ƏQƏBƏ

Məkkə və Mina arasında yerləşən təpənin adıdır. Burada İslamın yayılması üçün böyük əhəmiyyət kəsb edən hadisə baş vermişdir. Məhəmmədin peyğəmbərliyinin 12-ci ilində həcc zamanı Mədinədən gələn 10 xəzrəcli, 2 evsli onunla görüşərək ona sadiqlik andını içib, onun peyğəmbərliyini tanımışdırlar. Onlar bir olan Allaha inanacaqlarına, oğurluq, əxlaqsızlıq, yalandan şahidlik etməkdən çəkinəcəklərinə, qız uşaqlarını öldürməyəcəklərinə söz vermişdirlər. Bu hadisə “Birinci Əqəbə andı” kimi tanınmışdır. Bir il sonra isə Məhəmmədin peyğəmbərliyinin 13-cü ilində aralarında 75 müsəlmanın olduğu 500 mədinəli ziyarətə gəlmişdir. Onlar gizli olaraq Məhəmməd peyğəmbərlə görüşüb, onu və ona inanan müsəlmanları yaxınları kimi qoruyacaqlarına söz vermişdilər. Bu hadisə isə “İkinci Əqəbə andı” adını almışdır. Bundan sonra müsəlmanların Məkkədən Mədinəyə hicrəti başlanmışdır.
ƏHMƏDİLƏR
ƏQƏBƏ ƏQİQƏ
OBASTAN VİKİ
Əqəbə beyəti
Əqəbə beyəti Əqəbə - məkkədə , məscidul-­haramdan 3 km uzaqlıqda,mina hüdudları daxilində, ətrafı təpələlər əhatəli kiçik ve gizli bir vadidir. Həzrəti Peyğəmbər bu yerdə 620, 621 və 622-­ci illərdə ardıcıl olaraq Həcc mövsümündə Mədinəlilərlə görüşüb. Bu görüşmələrdən birincisi sadəcə olaraq müsahibə, ikincisi ve üçüncüsü isə beyət şəklində həyata keçmişdir. Birinci əqəbə beyəti ki, ona Beyətun-­nisa da deyilir, besətin 12­-ci ilində (621) bağlanib. Buna ilkdəfə 620­-ci ildə zəmin hazırlanıb. Övs və xəzrəcdən olan 6 nəfərlik bir dəstə Kəbənin yaxınlında peyğəmbərlə taniş olub ve İslamı qəbul etmişlər və növbəti il əqəbədə görüşmələri haqda hz.Peyğəmbərə söz verib ayrıldılar. Növböti il yəni 621-­ci ildə biri qadın olmaqla 12 nəfərlik bir heyətlə əqəbəyə Peyğəmbərlə görüşmək üçün gəldilər. Burada müşrüklərdən gizlin Peyğəmbərə beyət etdilər. Təzə Müsəlman olmuş mədinəlilər geri qaydarkən Peyğəmbər onlarla Musab ibn Ümeyri göndərdi ki, bu təzə müsəlman olanlara Quran ve Hökümləri öyrətsin, həmçinin qeyri müsəlmanları da İslama dəvət etsin. Musab ibn Ümeyr, Əsəd ibn Zürarənin evində qaldı.

Значение слова в других словарях