Qaymaqçiçəkli üzgəcotu
Qаymаqçiçəkli üzgəcоtu - (lat.Trollius ranunculinus)
== Qısa morfoloji təsviri ==
Çoxillik, hündürlüyü 35 sm kimi olan, gövdəsi düz, sadə və ya budaqlı bitkidir. Gövdənin kökyanı hissəsi köhnə yarpaqların qalıqları ilə örtülmüşdür. Kökyanı yarpaqları uzun saplaqlı, barmaqvari olaraq beş, uzunsov-rombvari, üçhissəli, dişli dilimlərə bölünmüşdür. Gövdə yarpaqları oturaqdır, yuxarıdakılar biri-birinə yaxınlaşaraq, sarğı kimi çiçəyi əhatəyə almışlar. Çiçəkləri tək-tək, iri, tünd sarı rəngdə, 5-10 dənə yumurtavari, uzunsov kasa yarpaqlarıdır. Nektarlıqları ləçəkvari, uzunsov-xətvari, qızılı-sarı rəngdədir. Çalovu düz və ya cüzi bayıra doğru əyilmiş buruncuqludur. Toxumları tünd qonurdur.
== Yayılması ==
BQ qərbi, BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşaqlarında yayılmışdır. Rütubətli dağ çəmənlərində, rütubətli, otlu yamaclarda, qar əriyən yerlərdə bitir.