Şpisbergen
Şpitsbergen (alm. Spitzbergen), həmçinin Svalbard (norv. Svalbard), pomor Qrumant — Şimal Buzlu Okeanında, 76°26' və 80°50' şimal genişliyi, 10° və 32° şərq uzunluğunda yerləşən böyük qütb arxipelaqı. Norveçin ən şimal hissəsi. Mərkəzi Lonqyirbyuen şəhəridir. Bu Yer Kürəsində ən şimalda yerləşən inzibati mərkəz hesab olunur. Arxipelaq və ətraf zona hərbisizləşdirilmiş ərazidir. Əhalisi 2600 nəfərdir, 2009-cu il.
17-18-ci əsrlərdə uzaq şimala üzən balinaçılar adalardan baza kimi istifadə edirdilər; sonradan arxipelaq tərk edildi. Kömür hasilatı 20-ci əsrin əvvəllərində başlamış və bir neçə daimi icma yaradılmışdır.