ADA
ADACIQ
OBASTAN VİKİ
Aleksandr Adabaşyan
Aleksandr Artyomoviç Adabaşyan (rus. Алекса́ндр Артёмович Адабашья́н; 10 avqust 1945, Moskva) — SSRİ və Rusiya ssenaristi, rəssamı, rejissoru, aktyoru, RSFSR-in əməkdar artisti (1983), Rusiya Federasiyasının əməkdar artisti (2016). == Həyatı == Aleksandr Adabaşyan 10 avqust 1945-ci ildə SSRİ-də, Moskvada ermənilər Artyom Adabaşyan və Valentina Barxudarovanın ailəsində anadan olmuşdur. Anası alman dili müəllimi, atası mühəndis, Montaj və Tikinti İşləri Nazirliyində baş idarənin rəisi işləmişdir. Aleksandr Adabaşyan 1971-ci ildə Stroqanov adına Moskva Rəssamlıq və Sənaye Akademiyasını bitirmişdir. O, 1970-ci illərin əvvəlindən kinoda "Mexanik fortepiano üçün yarımçıq parça" (1977), "Beş axşam" (1979), "Oblomovun həyatında bir neçə gün" (1980) filmlərinin ssenari müəllifi (Nikita Mixalkov ilə) olmuşdur. Adabaşyanın incə zövqü, müxtəlif janrların xüsusiyyətlərinə dərindən nüfuz etməsi bu filmlərin üslubunu böyük ölçüdə müəyyənləşdirdi. == İstinadlar == == Xarici keçidlər == Александр Адабашьян в «Энциклопедии отечественного кино» "Александр Адабашьян на сайте журнала «Сеанс»". seance.ru. 2013-02-26 tarixində arxivləşdirilib.

Значение слова в других словарях