əmi-dayılı

əmi-dayılı
əmi-dayı
əmiarvadı
OBASTAN VİKİ
Əmi Məmmədov
Əmi Ağa oğlu Məmmədov (1922, Bakı – 26 mart 1944, Mikolayev) — Sovet İttifaqı Qəhrəmanı (1945). Əmi Məmmədov 1922-ci ildə Bakı şəhərində anadan olub. Suraxanı RHK-dan 1941-ci ildə orduya çağırılmışdır. Əmi Məmmədov Suxumi ətrafında ilk dəfə vuruşmaya girmiş və orada kəşfiyyatçı keyfiyyətlərinə malik olduğunu göstərmişdir. Nikolayev desantı əməliyyatı keçirilməzdən əvvəl o, artıq təcrübəli döyüşçü idi. Novorossiysk və Taqanroq yaxınlığındakı desant əməliyyatları Kerç, Mariupol, Feodosiya uğrunda döyüşlərdə iştirak etmiş, dəfələrlə yaralanmış, döyüş ordenlərinə və medallarına layiq görülmüşdür. 1944-cü ilin martında Nikolayevdə desantçıların faşistlərlə qeyri-bərabər döyüşündə həlak olmuş 67 nəfərə 1944-cü ilin aprelində Sovet İttifaqı Qəhrəmanı adı verildi. 55 nəfər dəniz piyadasından, 10 nəfər istehkamçıdan və 2 nəfər radisdən ibarət olan Nikolayev desantının iştirakçılarının soyadları dəqiqləşdirərkən 4 nəfər bakılı olduğu müəyyənləşdirildi: Əzizbəyov rayonundakı (Xəzər rayonu) neft trestində nəqliyyat sexinin şoferi Əmi Ağa oğlu Məmmədov, Paris Kommunası adına zavodun dəmirçisi Pavel Osipov, Suraxanı neftçisi Nikolay Petruxin və Bakıdakı 4-cü dəyirmanın yükvuranı Mixail Xakimov. Həmyerlilər arasında Pavel başçı, Əmi ən cürətli, Mixail ən güclü, Petruxin ən müdrik adam sayılırdılar. 26 mart 1944-cü ildə Ukrayna Respublikasının Nikolayev şəhərində həlak olub və orada dəfn edilmişdir.
Əmi xan Xoyski
Əmir xan Cahangir xan oğlu Xoyski (1888, Yelizavetpol – 1954, Ankara) — Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on üçündə Qazax qəzasının qubernatoru təyin edilib. Əmir xan Xoyski 1888-ci ildə Gəncədə doğulmuşdu. O, Fətəli xan Xoyskinin böyük qardaşı Cahangir xanın oğluydu. Ali təhsilini Peterburq Universitetinin hüquq fakültəsində almışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əmir xan Xoyski Bakı qubernatorunun böyük köməkçisi vəzifəsində (1-ci müavini-vitse-qubernator), aylıq məvacibi 2700 manat idi. O, bu vəzifəyə Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin əvəzi, general-mayor M. S. Ağabəyzadənin 25 sentyabr 1919-cu il tarixli əmri ilə qubernator Əmir bəy Nərimanbəyovla bir gündə təyin edilmişdi. Daha sonra Gəncə qəzasının rəisi işləmişdi. Ə. Xoyski 1919-cu il oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı və Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə Qazax qəzasının qubernatoru olmuş, 1920-ci ilin əvvəllərindən isə Qazax qəzasında DİN-in Xüsusi Səlahiyyətli müvəkkili təyin edilmişdi. Bu vəzifə general-qubernator vəzifəsinə bərabər idi və Ə. Xoyskiyə müstəsna hüquqlar vermişdi.
Ay Molla əmi
Ay Molla əmi — Qacar hökumətində bilavasitə mürtəce və Məhəmmədəli Mirzənin sarayına bağlı qüvvələrin orqanı sayılan, 1908-ci ildə Təbrizin Dəvəçilər məhəlləsində İslamiyyə cəmiyyətinin vasitəçiliyilə nəşr edilən qəzet. == Qəzetin nəşri == XXI əsrin sonlarından İranda Qacar hökuməti əleyhinə kortəbii sıçrayışlar şəklində təzahür edən xalq nümayişləri artıq 1905-ci ilin sonunda şüurlu, nizamlı formalar almağa başladı. Hökumətə qarşı olan bu kütləvi hərəkatlar, inqilabla nəticələndi və tarixə Məşrutə inqilabı (1906-1911) adı ilə daxil oldu. XX əsrin əvvəllərində Azərbaycanın Güneyində yaşayan türklərdə «Hümmətçilikdən millətçiliyə» keçmə meylləri yaranırdı. Tədrisin türk dilində aparıldığı məktəblər qurulur, türkcə mətbuat yaranırdı. Belə bir dövrdə çap edilən Azərbaycan türkcəsində dərc edilən mətbu orqanlarından biri də «Ay Molla əmi» adlanan qəzet olmuşdur. Bu qəzet Təbrizin Dəvəçilər məhəlləsində İslamiyyə cəmiyyətinin vasitəçiliyilə nəşr edilirdi. Dövrün mürtəce qəzetlərindən olan əyləncəli «Ay Molla əmi» İslamiyyə cəmiyyəti tərəfindən 1908-ci ildə (h.q.1326) həm fars, həm də Azərbaycan dillərində çap olunurdu. Azərbaycan türkcəsində olan «Ay Molla əmi» qəzeti qəbul olunmuş qaydada əsasən kiçik həcmdə Bəsirət məktəbinin müdiri, eyni zamanda «Üxüvvət», «İttihad» və «İslamiyyə»nin qəzetlərinin rəhbəri olan Mirzə Əhməd tərəfindən Təbrizdə çap olunurdu. «Ay Molla Əmi», başqa bir mənbəyə istinadən, Mirzə Həsən və Səidüssoltanın rəhbərliyi altında nəşr olunurdu.
Ay Molla əmi (qəzet)

Kral əmi (film, 1993)
King Uncle (mənası Kral əmi) Rakeş Roşanın rejissorluq etdiyi hind filmidir. Filmin əsas rollarında Şahrux Xan, Ceki Şrof və Anu Aqarval yer almışdır. Filmin orijinal versiyası hindi dilindədir. == Mövzusu == Aşok Bansal (Ceki Şrof) uşaqlığı travmatik keçən bu insan öz yanındakılara belə pulun hər şeydən vacib olduğunu öyrədən şəxsdir. Aşok kasıb insanlara nifrət edər, buna görə də yoxsulluqdan çıxmaq üçün ağır şəraitdə işləməyə başlayar. Sərvət əldə etmə prosesində kiçik qardaşı Anil (Şahrux Xan) və bacısı Sunitadan (Nivedita Saraf) ibarət olan ailəsinə biganə yanaşar. Qardaşının başqa bir biznesmen ilə evləndirməsinə baxmayaraq Sunita Aşokun menecerinə (Vivek Vasvani) aşiqdir. Anil qardaşının bu həyat tərzinə qarşı çıxar və Kavita (Naqma) ilə evlənmək üçün evi tərk edər. Uşaqlara pis davranan yetimxanadan olan Munna (Puca Ruparel) Aşokun həyatına daxil olandan sonra onun həyatını sonsuzadək dəyişdirər. Başlanğıcda Aşok üçün baş bəlası olar.
Hacı Əmi Hacı oğlu Atakişiyev