ULUSLARARASI
UMMAK
OBASTAN VİKİ
İzzet Ulvi Yönter
İzzət Ülvi Yönter (11 may 1976, Əmirdağ[d], Afyonqarahisar ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == İzzət Ülvi Yönter 1976-cı ildə Afyonqarahisar ilinin Emirdağ ilçəsində anadan olub. İstanbul Universiteti Siyasi Elmlər Bölməsindən və Tarix Bölməsindən məzun olub. Anadolu Universitetində iqtisadiyyat üzrə magistr, həmin universitetdə biznesin idarə edilməsi üzrə isə PhD dərəcələri alıb. Uzun illərdir MHP üzvüdür. 2018-ci ildən MHP sədrinin müavinidir. İyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə İstanbul ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 1 uşaq atasıdır.