KƏTAN

I
сущ. лён:
1. травянистое растение сем. леновых, из семян которого получают масло. Mədəni kətan культурный лен
2. волокно, вырабатываемое из стеблей этого растения. Kətan daramaq чесать лен
3. гладкая ткань из этого волокна. Bir metr kətan parça метр льна
4. изделие из льняной ткани. Kətan (paltar) geymək носить лён
II
прил.
1. льновый, льняной:
1) относящийся ко льну. Kətan fabriki льняная фабрика, kətan sənayesi льняная промышленность
3) изготовленный из волокон льна. Kətan parçalar льняные ткани
4) добываемый из семян льна. Kətan yağı льняное масло; kətan fəsiləsi бот. леновые (название сем. трав и полукустарников, представителем которых является лен), yabanı kətan бот. льнянка (травянистое сорное или декоративное растение)
2. полотняный:
1) относящийся к полотну. Kətan istehsalı полотняное производство
2) сделанный из полотна. Kətan köynək полотняная рубашка
KƏŞMİRİ
KƏTANÇI
OBASTAN VİKİ
Kətan
Kətan (lat. Linum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Yağlı kətanın toxumlarında 38-45% yarımquruyan yağ (yod ədədi 165-192) vardır. Bu yağ lak-boyaq sənayesində yüksək qiymətləndirilir. Kətan yağı dəri, sabunbişirmə, kağız, ətriyyat, rezin, elektrotexnika sənayesində və başqa sənaye sahələrində o, cümlədən tibdə də işlədilir. Kətan yağı həm də qida kimi istifadə olunur. Jmıxı və cecəsi heyvandarlıqda qiymətli zülalı yemdir. Jmıxın hər 100 kq-da 115 yem vahidi, 28,5 kq həzm olunan protein vardır. Cecəsinin 100 kq-da isə 103 yem vahidi, 28,9 kq həzm olunan protein vardır. Yetişməmiş toxumdan hazırlanan jmıxı yemləmədən qabaq buxara verilir ki, heyvanlarda zəhərləmə əmələ gətirməsin.
Adi kətan
Adi kətan (lat. Linum usitatissimum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinin kətan cinsinə aid bitki növü. == Təsviri == Mədəni kətan, əkilən və yaxud adi kətan hündürlüyü 30-150 sm olub, öz-özünə tozlanan birillik ot tipli bitkidir. İsti ölkələrdə, məsələn, Hindistanda daha ucaboylu olur. Yalnız yuxarı hissədən budaqlanır. Əsas kökü (mil kökü) olduqca qısadır, ağımtıl rəngdədir, bir neçə iri yan budaqlar (köklər) əmələ gətirir. Ancaq çoxlu sayda xırda kök telləri olur. Gövdəsinin əsas hissəsi dik dayanan və düz, nazik, silindir şəkilli, bəzən sadə, yalnız yuxarı hissədən budaqlanan tutqun yaşıl rəngli zəif mum təbəqəsi ilə örtülüdür. Gövdəsi tüksüz və demək olar ki, tüksüz yəni qısa tükcüklərlə örtülü olur. Yarpaqları çoxsaylı, nisbətən seyrək növbəli və ya spiral şəkilli düzülmüş 2-3 sm uzunluqda 3–4 mm enində olmaqla xətvari və yaxud xətvari-lansetvari, nisbətən iri lansetvari, nəhayəti sivri (iti) oturaq, yüngül göyümtül rəngli, nisbətən zəif mum təbəqəsi ilə örtülü, kənarları hamar, 3 damarlıdır.
Yabanı kətan
Mahmızca (lat. Linaria) — bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. Yabanı kətanın yarpaqları adi kətanın yarpaqlarına oxşayır.Bu oxşarlığa görə bitki latınca Linaria adlandırılmışdır. Kətanın 100-ə yaxın növü məlumdur ki, onlardan yaşıllaşdırmada, gülçülükdə 20 növü geniş istifadə olunur. Azərbaycanda 17 növü bitir. Yabanı kətanın iki növü L.bipartita, L.maroccana ən çox yayılmışlar. İkihissəli yabanı kətan (L.bipartita)-30 sm hündürlükdə, çiçəkləri salxımşəkilli hamaşçiçəklərə toplanmış bitkidir. Yabanı kətanın gülləri qurdağzının güllərinə çox oxşayır. Onlar sarı-narıncı və bənövşəyi rəngdə olur. Yabanı halda Şimali Afrikada və Portuqaliyada bitir.
İşlədici kətan
İşlədici kətan (lat. Linum catharticum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinin kətan cinsinə aid bitki növü. Cathartolinum catharticum (L.) Small Cathartolinum pratense Rchb. [Illegitimate] Nezera cathartica (L.) Nieuwl.
Ağ kətandakı adam (film, 2000)
Ağ kətandakı adam tammetrajlı sənədli film rejissor Şamil Nəcəfzadə tərəfindən 2000-ci ildə çəkilmişdir. Film Simurq kinostudiyasında istehsal edilmişdir. Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadə haqqındadır. == Məzmun == Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadə haqqındadır. Kamil Nəcəfzadə 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir.
Ağ kətanın sehri... Kamil Nəcəfzadə (film, 2014)
Ağ kətanın sehri... Kamil Nəcəfzadə qısametrajlı sənədli televiziya filmi rejissor Elvin Vəlimətov tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadənin 85 illik yubileyinə həsr olunur. == Məzmun == Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadənin 85 illik yubileyinə həsr olunur. Kamil Nəcəfzadə 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir.
Ağ kətanın sirri. Kamil Nəcəfzadə (film, 2014)
Kətanyarpaq güllücə
Kətanyarpaq güllücə (lat. Lathyrus linifolius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Ağ kətanın sehri... Kamil Nəcəfzadə
Ağ kətanın sehri... Kamil Nəcəfzadə qısametrajlı sənədli televiziya filmi rejissor Elvin Vəlimətov tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadənin 85 illik yubileyinə həsr olunur. == Məzmun == Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadənin 85 illik yubileyinə həsr olunur. Kamil Nəcəfzadə 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir.

Значение слова в других словарях