Əkmələddin Naxçıvani
Əkmələddun Müəyyəd bin Əbubəkr bin İbrahim əl Naxçıvani ət-Təbib (ö. 1302-ci ildən sonra) — XIII əsr həkimi.
== Həyatı ==
Məlum olduğu kimi, XI əsrin ikinci yarısından başlayaraq Azərbaycan və Anadoluda səlcuq türkləri fəthlərini genişləndirmiş, beləliklə, Ön Asiyada böyük Səlcuq dövləti qurulmuşdur. Məhz səlcuqlar dövründə Orta Asiya, Anadolu, Azərbaycan və Xorasanda xeyli sayda saray, məscid, mədrəsə, hamam, türbə, imarət, zaviyə, körpü, karvansara, xəstəxana inşa edilmiş və bunlar o dövrün memarlıq abidələri kimi özünəməxsus ortaq üsluba malik olmuşlar.
Türkiyə Cümhuriyyətinin qədim Konya şəhəri uzun müddət Rum sultanlığının paytaxtı olmuşdur. Səlcuq hökmdarlarından xüsusilə I Əlaəddin Keyqubad zamanında Anadoluya, əsasən, İran, Azərbaycan və Orta Asiyadan elm və sənət adamları gəlib yerləşmişlər. Bu dövrdə Cəlaləddin Ruminin atası şeyx Bahaəddin Vələdin Karamandan hökmdarın dəvəti ilə Konyaya gətirilməsi də təsadüfi olmamışdır. Həmin dəvət məktubunun arxiv materialları içərisindən aşkara çıxarılması dediklərimizi təsdiq edir. Həmçinin qaynaqlarda bu dövrdə digər türk ölkələrindən gəlib Anadoluda yaşayıb-yaratmış Hübeyş Tiflisi, Nəcməddin Naxçıvani, Əkmələddin Naxçıvani, Qəzənfər Təbrizi, Şəms Təbrizi, Hüsaməddin Çələbi kimi elm və mədəniyyət adamlarının adına tez-tez rast gəlirik.
Bunlardan Nəcməddin Naxçıvani Konya Səlcuqlu dövlətində hökmdarın vəziri mərtəbəsinə qədər yüksəlmişdir.