ÜQDƏ
ÜLFƏT
OBASTAN VİKİ
Üləma
Üləma (ərəb. علماء‎) — islamda dini biliklərin, o cümlədən islam doktrinasının və hüququnun qoruyucuları, ötürücüləri və tərcüməçiləri. Tarixi ənənəyə görə, üləmalar dini müəssisələrdə, yəni mədrəsələrdə təhsil alırlar. Quran və sünnə ənənvi islam hüququnun müqəddəs qaynaqlarıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Guy Burak. The second formation of Islamic Law. The Hanafi School in the Early Modern Ottoman Empire. Cambridge, UK: Cambridge University Press. 2015. ISBN 978-1-107-09027-9.
Üləma sultan Təkəli
Ulamə sultan Təkəli (?-?) — qızılbaş əmiri, 1531-ci ildə Osmanlı tərəfinə keçmişdi. == Həyatı == O, əvvəllər Osmanlı ordusunda sipahi olmuş, 1511-ci ildə Şahqulu üsyanında iştirak edərək, Azərbaycana gəlmiş, Səfəvilərin xidmətinə keçmiş, dövlət vəzifələrinə irəli çəkilmiş və I Şah Təhmasib zamanında Azərbaycan əmirülümərası təyin olunmuşdu. Tarixçi Əbdi bəy Şirazi yazır: "Pələng ilində (1530-cu ildə) Xorasana yürüş ortalığa çıxdıqda o (Cuhə Sultan), Azərbaycanın əmirül-ümərası idi. 300 nəfəri Xorasana cəza dəstəsi kimi göndərdi. Aləmi tutan ordu (Şah Təhmasibin ordusu) qışlamaq üçün İsfahanda olarkən, Sam mirzə və Hüseyn xan Şirazda ikən Ülamə Təbrizə gələrək, Təbrizin darğalığını ələ keçirmək istədi. Şahın Təbrizdə olan xüsusi atlarını ələ keçirdi. Bundan əlavə zərlə işləmək sənəti üçün alınıb, (M-233b) Təbriz zərlə işləyənlərinə tapşırılan şahın bəzi kənizlərini öz mülazimlərinə verdi. Təbriz fərraşxanasında olan şaha məxsus rəsmlər çəkilmiş çadırı çıxarıb öz başının [üstünə] vurdu. Şah Təhmasibin yaxın adamlarının Təbrizdə və o ətrafda qalmış sunukə mallarına yiyələndi. Bununla bərabər Özkəmər bəy Zülqədər ilə müxalifət barədə söhbət edib Təbrizdən çıxdı.

Значение слова в других словарях