1. Saplağından toxunmaya yarar lif, toxumlarından isə yağ əldə edilən ot-bitki. Kətan əkini. Kətan tarlası. Yabanı kətan. Kətan toxumu. Kətan cecəsi.
– Mənsiz kətan, kəndir verməz zəmilər; Çadırsız, yelkənsiz qalar gəmilər.
// Bu bitki liflərindən hazırlanan parça. Kətan köynək. Kətan döşəkağı. Kətan dəsmal.
– [Mirzənin] kiçik oğlu qardaşının əmrlərinə itaət edirdi: əczaxanaya getmək, həkim yanına yüyürmək, kətan islatmaq və sairə.
[Ana] qızının çarpayısı üzərinə əyilib alnındakı yaş kətanı düzəldirdi.