından bəhs edilir. 24 mart 2005-ci ildən 16 may 2013-cü il tarixinədək NBC kanalında yayımlanıb və cəmi doqquz mövsüm davam etmişdir. Ricky Gervais və Stephen Merchant tərəfindən yaradılmış 2001–2003-cü illərdə BBC kanalında yayımlanan Britaniya serialı The Office əsasında çəkilib. Simpsonlar, Saturday Night Live, King of the Hill teleseriallarındakı işləri ilə tanınan yazıçı Greg Daniels ABŞ üçün ekranlaşdırıb. Ofis studiya auditoriyası və ya gülüş treki olmadan tək kamera istifadə edilərək real sənədli film üslubunda lentə alınıb. Teleserialın 201 seriyası NBC kanalında yayımlanıb. "Ofis"in orijinal əsas heyətinə Stiv Karell, Reyn Vilson, Con Krasinski, Cenna Fişer və B. J. Novak daxildir. Serialın sonrakı epizdolarında aktyor heyətində bəzi dəyişikliklər baş vermişdir.
Meklenburq-Ön Pomeraniya
Meklenburq-Ön Pomeraniya - Almaniyanın vilayətidir. Vilayətin paytaxtı Şverindir. Coğrafi amillərin təsirinə və tarixi inkişafın xüsusiyyətlərinə görə, təxminən iki milyon əhalisiylə bu federativ region müasir Almaniyanın regionlarından ən az əhalisi olanıdır. Uzun müddət bu regionun ərazisində slavyan tayfaları yaşayırdı. Vilayətin iqtisadiyyatı üçün ağır zərbə İkinci dünya müharibəsinin sonu idi, həmin vaxt bura Qırmızı Ordudan qaçan qaçqınların çoxmilyonlu axını yollandı. Almaniya Demokratik Respublikasının mövcud olduğu illərdə burada yeni sənaye müəssisələri yarandı və iş yerləri açıldı, amma Almaniyanın birləşməsindən sonra onlardan bir çoxu ekoloji mənada təhlükəli və texniki olaraq köhnəlmiş olanlar yenidən bağlandılar. Hal-hazırda vilayətdə iqtisadiyyatda və ictimai həyatda ciddi problemlər mövcuddur. == Coğrafiya == Vilayət Almaniyanın şimal-şərqindədir, Baltik dənizinə çıxışa malikdir. Vilayətin ərazisində çoxlu miqdarda göl var onlardan ən böyüyü Müritzdir (ərazisi 117 km²). Meklenburq-Ön Pomeraniyada Almaniyada ən böyük ada öz tabaşirli qayalarıyla məşhur olan Rügen yerləşir.
Ön Asiya bəbiri
İran bəbiri (lat. Panthera pardus saxicolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü. İran, Zaqafqaziya (Azərbaycan, Gürcüstan, Ermənistan), Türkiyə, Türkmənistan, Özbəkistan, Pakistan, Tacikistan və Əfqanıstan.
Ön Asiya mabuyası
Ön Asiya mabuyası (lat. Trachylepis septemtaeniatus) — Afrika mabuyaları cinsinə aid növ. Qulaq dəliyi burun dəliyindən iridir. Qulaq dəliyinin ön kənarında hər birində 2–3 ədəd pulcuq yerləşir. Belin və boyunun ön tərəfindəki pulcuqlarda zəif inkişaf etmiş qabırğacıqlar olur. Belin və boyunun ön hissəsindən başlayaraq alt tərəfin köndələn pulcuqlar sırası ilə örtülmüşdür. Arxa ətrafın dördüncü barmağının alt hissəsində 16–22 barmaqaltı lövhəcik yerləşir. Bədənin üstü boz, qonur-boz, qonur və ya tutqun-qonur rəngdə olub, qızılı çalara malikdir. Boyundan başlayaraq bel tərəf boyunca 4, qonur və yaxud qara-qonur zolaq keçir, bəzən isə bədənin ikinci yarısında bu zolaqlar olmur. Bədənin alt tərəfi bozumtul və ya sarımtıl rəngdə olub, xalsızdır.
Ön dartılı beton
Ön dartılı beton — tikintidə istifadə olunan, detveytinin o tərəfində hər hansı bir yükü dəstəkləmədən əvvəl sıxışdırılaraq yaradılan bir beton növüdür.
Ön qamış arteriyası
Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları (kitab)
Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları — Filologiya elmləri doktoru, professor Əjdər Tağıoğlu tərəfindən yazılmış, Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilmiş elmi əsər ISBN 978-9952-8099-2-3 Əjdər İsmayılovun (Əjdər Tağıoğlunun) "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" adlı əsəri Azərbaycan elmində böyük hadisədir. Erməni və muzdlu ermənipərəst tarixçilərin qədim türk torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən günümüzədək kilsə əfsanə və rəvayətlərinə söykənərək "Böyük Armeniya" uydurması ilə əlaqədar qaldırdıqları iddialar bu monumental əsərdə alt-üst edilir. Beləki problemlə əlaqədar zəngin tarixi faktlar əsasında geniş araşdırma aparan müəllif ilk növbədə rusdilli nəşrlərdə coğrafi ərazi adı olan "Armeniya" sözünün mənşəindən danışır. O, toponimin mənşəyini Fəratın yuxarı axarında yerləşmiş m.ö. III minillikdə zəngin mədəniyyətli bir ölkə olmuş qədim Şuprianın ikinci adı olan "Arme" ilə əlaqələndirir. Müəllif erməni saxtakarlığını açmaq və oxucunu "Böyük Armeniya" mifi ehkamından xilas etmək üçün "Arme" ölkə adının "Armeniya" formasında yazılışınadək ayrı-ayrı tarixi mənbələrdə qeydə alınmış şəklinə tarix və tarixilik kontekstində izahlar verərək aşağıdakı şəkildə izləyir: Arme\Armeini (Biaini yazılarında), Armina\Harminuia\Ura-aş-tu-ru (Boqıstan qaya mətnlərində), Armini (Ksenefontda), Arminia\Armenia (sonrakı dövrlərdə Yunan və Bizans mınbələrində), Ərməniyyə\Ərminiyyə (ərəbdilli mənbələrdə), Armenia (Roman-German dillərində), Armeniya(rusdilli nəşrlərdə). Bəs erməni tarix ədəbiyyatında "Böyük Armeniya"nın banisi kimi verilmiş guya milliyyətçə "erməni" olmuş "Artaşes" adlandırdıqları çar əslində kimdir? O, III Antioxun Suriya çarlığının sərhədlərini qonşu torpaqları hesabına genişləndirdiyi illərdə onun tərkibinə daxil edilmiş Arme (Şupria) vilayətinə tə`yin etdiyi canişindir. Artaksi etnik mənsubiyyətinə görə Azərbaycan türklərinin soykökündə iştirak etmiş ilk yerli türk tayfalarından olan Mar əhalisindəndir. O, səltənət varisi olaraq Atarpatın çar nəslindəndir.
Bank of Georgia baş ofis binası
Bank of Georgia baş ofis binası (gürc. ოფიცერთა სახლი) və ya Gürcüstan SSR-in avtomobil yolları nazirliyinin binası (gürc. საქართველოს საავტომობილო გზების სამინისტროს შენობა) – 1975-ci ildə Tbilisi şəhərində memar Georgi Çaxava və Zurab Calaqxaninin layihəsi əsasında inşa edilmiş memarlıq abidəsidir. Hazırda bina Bank of Georgiaya məxsusdur və inzibati bina kimi istifadə edilir. == Tarixi == Binanın layihələndirilməsi zamanı Georgi Çaxava yol tikintisi naziri olduğuna görə, həm sifarişçi, həm də sifarişi yerinə yetirən tərəf kimi çıxış edirdi. Binanın inşası üçün yeri də memar özü seçmişdi. Sifariş, müsabiqə keçirilmədən birbaşa dövlət sifarişi ilə həyata keçirilmişdir. Bütün SSRİ dövründə, bina, Gürcüstan ərazisində individual layihələndirilmiş azsaylı binalardan biri olaraq qalmışdır. Layihənin hazırlanmasında memarlar G. Çaxava və Z. Calaqxani, mühəndislər T. Txilava və A. Kimberq iştirak etmişlər. İnaşaat xərcləri 6 milyon rubla bərabər olmuşdur..

Значение слова в других словарях