Əldarağı sümükləri
Əldarağı sümükləri (lat. ossa metacarpalia) — əlin obuc nahiyəsinə aid sümüklərdir. Əldarağı skleti beş uzun əldarağı sümüklərindən ibarətdir. Hərbirinin bir cismi (lat. corpus) və iki ucu: yuxarı ucu və ya əsası — lat. basis və aşağı ucu və ya başı — lat. caput (capitulum — BNA) vardır. Uclardan ancaq biri (başı) həqiqi epifiz hesab edilir, ona görə də daraq sümükləri monoepifizar uzun sümüklərdən hesab olunur. Bu sümüklərin arxa səthi yastı, ovuc səthi isə basıqdır.
Onların uzunluğu müxtəlifdir.