Ağartı

Süddən əmələ gələn qida məhsullarının adı ümumiləşmiş şəkildə “ağartı” adlanır. Qarabağ dialektində, o cümlədən Ağdam şivəsində bu söz “süddən əmələ gələn məhsulat” anlamında işlənir. Yay günnəri ağartısız aran yerində dolanmax çətindi. (1, 18) Ağartıya süddən əmələ gələn yağ, qaymaq, pendir, qatıq, şor, süzmə, ayran kimi məhsullar daxildir. “Ağartı” sözünün kökündə “ağ” rəng bildirən leksik vahid dayanır. Sözün ortasında işlənən “-ar” şəkilçisi sifətdən feil düzəltmək vəzifəsini icra etmişdir. Sözün sonundakı “-tı” formantı isə feildən ümumi isim düzəltmişdir. Q. Kazımov da qeyd edir ki, -tı, -ti, -tu, -tü şəkilçisi sifətdən və təqlidi sözlərdən yaranmış feillərdən əşya və proses adı bildirən isimlər düzəldir. Məs.: ağartı, göyərti, cücərti, qaraltı, qızartı, hönkürtü, çığırtı, böyürtü və s.(13, 61) S. Altaylının lüğətində də bu söz “ağarantı” formasında “süd məmulatları (yoğurt, pendir, qaymaq və s.)” mənasında izah edilir. (21, 13)
Afar
Ağız

Значение слова в других словарях