ŞƏKİLLƏRİN DEŞİFRLƏNMƏSİ

/frans. dechiffreraraşdırmaq, tapmaq/ obyektin xassələri ilə onların aero-və kosmik şəkillərdə təsviri xarakteri arasındakı mövcud qanunauyğun asılılığa əsaslanaraq fotoşəkillərlə ərazinin, su sahəsinin, eləcə də atmosfer hadisələrinin tədqiqi üsulu /metodu/. Obyektləri şəkildə tapmaq və müəyyənləşdirməklə, onları kəmiyyət və keyfiyyətcə səciyyələndirməklə və obyektləri şərti işarələrlə göstərməklə nəticələnir. Onun metodikası çöl və kameral işlərin birliyinə /əlaqəsinə/ əsaslanır. дешифриpование снимков interpretation of photographs
ŞƏBƏKƏLİ QUM TƏPƏLƏRİ
ŞƏLALƏ
OBASTAN VİKİ
Şəkillərin deşifrlənməsi
Şəkillərin de-şifrlənməsi (rus. дешифриpование снимков, ing. interpretation of photographs) — frans. dechiffrer – araşdırmaq, tapmaq – obyektin xassələri ilə onların aero – və kosmik şəkillərdə təsviri xarakteri arasındakı mövcud qanunauyğun asılılığa əsaslanaraq fotoşəkillərlə ərazinin, su sahəsinin, eləcə də atmosfer hadisələrinin tədqiqi üsulu /metodu. Obyektləri şəkildə tapmaq və müəyyənləşdirməklə, onları kəmiyyət və keyfiyyətcə səciyyələndirməklə və obyektləri şərti işarələrlə göstərməklə nəticələnir. Onun metodikası çöl və kameral işlərin birliyinə əlaqəsinə əsaslanır.
Sovet İttifaqında şəkillərin senzuraya məruz qalması
Sovet İttifaqında şəkillərin senzuraya məruz qalması — fotolara və şəkillərə qarşı senzura tədbiq edilməsi Sovet İttifaqında geniş yayılmışdı. Vizual senzuradan siyasi kontekstdə, xüsusən İosif Stalinin siyasi təmizləmələri (Böyük Təmizləmə) zamanı istifadə edilmişdi. Bu proses zamanı Sovet hökuməti təmizlənmiş bəzi şəxsiyyətləri Sovet tarixindən silməyə cəhd etmiş və şəkillərin dəyişdirilməsi, filmin məhv edilməsini əhatə edən tədbirlər görmüşdür. 5 may 1920-ci ildə Lenin Moskvanın Sverdlov meydanındakı insanlar qarşısında özünün məşhur nitqini söylədi. Onun qarşısında Leon Trotski və Lev Kamenev dayanmışdı. Bu iki şəxs sonradan Stalin tərəfindən edam edildikləri və anti-sovet fəaliyyətdə ittiham edildikləri üçün onlar Leninin bu çıxışı zamanı çəkilmiş fotolardan yox edilmişdilər. Leon Trotski müasir Ukraynada doğulmuş və etnik olaraq yəhudi əsilli olan inqilabçı və marksist nəzəriyyəçi idi. O, inqilab zamanı aktiv üzvlərdən biri olmuş, Sovet Rusiyasının ilk illərində Xalq XArici İşlər Komissarlığının rəhbəri kimi çalışmışdır. Bundan sonra isə Qızıl Ordunun yaradıcısı və Xalq Hərb Komissarlığının rəhbəri kimi çalışmışdır. O, həmçinin Siyasi Büronun da ilk üzvləri arasında idi.