Torpaqşünaslıq və Aqrokimya İnstitutu (Azərbaycan)
Torpaqşünaslıq və Aqrokimya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilatdır. Direktoru aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyevdir..
== Tarixi ==
Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1945-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq sektoru əsasında yaradılmışdır.
== Rəhbərlər ==
İnstituta aşağıda adları çəkilən görkəmli alimlər rəhbərlik etmişlər:
prof. V.R.Smirnov-Loqinov;
akad. C .M.Hüseynov, V.R.Volobuyev;
EA-nın müxbir üzvləri: S.Ə.Əliyev,M.M.Salayev;
akad.Q.Ş.Məmmədov;
akad. M.P.Babayev.İnstitutda bir neçə elmi məktəb yaradılmışdır:
akad. H.Ə.Əliyev — torpaqların coğrafiyası, ekologiyası;
V.R.Volobuyev — torpaqların meliorasiyası və energetikası;
C.M.Hüseynov- aqrokimya; M.M.Salayev — torpaqların genezisi, diaqnostikası;
Q.Ş.Məmmədovun rəhbərliyi altında elmi istiqamətlər — torpaqların aqroekologiyası və ekoloji monitorinqi sahələrində mühüm nəticələr əldə edilmişdir.
M.R.Babayev tərəfindən antropogen torpaq əmələgəlmə prosesi-nin elmi-nəzəri əsasları işlənilmişdir
Ə.G. Quliyev-torpaqların təkrar şorlaşmasına qarşı tədbirlər, meliorasiiyası, rekultivasiyası,
== Fəaliyyət istiqamətləri ==
Torpaqların genezisi, Beynəlxalq standartlara uyğun müasir nomenklaturası, təsnifatı, suvarılan torpaqlara antropogen təsirin nəzəri əsaslarının işlənməsi və torpaqların deqradasiyası;
Torpaq proseslərinin idarə olunmasının elmi əsasları;
Azərbaycanda Dövlət torpaq kadastrının elmi əsaslarla aparılması, torpaqların ekoloji münbitlik modelləri əsasında rayonlaşdırılması və Respublikada keçirilən torpaq islahatının elmi təhlili;
Torpaqların mineraloji tərkibinin, bioloji fəallığının, humusluq vəziyyətinin tədqiqi və münbitliyin bərpasının ekoloji və aqrokimyəviəsasları;
Aqrokimyanın ekoloji problemləri;
Torpaqların aqrofiziki, optik və istilik xassələri bankının tərtibi;
Respublika torpaqları üçün avtomatlaşdırılmış informasiya sisteminin yaradılması, aqroekoloji sistemin əsas göstəricilərinin müqayisəli təhlili və Azərbaycan torpaqlarının elektron xəritələrinin tərtibi;
Respublika torpaqlarının meliorativ səciyyəsi, duzluluq dərəcəsi və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı arasında əlaqənin tədqiqi.
== Laboratoriyalar ==
Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyası;
Torpaq örtüyünün strukturası laboratoriyası;
Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyası;
Torpaqların mineralogiyası və kimyası laboratoriyası;
Torpaqların biologiyası laboratoriyası;
Torpaq coğrafi informasiya sistemləri laboratoriyası;
Torpaq fizikası laboratoriyası;
Torpaq meliorasiyası laboratoriyası;
Torpaqların rekultivasiyası laboratoriyası;
Mineral gübrələr laboratoriyası;
Mikroelementlər və mikrogübrələr laboratoriyası;
Üzvü gübrələr laboratoriyası;
Torpaq proseslərinin dinamikası laboratoriyası;
Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyası;
Ucar Dayaq Məntəqəsi.