Seyid Abbas Əraqçi
Seyid Abbas Əraqçi (fars. سید عباس عراقچی; 1962, Tehran) — İran dövlət xadimi və siyasətçi. İran İslam Respublikasının Xarici İşlər Naziri (2024). Beynəlxalq əlaqələr üzrə elmləri namizədi.
== Həyatı ==
Əraqçi 1962-ci ildə Tehranda anadan olub. O, Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər Məktəbinin fakültəsinin beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsinə, İslami Azad Universitetinin siyasi elmlər üzrə magistr dərəcəsinə və Kent Universitetində siyasi fikir üzrə doktorluq dərəcəsinə malikdir. Əraqçi 1989-cu ildə diplomatik xidmətə başlayıb. O, 1990-cı illərin əvvəllərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İran İslam Respublikasının İslam Konfransı Təşkilatı yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili, Finlandiya (1999–2003) və Yaponiyada (2007–2011) səfir vəzifələrində çalışıb. Səfir olmamışdan əvvəl Əraqçı Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun (IPIS) baş direktoru vəzifəsində çalışıb. 2004–2005-ci illərdə Beynəlxalq Münasibətlər Məktəbinin rektoru olub.