SULUX

I
(Quba)
meşənin ən qalın, keçilməz yeri. – Suluxlarda heyvan çux uladu
II
(Qazax)
bax sırığ
III
(Ağdam, Ağdərə, Cəbrayıl, Çənbərək, Gədəbəy, Xocavənd, Kəlbəcər, Qarakilsə, Sabirabad, Tovuz, Ucar, Yevlax, Zəngilan)
qoyunun ilk südündən hazırlanan yemək növü. – Suluğu çobannar bişirirlər (Zəngilan); – Suluğa duz tökülməz (Yevlax); – Sulux oddu küldə pişir (Kəlbəcər); – İnəyimiz doğmuşdu, beyjə sulux pişirdim (Çənbərək); – İnci suluğu siniyə qoyuf, çovannarın yanına gətdi (Tovuz); – Dədəm mə: bir sulux gətimişdi (Cəbrayıl)
IV
(Gədəbəy)
bax sulu . – Yamanca sulux kişidi, harda yiməx’ gördü ütələnsin gərəx’
V
(Zaqatala)
qoz çırpmaq üçün uzun çubuq
SULUĞUDAN
SULUMÇAX