şpionluq 2021
şpisruten
OBASTAN VİKİ
Amsterdam adası (Şpisbergen)
Amsterdam adası (norv. Amsterdamøya) — Qərbi Şpisbergen adasının şimal-şərqində yerləşən kiçik ada. == Tarix == Adanı ilk dəfə Villem Barens 1596-cı ildə kəşf etmişdir. 1614-cü ildə adanı hollandlar ələ keçirmişdir. Öz adını bu dövrdə almışdır. 1619-cu ildə adada yerləşən burunda balina ovu bazası inşa edilir. Ətrafında Smerenburq qəsəbəsi salınır. 1640-cı ildən təsərrüfat səngiyir. 1660-cı ildə yaşayış məntəqəsi tərk edilir. 1973-cü ildə yaşayış məntəqəsinin xarabalığı Nordvest-Şpisbergen milli parkı ərazisinə daxil edilmişdir.
Qərbi Şpisbergen
Qərbi Şpisbergen (norv. Spitsbergen) Şpitsbergen arxipelaqına daxil olan ada. Adanın cənub sahillərini Atlantik okeanın suları, şimal sahillərini isə Şimal Buzlu okeanın suları yuyur. Adanın sahəsi — 39 044 km² (və ya 37 673 km²) təşkil edir. XIX əsrdə Rusiya imperiyası, Norveç və İsveç ada haqqında ilk razılaşmanı imzalamışlar. 9 fevral 1920-ci il razılaşmasına əsasən, Qərbi Şpisbergen digər adalarla birlikdə Norveçə verilir. Bu müqaviləyə qol çəkən 39 dövlət adalarda təsərrüfat işlərində istifadə hüququ verilirdi Adada daş kömür aşkarlanan zaman aktivlik artsa da hal-hazırda adada iqtisadi aktivlik Norveç və Rusiyaya məxsusdur. Ruslar Şpisbergendə kömür mədəninə malikdirlər və onun şelf sularında balıq ovu edirlər. Bu isə Norveçlə münqişəyə səbəb ola bilər. Arxipelaqın şelf ərazisində neft və qaz ehtiyatının olması ehtimal edilir.
Şimal-Şərq Torpağı (Şpisbergen)
Şimal-Şərq Torpağı (norv. Nordaustlandet) — Yaşayışı olmayan Şpitsbergen arxipelaqına daxildir və arxipelaqın şərqində yerləşir. 14,443 km² sahə ilə arxipelaqın ikinci iri adasıdır. == Coğrafiya və iqlimi == Adanın səthi alçaq dağlıqdır və hündürlüyü 700 metrdir. Adanın şərq hissəsində çoxlu sayda Fiordlar vardır. Adanın ərazisinin 11 135 km² buzlaqlar təşkil edir. Bu isə adanın 76 % təşkil edir. Onun qalınlığı 564 metrdir. Tundra iqliminə malik olaraq, ərazi Şibyə və Mamır kimi bitkilərdən ibarətdir.
Şpisbergen
Şpitsbergen (alm. Spitzbergen‎), həmçinin Svalbard (norv. Svalbard), pomor Qrumant — Şimal Buzlu Okeanında, 76°26' və 80°50' şimal genişliyi, 10° və 32° şərq uzunluğunda yerləşən böyük qütb arxipelaqı. Norveçin ən şimal hissəsi. Mərkəzi Lonqyirbyuen şəhəridir. Bu Yer Kürəsində ən şimalda yerləşən inzibati mərkəz hesab olunur. Arxipelaq və ətraf zona hərbisizləşdirilmiş ərazidir. Əhalisi 2600 nəfərdir, 2009-cu il. 17-18-ci əsrlərdə uzaq şimala üzən balinaçılar adalardan baza kimi istifadə edirdilər; sonradan arxipelaq tərk edildi. Kömür hasilatı 20-ci əsrin əvvəllərində başlamış və bir neçə daimi icma yaradılmışdır.