Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əraf
7-ci surə
Əraf surəsi
7-ci surə
Araf
Araf — Bəzi dini inanclara görə cənnətlə cəhənnəmin arasındakı yerdir. Ruhlar oradan cənnətə ya da cəhənnəmə göndərilirlər.
Qraf
Qraf (riyaziyyat)
Ərak
Ərak (İran) — İran İslam Respublikasının Mərkəzi ostanında şəhər. Ərak (Tabasaran) — Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd.
Raf
Raf (əsl adı Raffaele Ryefoli, it. Raffaele Riefoli; 29 sentyabr 1959, Marqerita di Savoia[d], Apuliya) — İtaliya müğənnisi. == Həyatı == Raf 29 sentyabr 1959-cu ildə İtaliyada dünyaya gəlib. == Karyera == Raf 1984-cü ildə buraxdığı "Raf" adlı ilk albomu ilə solo karyerasına start verir. Albomdan olan "Self Control" adlı ilk sinql nəinki İtaliya, bütün Avropada böyük hitə çevrilir. Elə həmin il mahnı amerikan müğənnisi Lora Breniqan tərəfindən yazdırılır. Onun versiyası Avstriya, Kanada, Almaniya və İsveçrə kimi ölkələrdə 1-ci, həmçinin ABŞ-ın Billboard Hot 100-də 4-cü yeri tutur. "Self Control" 1980-lərin əsas mahnılarından birinə çevrilir. 1993-cü ildə müğənni Riki Martin də mahnının uğurlu kaverini buraxır. 1987-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Raf Umberto Totsi ilə birlikdə İtaliyanı "Gente di mare" mahnısı ilə təmsil edirlər.
Abbasabad (Ərak)
Abbasabad — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Tərxoran bölgəsinin Rudbar kəndistanında, Tərxoran qəsəbəsindən 42 km şimal-qərbdədir.
Adinəməscidbala (Ərak)
Adınəməscidbala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı sərbənd kəndistanında, Astana şəhərindən 26 km cənub-qərbdədir.
Adınəməscidbala (Ərak)
Adınəməscidbala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı sərbənd kəndistanında, Astana şəhərindən 26 km cənub-qərbdədir.
Aqilabad (Ərak)
Aqilabad — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Qarakəhriz kəndistanında, Sərbənd qəsəbəsindən 39 km şimal-qərbdədir.
Ağacəkəni (Ərak)
Ağacəkəni — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı Sərbənd kəndistanında, Astana şəhərindən 42 km. cənubda, dağlıq yerdədir.
Ağaziyarət (Ərak)
Ağaziyarət — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Fərmihən bölgəsinin Yuxarı Fərəhan kəndistanında, Fərmihən qəsəbəsindən 18 km şimal-qərbdədir.
Ağcabulaq (Ərak)
Ağcabulaq — İranın Nərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı Sərbənd kəndistanında, Astana şəhərindən 18 km cənub-qərbdədir.
Ağdərəq (Ətraf)
Ağdərəq — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Mərkəzi bölgəsinin Ətraf kəndistanında, Əhər şəhərindən 30 km qərb, Təbriz-Əhər avtomobil yolunun 5 kilometrliyindədir.
Gəraf Əsgərov
Gəraf Əsgərov — Naxçıvan İnqilab Komitəsinin sədri == Həyatı == Şuşanın Hacı Əsgərlər məhəlləsindən idi. 1921- ci ilin fevralında daşnakların qəddarlıqla öldürmüşdür Şuşa şəhərindəki möhtəşəm evlərinin küçəyə tərəf divarında Gəraf Əsgərovun xatirə lövhəsi vurulmuş və bu barədə məlumat yazılmışdı. Eləcə də şəhərin küçələrindən biri onun adını daşıyırdı.Şuşada olan abidələrdən birdə Gəraf Əsgərovun mülküdür.
Qraf (riyaziyyat)
Qraf (riyaziyyat) - (ing.graph, ru. граф) - proqramlaşdırmada: öz aralarında ixtiyari qaydada birləşmiş (tillər vasitəsilə) müəyyən sayda (sıfır da ola bilər) təpədən ibarət olan verilənlər strukturu. Qrafın istənilən iki təpəsi (düyün) tillə birləşdirilə və ya birləşdirilməyə bilər. Qrafın bütün təpələrinin birləşməsi vacib deyil, ancaq qrafın istənilən iki təpəsi arasında “yol” varsa, onda belə qraf rabitəli adlanır. Qrafin təpələrinin və tillərinin hər hansı altçoxluğuna altqraf deyilir. Qrafların çoxlu növləri vardır: çəkili qraflar – hər bir tilinə müəyyən əmsal (çəki) təyin olunur; yönəldilmiş (oriyentasiyalı) qraflar və ya diqraflar – hər bir tilin müəyyən istiqaməti olur, yəni til B təpəsindən A təpəsinə yox, A təpəsindən B təpəsinə gedir. 1. Qraflar 1.1 Əsas anlayışlar və qrafların növləri Riyaziyyat əşyaların məzmunu ilə yox, onların strukturu ilə əməliyyatlar aparır və onları tam verilənlər vasitəsilə təsvir edir. Əşyanın keyfiyyətləri və xüsusiyyətlərindən kənarlaşmaq həmin əşyanın bünövrəsini, onu ilk görünüşdə ondan fərqli digər əşyalarla bir sıraya qoymağa imkan verən ayırlmaz hissəsini ortaya çıxarmağa icazə verir. Qraflar nəzəriyyəsi riyaziyyatın məhz bu kənarlaşmaq prinsipi istifadə edilən bölməsidir - əşyanın nə olduğu vacib deyil, onun yalnız qraf olub-olmaması, yəni qraf üçün vacib olan keyfiyyətlərə malik olub-olmaması vacibdir.
Qraf (titul)
Qraf, qrafinya (alm. Graf‎) — Qərbi Avropada erkən orta əsrlərdə kral rəsmisi. Titul IV əsrdə Roma İmperiyasında yaranmış və əvvəlcə ən yüksək vəzifəli şəxslərə verilmişdir (məsələn, comes sacrarum largitionum "baş xəzinadar"). VI əsrin ikinci yarısından etibarən Frank dövlətində qraf öz mahalında/qraflığında (alm. Gau‎ — əvvələr təqribən 100 nəfərdən ibarət qədim almanlarda kənd icması) məhkəmə, inzibati və hərbi səlahiyyətlərə sahib idi. II Keçəl Karlın fərmanı (877-ci il) ilə qrafın vəzifəsi və mülk sahibliyi irsi halına gətirildi. Feodal dağınıqlığı dövründə — qraflığın feodal sahibi, sonra (feodal dağınıqlığının bitməsi ilə) ali zadəgan titulu. Titul olaraq monarxik idarəetmə formasına sahib bir çox Avropa ölkəsində rəsmi olaraq mövcudluğunu qoruyur. Rusiyaya titul I Pyotr (1706-cı ildə onu ilk alan B. P. Şeremetyev olmuşdur) tərəfindən gətirilmişdir. XIX əsrin sonlarında Rusiyada 300-dən çox qraf tituluna malik zadəgan nəsli var idi.
Qraf Drakula
Qraf Drakula (ing. Count Dracula) - Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərinin baş mənfi personajıdır. == Tarixi == Qraf Drakula personajı Brem Stokerin Drakula əsərində baş mənfi personaj kimi göstərilib. Bu personaj IV əsrdə İrlandiyanı idarə etmiş qəddar hakim olan Drakula əsasında yaradılmışdır. Əsərin sonunda Drakulaya qalib gələn yeganə şəxs həkim Van Helsinq olur. İlk dəfə teatrda 1927-ci ildə Londonda göstərilmişdir.
Qraf nəzəriyyəsi
Qraf nəzəriyyəsi — qrafların xüsusiyyətlərini öyrənən diskret riyaziyyatın bir qolu. Ümumi mənada bir qrafik kənarları ilə birləşdirilmiş zirvələr (düyünlər) toplusu kimi təmsil olunur. Qəti tərifdə qraf G = ( V , E ) {\displaystyle G=(V,E)} cüt cütüdür, burada V {\displaystyle V} istənilən sayılan çoxluğun alt dəstidir və E {\displaystyle E} — altdır V × V {\displaystyle V\times V} . Qraf nəzəriyyəsi, məsələn, coğrafi informasiya sistemlərində (CİS) istifadə olunur. Mövcud və ya yeni dizayn edilmiş evlər, tikililər, məhəllələr və s. zirvələr, onları birləşdirən yollar, mühəndis şəbəkələri, elektrik xətləri və s. Belə bir qrafik üzərində aparılmış müxtəlif hesablamaların istifadəsi, məsələn, ən qısa yol yolunu və ya ən yaxın ərzaq mağazasını tapmaq və optimal marşrutu planlaşdırma imkanı verir. Qraf nəzəriyyəsi çox sayda həll olunmamış problemi və hələ təsdiqlənməmiş fərziyyələri ehtiva edir. == Qraf nəzəriyyəsinin tarixi == Qraf nəzəriyyəsinin banisi Leonard Eyler. 1736-cı ildə məktublarından birində, daha sonra qraf nəzəriyyəsində klassik problemlərdən biri halına gələn yeddi Koenigsberg körpüsü problemini həll edir və həll təklif edir.
Rəna Qraf
Rəna Qraf (qızlıq soyadı: Məmmədova; alm. Rena Graf‎; d. 26 aprel 1966, Bakı, Azərbaycan SSR, SSRİ) — əvvəllər SSRİ-ni və Özbəkistanı, 2001-ci ildən bu yana isə Almaniyanı təmsil edən azərbaycan əsilli şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (1999). == Həyatı == Rəna Qraf 26 aprel 1966-cı ildə Bakı şəhərində anadan olub. Doqquzuncu sinifdə oxuyarkən qızlar və qadınlar arasında Bakı çempionu olub. Sovetlərin dağılmasından sonra Özbəkistanı təmsil etməyə başlayıb. Bu ölkənin qadınlardan ibarət yığmasının heyətində Şahmat Olimpiadasının (1994, 1998) və Asiya çempionatının (1995, 1999) iştirakçısı olub. === Şəxsi həyatı === 2001-ci ildə beynəlxalq qrosmeyster Aleksandr Qraf ilə ailə həyatı qurub. == İstinadlar == == Ədəbiyyat == Gino Di Felice. Chess International Titleholders, 1950-2016.
Övsafül-Əşraf
Övsavül Əşraf - Azərbaycan alimi Nəsirəddin Tusi tərəfindən yazılmış kitabdır. Kitabın adı ərəbcədən tərcümədə "Şərafətli insanların xüsusiyyətləri" deməkdir. Kitabın dəqiq yazılma tarixinə aid mənbələrdə məlumat verilməsə də 14-cü əsrdə yazıldığı məlumdur. Bu kitab ümumi oxucu kütləsi üçün deyil, klassik ədəbiyyat və dini maariflə yaxından tanış olanlar üçün nəzərdə tutulmuşdur. Kitabın əsas hissəsini elmi, əxlaqi, irfani və məfhumlar təşkil edir. == Tarixi == Nəsirəddin Tusi əsərində mömin insanlara Allahla etdikləri əhdə sadiq olmalarını tövsiyə edir. Onun fikrincə Allahla etdikləri əhdə sadiq qalanlar, yəni siddiqləri peyğəmbərlər və şəhidlər mərətbəsinə ucala bilər. Nəsirəddin Tusi burada Qurani-Kərimin ayələrindən sitat gətirərək yazırdı: «Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar), etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar». İbrahim və İdris kimi böyük peyğəmbərləri siddiq sifəti ilə vəsf etmişdir: «Həqiqətən, o, (İbrahim) büsbütün doğru danışan bir zat-bir peyğəmbər idi.» Kitabda düzgünlük və sədaqətin məqsədə çatmaq üçün ən yaxşı yol olduğu başa salınır va yazılır ki, məqsədə çatmaq yolunda müstəqim yolla seyri-süluk edən şəxs ən ümidverici kəs olacaqdır.Əsərin müqəddiməsində yazılır ki, Nəsirəddin Tusi bu risaləni Hülaki xanın oğlu Abaqa xanın vəziri Şəmsəddin Məhəmmədin adına yazmışdır. Şəmsəddin Məhəmmədin 22 illik vəzirliyini nəzərə alsaq, böyük ehtimalla Nəsirəddin Tusi bu əsəri onun vəzirliyinin ilk illərində yazmışdır.
Ərak (Tabasaran)
Ərak – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Ərak kəndi «„Ərak kənd sovetliyinə“» daxildir. == Əhali == Milli tərkibi: Azərbaycanlılar və Tabasaranlılar. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 464 nəfər təşkil etmişdir.
Ərak (dəqiqləşdirmə)
Ərak (İran) — İran İslam Respublikasının Mərkəzi ostanında şəhər. Ərak (Tabasaran) — Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd.
Ərak (İran)
Ərak (farsca: اراک‎) (keçmiş adı Sultanabad) — İran İslam Respublikasının Mərkəzi ostanında şəhər. Əsasən fars dilli əhaliyə sahib olan Ərak şəhəri Mərkəzi ostanın inzibati mərkəzi olmaqla bərabər həmçinin ostandakı eyniadlı şəhristanın da inzibati mərkəzidir. Tarixən Soltanabad adı iləla məşhur olmuşdur.Ərak şəhəri ölkənin paytaxtı Tehran şəhərindən 284 km uzaqlıqda yerləşir.
Ərak şəhristanı
Ərak şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ərak şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 535,449 nəfər və 148,646 ailədən ibarət idi.
Era
Era (lat. aera): Era – [lat. aera – an, ləhzə] 1)hər hansı əlamətdar və ya əfsanəvi hadisə ilə bağlı olan tarix hesabının başlanğıc anı (vaxtın ardıcıl hesabı bu andan başlayır); tarix hesabı sistemi. Təqvimin başlandığı hadisənin xarakterindən asılı olaraq era üç yerə bölünür. Astronomik, siyasi, dini era; 2)tarixi geologiyada geoxronoloji şkalanın ən böyük zaman ölçü vahidi; 3)il hesabının başlandığı zaman, tarix başlanğıcı. Məsələn, yeni era (isanın doğulduğu zənn edilən gündən başlanan tarix); 4)böyük tarixi əhəmiyyəti olan dövr; 5)yer tarixinin ən böyük xronoloji bölgüsü. Zamanda — vaxt ölçüsünün ilkin başalnğıcı. Məsələn: bizim era, xristian erası, islam erası, yeni era (danışıqda). Böyük zaman ölçüsü, dövr, epoxa Geoloji era — geoloji prosesdə zaman kəsiyi. Məsələn, paleozoy erası, mezozoy erası və s.
Eray Canbərk
Eray Canbərk (1940, İstanbul) — şair, tərcüməçi. == Həyatı == 1940-cı ildə İstanbulda doğulub. 1958-ci ildə Heydərpaşa Liseyini bitirib. Bir müddət İstanbul Universitetinin ədəbiyyat fakültəsində, daha sonra Müəllimlər Institutunun fransız dili və ədəbiyyatı fakultəsində təhsil alıb. Təhsilini başa vurmadan hərbi xidmətə gedib və daha sonra müxtəlif dərgilərdə, qəzetlərdə çalışıb. İlk şeirləri 1960-cı illərin əvvəllərində "Yelkən" dərgisində dərc olunub. Esselər, hekayələr də yazıb, lakin şairlik onun üçün əsas təşkil edib. Şeir kitabları: "Lal sular"(1969), "Lal sular"(genişlədilmiş variantı — 1979), "Ürəyim sınan zaman"(1983), "Köhnəlmiş tənhalığa"(Seçmə şeirlər)(1992), "Əbrular"(1997) Sosialist dünya görüşünə bağlı şeirlər yazsa da, insanın daxili dünyasını müəyyən edən incə duyğuları qoruyaraq səsini heç yüksəltmədən şeir yazmağa davam eləyib.
Toğrul Erat
Toğrul Erat — futbolçu, Almaniyanın Fortuna klubunun və Azərbaycan U-21 yığma komandasının yarımmüdafiəçisi. == Karyera == Toğrul Erat 1992-ci ildə Almaniyada türk ailəsində anadan olub. Uşaqlıqda SC Union Nettetal komandasında oynamağa başlayıb. 2009-cu ildən karyerasını Fortuna Dusseldorf klubunda davam etdirib. 2010-2013-cü illər arasında Toğrul Fortunanın ikinci heyətində çıxış edərək, 74 oyunda 11 dəfə fərqlənib. Daha sonradan əsas komandaya gətirilən T. Erat, 2013-cü ilin dekabr ayında Fortunanın əsas heyətində debüt edib. Bununla da Toğrul, 2-ci Bundesliqada oynayan ilk azərbaycanlı olub. Fortunanın heyətində keçirdiyi ikinci oyunda Toğrul qol hesabını açıb. Hal-hazırda Toğrul Erat Fortuna klubunun əsas heyət oyunçusudur. == Milli komanda == 2013-cü ildən Toğrul Erat Azərbaycan U21 komandasının şərəfini qoruyur.