Azərbaycan... Əbədiyyət yolu (film, 2006)
Azərbaycan... Əbədiyyət yolu qısametrajlı sənədli filmi rejissor İqbal Məmmədəliyev tərəfindən 2006-cı ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycanın qədim tarixinə, abidələrinə və zəngin mədəniyyətinə, həmçinin bu gününə həsr olunmuşdur.
== Məzmun ==
Film Azərbaycanın qədim tarixinə, abidələrinə və zəngin mədəniyyətinə, həmçinin bu gününə həsr olunmuşdur. Filmdə həmçinin, Azərbaycanın dini tollerantlığı, xalqımızın tarixi keçmişində islam dininin yeri barədə həqiqətlər öz əksini tapıb.Filmdə, xüsusi olaraq, ən maraqlı və təqdirəlayiq məqamlardan biri də, Azərbaycanın tarixi qədimliyinə və zənginliyinə görə seçilən Azərbaycan məscidlərinin erməni vandalları tərəfindən vəhşiliklə dağıdılmasının bir fakt kimi öz əksini tapmasıdır.