ƏHZAB
ƏİMMEYİ-ƏTHAR
OBASTAN VİKİ
Əxbar
Əxbar (ərəbcədir, xəbər sözünün cəmidir) — Məhəmməd, onun tərəfdarları (əshabələri) və davamçıları haqqında müsəlman rəvayətləri, sünnilərin daha üstün tutduqları hədis termininin sinonimidir. Əxbar termini yalnız Əlinin və onun sədaqətli tərəfdarlarının nüfuzuna əsaslanan rəvayətləri təsdiq edən şiələrdə daha çox işlənir. İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.58.
Təkmilətül-əxbar
Təkmilətül–əxbar, Təkmilət əl–əxbar (fars. تكملة الاخبار‎) — Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi tərəfindən 1570–ci ildə Ərdəbildə fars dilində qələmə alınmış, Adəm peyğəmbərin zamanından miladi 1570–ci ilədək olan hadisələrdən bəhs edən ümumi tarix əsəri. II. История. — A. Всеобщая история, стр. 405–406. // Ч. А. Стори. — Персидская литература. Био-библиографический обзор. В трех частях. Перевел с английского, переработал и дополнил Ю. Э. Брегель.
Əxbar əl-dövlə əl-səlcuqiyyə
Əxbar əl-dövlə əl-səlcuqiyyə — Səlcuqlu dövləti və Eldənizlər dövlətindən bəs edən tarixi salnamə. Əsər çox gümanki 1262-ci ildə qələmə alınmışdır. Əsərin orijinalı XII əsrdə Sədrəddin Hüseyni tərəfindən ərəb dilində qələmə alınmış, Əxbar əl-dövlə əl-səlcuqiyyə nüsxəsi isə onun genişləndirilmiş versiyasıdır. Əxbar əl-dövlə əl-səlcuqiyyə əsəri 41 fəsildən ibarətdir və Səlcuqilərlə onların varis dövlətləri, xüsusən Atabəylər dövləti tarixindən bəhs etməkdədir. Səlcuqilər qismind sülalənin X əsrdə Mərkəzi Asiyadakı tarixindən bəhs edilərək son olaraq sonuncu sultan III Toğruldan bəhs edilir. Əsərdə 1092-1152-ci illərdən bəhs edən hadisələr əsasən İmaməddin əl-İsfahaninin yazdığı Nüsrət əl-Fətra əsərinə əsaslanmaqdadır. Bu əsər orijinal olaraq 1183-cü ildə yazılmış və əl-Bundari tərəfindən 1226-cı ildə qısaldılmış versiyası hazırlanmışdır. Əsərin hazırlanmasında mühüm sənədlərdən istifadə edilməsi onu Səlcuqlu dövrü ilə bağlı mühüm qaynaqlarıdan biri edir. Əxbar əl-dövlə əl-səlcuqiyyənin əsaslandığı qaynaqlardan biri də Maliknamə əsəridir. Bu əsər Səlcuqlu sülaləsinin ən əvvəlki dövrdən etibarən tarixlərindən bəhs edir və sonluq olaraq 1040-cı ildə Dəndənəkan döyüşündə Qəznəviləri məğlub etməsində yekunlaşdırır.
Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı
Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı (Азәрбајҹан Коммунист (болшевик) Фиргәси Мәркәзи Комитәсинин әхбары) — Azərbaycan SSR-də Azərbaycan Kommunist Partiyasının rəsmi partiya jurnalı, partiyanın mərkəzi komitəsinin mətbuat orqanı. "Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı" 1920-ci ilin noyabrında Bakıda Azərbaycan, rus və erməni dillərində çıxmışdır. 1921-ci ilin oktyabrında isə yalnız Azərbaycan və rus dillərində nəşr edilmişdir. 1922-ci ilin fevralında "Azərbaycan Kommunist (bolşevik) Firqəsinin Mərkəzi və Bakı Komitələrinin əxbarı" adı ilə çıxmışdır. 1923-cü ilin dekabrından 1925-ci ilin oktyabrınadək "Kommunist yolu" adı ilə nəşr edilmişdir. 1928-ci ilin mayında yenidən ilkin adı ilə buraxılmış, oktyabrda nəşri dayandırılmışdır. Jurnalda rəsmi partiya sənədləri, Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin hesabatları, Ümumittifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin qərarları dərc edilmişdir.
Azərbaycan hökumətinin əxbarı
Azərbaycan hökumətinin əxbarı (آذربایجان حکومتینین اخباری) — Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin (1918–1920) orqanı. 1918-ci ildə Gəncədə Azərbaycan dilində, 1919-cu ildən isə Bakıda Azərbaycan və rus dillərində nəşr olunmuşdur. "Azərbaycan hökumətinin əxbarı"nda, əsasən, qərar, qanun və sərəncamlar dərc edilirdi.
Bakı Fəhlə Konfransının Əxbarı
Bakı Fəhlə Konfransının əxbarı — Gündəlik leqal bolşevik qəzeti, Bakı Fəhlə Konfransının orqanı. == Fəaliyyəti == 1919 il iyulun 8-dən avqustun 8-dək Azərbaycan dilində çıxmışdır. Cəmi 47 nömrəsi buraxılmışdır. Kütlələri Azərbaycan Xalq Cümhuriyyətinin qanuni hakimiyyətinə qarşı mübarizəyə çağıran materiallar dərc edirdi. Redaktoru Əliheydər Qarayev idi. Qəzetin işində Seyid Cəfər Cavadzadə (Pişəvəri), Həmid Sultanov ("H.S.Yoxsul") və b. iştirak etmişlər. Rusiya Kommunist (bolşeviklər) Partiyası Proqramının (1919) xeyli hissəsi Azərbaycan dilində ilk dəfə bu qəzetdə dərc olunmuşdur. Nəşri Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən dayandırılmışdır.
Bakı Fəhlə Konfransının əxbarı (qəzet)
Bakı Fəhlə Konfransının əxbarı — Gündəlik leqal bolşevik qəzeti, Bakı Fəhlə Konfransının orqanı. == Fəaliyyəti == 1919 il iyulun 8-dən avqustun 8-dək Azərbaycan dilində çıxmışdır. Cəmi 47 nömrəsi buraxılmışdır. Kütlələri Azərbaycan Xalq Cümhuriyyətinin qanuni hakimiyyətinə qarşı mübarizəyə çağıran materiallar dərc edirdi. Redaktoru Əliheydər Qarayev idi. Qəzetin işində Seyid Cəfər Cavadzadə (Pişəvəri), Həmid Sultanov ("H.S.Yoxsul") və b. iştirak etmişlər. Rusiya Kommunist (bolşeviklər) Partiyası Proqramının (1919) xeyli hissəsi Azərbaycan dilində ilk dəfə bu qəzetdə dərc olunmuşdur. Nəşri Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən dayandırılmışdır.
Tiflis əxbarı (qəzet)
"Tiflis əxbarı" (qəzet) — 1832-ci ildə Azərbaycan dilində çıxan ilk qəzet. Şimali Azərbaycanın Rusiyanın tərkibində olması nəticəsində çar hakimiyyəti öz müstəmləkəçilik siyasətini həyata keçirmək üçün təbliğat vasitəsinə ehtiyac duydu və Tiflisdə rus dilində ilk mətbu orqan olan "Tiflisskiye vedomosti" qəzetini 1828-ci ildə nəşr etdi. "Tiflisskiye vedomosti'nin bir neçə dildə əlavəsi nəşr olunurdu. Qəzet Azərbaycan dilində 1832-ci ildə nəşr olunmuşdur və qəzetin azərbaycanca adı "Tiflis əxbarı" idi. Qəzetin həm rus, həm də yerli dillərdə çıxan əlavələri ciddi senzura nəzarətində çap olunur, hərbi orqan onları daim diqqətdə saxlayırdı. Tiflisdəki "Diplomatik dəftərxana"da "Tiflisdə tatar dilində qəzet nəşri haqqında" 142 nömrəli iş 29 mart 1831-ci ildə açılıb, 30 yanvar 1833-cü ildə bağlanmışdır. İş Təbrizdən Bezakın diplomatik dəftərxanaya məktubu ilə başlanır. O, xahiş edirdi ki, Azərbaycan dilindəki qəzet Təbrizdə Məhəmmədxan Əmir Nizama təqdim olunmaq üçün "ardıcıl çatdırılsın", çünki o, qəzetin məzmunu ilə şahı tanış edəcəkdir. Arxiv materiallarından məlum olur ki, "Tiflis əxbarı"nın Azərbaycan dilində olan variantı farsca çıxan qəzet bağlandıqdan sonra çap olunub. Farsca çıxan qəzetin abunəçiləri az olduğundan çox davam edə bilməmişdir.
Əxbarnamə
Əxbarnamə — Talış xanları Mir Mustafa və Mir Həsən xanların vəziri olmuş Mirzə Xudaverdinin oğlu Mirzə Əhməd Zərgər tərəfindən 1882–1883-cü illərdə fars dilində qələmə alınmışdır. Əsərdə Talış xanlığının tarixində baş verən bir sıra dramatik hadisələr, o cumlədən Ağa Məhəmməd şah Qacarın Talış xanlığını özünə tabe etdirmək məqsədilə Talışa hücumu detalları ilə qeydə alınmışdır. Kitabda Lənkəran-Astara bölgəsinin ictimai-siyasi, iqtisadi və mədəni həyatı, еləcə də adət-ənənələri barədə məlumat vеrilməklə yanaşı bir çох mahal və kənd adları çəkilir ki, оnların əksəriyyətinin adları indi dəyişdirilmiş, yaxud təhrif edilmişdir. "Əхbərnamə" əsərinin əksər hissəsi müəllifin atasından еşitdikləri və bir qismi isə özünün başına gələn əhvalat və müşahidələri əsasında yazılmışdır. "Əxbarnamə"də əsas etibarı ilə 60 illik bir dövrdə (1740–1800) Talışda cərayan edən ictimai-siyasi hadisələr şərh edilir. Əsər Talış xanlığının tarixini öyrənmək nöqtəyi nəzərindən qiymətli bir tarixi mənbədir. "Əxbarnamə" 1955-ci ildə AzSSR EA Tarix İnstitutunun elmi işçisi Musa Ələsgərli tərəfindən turk dilinə tərcümə edilmişdir. 1975-ci ildə əsərin tərcüməsinin yeni variantı Əli Hüseynzadə tərəfindən hazırlanmış və xidməti istifadə üçün 120 nüsxə ilə nəşr edilmişdir. 2000-ci ildə Elxan Əlibəylinin və Şəfaət Baxşızadənin təşəbbüsü ilə "Əxbarnamə"nin 1975-ci il nəşrinin foto surəti ona əlavə edilən muqədimmə ilə bir yerdə 655 nusxə ilə işıq üzü görür. XIX əsrin 80-cı illərində "Əxbarnamə" ixtisasca geoloq olan İshaq Axundov tərəfindən çapa hazırlanmışdır.
Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı
Bakı Ətrafı Fəhlə, Əsgər və Matros Şurasının Əxbarı — Bakı Sovetinin orqanı olmuş gündəlik bolşevik qəzeti. Qəzet 1918-ci il aprelin 17-də Azərbaycan dilində Bakıda buraxılmışdır. 6 nömrəsinin (4-9) 2 səhifəsi Azərbaycan, 2 səhifəsi isə erməni dilində çıxmışdır. 50-ci nömrədən "Bakı ətrafı fəhlə, qırmızı əsgər, matros və kəndli şurasının əxbarı" adı ilə nəşr olunmuşdur. Qəzet Zaqafqaziya komissarlığının və Zaqafqaziya seyminin milli siyasətinə qarşı çıxış edir, azərbaycanlılara qarşı milli ayrı-seçkilik və düşmənçilik təbliğatı aparır, 1918-ci ilin Mart soyqırımına haqq qazandırır, soyqırımı hadisələrindən sonra ölkənin Qafqaz İslam Ordusunun birləşmiş Azərbaycn-türk hərbi qüvvələrindən "qətiyyətlə müdafiə olunması" nı təbliğ edirdi. Qəzetin sonuncu 86-cı nömrəsi iyulun 31-də buraxılmışdır. Bakıda daşnak-bolşevik hakimiyyətinin süqutundan sonra nəşri dayandırılmışdır.
Əxbarilər
Əxbarilik (ərəb. الاخبارية; əl-əxbariyyə) On iki imam şiəliyinin azlıq məktəbidir. On iki şiələrin əksəriyyətini təşkil edən Üsulilar kimi Əxbarilər də Quran və Hədislərə iman edirlər. Bununla belə, Əxbarilər ictihaddan (İslam fəqihləri ilə əsaslandırma) istifadə etməyi rədd edirlər. Bu o deməkdir ki, Əxbarilər Mərcənin təqlidini rədd edir və “On dörd məsum”dan başqa hər kəsin qanuni hökmlərinə tabe olmağın haram olduğuna inanırlar. Əxbarilər İmam Muhəmməd Mehdinin təqlid etdiyi usul-ul-fiqh Əxbarilər İmamın məsum olması və yeganə etibarlı mərcə olduğunu əsas gətirərək qəbul etmirlər. Əxbarilər dini hökmlər və ya islam fiqhi haqqında biliklərini On dörd Məsumdan (ə) gələn hədislərdən, heç bir insanın təfsir etməsinə icazə vermədən əldə edirlər. Əxbarilər həmçinin Quranın təfsirini və tam İslami bilikləri imamlardan müasir dövrümüzə qədər ötürürlər. Əxbarilər ictihad ve müctəhidləri rədd edirlər. Onlar bunu İmam Mehdinin Kiçik Qeybənin dördüncü etibarlı yoldaşı olan Əli ibn Məhəmmədə yazdığı son məktub əsasında tətbiq edirlər.

Значение слова в других словарях