SAZBƏNDLİK

сущ. ремесло сазбенда, изготовление сазов как профессия
SAZBƏND
SAZÇI
OBASTAN VİKİ
Sazbəndlik
Sazbəndlik – saz hazırlama sənəti. Sazbənd saz alətini hazırlayan ustalara verilən addır. Sazbəndlik elə bir sənətdir ki, onun daşıyıcısı həm dülgər, həm tərtibatçı-rəssam, həm musiqiçi, həm də saz-söz sənətinə yaxşı bələd olmalıdır. "Zəri zərgərdən, sazı sazbənddən alarlar" deyimi də təsadüfi deyilməmişdir. Usta sazbəndlər təkcə saz düzəltməmiş, həm də zaman-zaman sazı təkmilləşdirmişlər. Sazbənd Xudu Məmmədov sazın qol, beçə və sinə pərdələrinin sayını 23-ə çatdırmışdır. Aşıqlar kimi sazbəndlər də bu sənətin sirlərini şagirdlərinə öyrətməklə onu yaşatmağa çalışırlar. Sazbəndlik sənətinin bir sıra peşə özəllikləri vardır. Mahir sazbənd ilk növbədə material seçməklə işə başlayır. Ağac seçərkən də onun güneydə (dəmyədə) və ya quzeydə (sulu yerdə) bitməsinə, möhkəmliyinə, çəkisinə diqqət yetirir.
Sazbəndlik sənəti

Значение слова в других словарях