ŞİRDAN

сущ. сычуг (один из отделов желудка жвачных животных)
ŞİRÇİLİK
ŞİRƏ
OBASTAN VİKİ
Şaban Şirdanov
Şaban Şirdanov — Azərbaycanlı futbol mütəxəssisi. Şaban Rəcəb oğlu Şirdanov 1960-cı ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan SSR Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə ilə bitirmişdir. Ali təhsil aldığı illərdə tərkibində İqor Ponomaryovun da oynadığı Azərbaycan SSR-in tələbələrdən ibarət yığma komandasında çıxış etmişdir. Ali məktəbi bitirdikdən sonra onun təyinatını elə doğulduğu Zaqatala rayonuna verirlər. Burada idman müəllimi kimi işə başlayır. Az sonra rayonda futbol məşqçisi kimi tanınır. 1981-ci ildə Zaqatalaya qayıdaraq bir müddət əvvəl dağılmış rayonun "Daşqın" futbol komandasını yenidən bərpa etmiş, 1995-ci ilədək həmin komandanın oynayan baş məşqçisi olmuşdur. "Daşqın" onun rəhbərliyi altında 1988-1990-cı illərdə SSRİ çempionatının aşağı dəstələrində, 1992-1993-cü illərdə müstəqil Azərbaycanın ilk milli çempionatlarında, 1994-1995-ci illərdə Azərbaycan çempionatının aşağı dəstəsində mübarizə aparmışdır. 1991-ci ildə Azərbaycanda ilk dəfə rayon kəndləri arasında bütün mövsümü əhatə edən dairəvi, iki dövrəli futbol çempionatı keçirmişdir.

Значение слова в других словарях