ƏRİNGƏN, ƏRİNCƏK

лентяй, ленивец
ƏRİNCƏKLİK
ƏRİNİK
OBASTAN VİKİ
Ərincək
Folivora (lat. Folivora) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin dişsiz məməlilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Cırtdan ərincək
Cırtdan ərincək (lat. Bradypus pygmaeus) — üçbarmaqlı ərincəklər sinfinə daxil olan məməli növü. Panamanın şimal sahillərində, Bocas del Toro vilayətinə aid Eskudo de Veraquas adasının endemikidir. == Təsviri == Cırtdan ərincək digər üçbarmaqlı ərincəklərə bənzəyir, lakin ölçüsü daha kiçikdir və bu da cırtdanlığın tipik bir nümunəsidir. Bədən uzunluğu 49 ilə 53 sm arasındadır. Çəkisi 2,5 ilə 3,5 kq arasındadır. Bu növün xarakterik xüsusiyyəti alnındakı qara zolaqdır. == Yayılması == Növ yalnız Panamanın şimal sahillərindən 17,6 km məsafədə yerləşən 4.3 km² ərazisi olan Eskudo de Veraquas adasında yaşayır. Növ 2001-ci ildə Robert Anderson və Çarles Handley tərəfindən aşkarlanmışdır. == Həyat tərzi == Cırtdan ərincək təbii yaşayış mühitinə yalnız doğma adasının sahilindəki mangrovlarda rast gəlinir.
Qonurboğaz ərincək
Qonurboğaz ərincək (lat. Bradypus variegatus) — üçbarmaqlı ərincəklər sinfinə daxil olan məməli növü. Bu sinfin ən çox yayılmış növüdür. Cənubi və Mərkəzi Amerikanın meşələrində aşkarlanmışdır. Qonurboğaz ərincə digər üçbarmaqlı ərincək növlərinin əksəriyyəti ilə eyni ölçüdə və quruluşdadır. Erkək və dişilərın uzunluğu 42–80 sm-dir. Quyruq nisbətən qısadır və 2,5–9 sm uzunluqdadır. Yetkinlərin çəkisi 2,25 ilə 6,3 kq arasında olur. Erkəklərlə dişilər arasında ölçüdə əhəmiyyətli bir fərq yoxdur. Hər ətrafın üç barmağı var.
Üçbarmaq ərincək
Üçbarmaq ərincək (lat. Bradypus pygmaeus) — üçbarmaqlı ərincəklər sinfinə daxil olan məməli növü. Üçbarmaq ərincəklər yalnız Cənubi Amerikanın Qayana, Surinam, Fransa Qvianası, Venesuela, Kolumbiya və Braziliyada Amazon çayının şimalındakı ərazilər də daxilində yağış meşələrində aşkarlanmışdır. Üçbarmaq ərincəklərin uzunluğu 52 sm-ə çatır. Bunun 4 sm-i quyruğuna düşür. Çəkisi 3.2–6 kiloqramdır. Bu bacarıqsız heyvan, kiçik başa, sərt dodaqlara, kiçik ağıza, çox uzun boyna sahibdir. Barmaqları olduqca qısa və qalındır. Üstəlik üç yana yönəlmiş oraq caynaqları ilə silahlanmışdır. Başdakı tüklər aşağıya, bədənin digər hissələridəkilər isə əksinə aşağıdan yuxarıya istiqamətlənir.