adenoidlər

adenoidlər
adenoid
adenokarsinoma 2021
OBASTAN VİKİ
Adenoidlər
Adenoidlər (lat. adenoid, yun. ἀδήν — vəz) – burun-udlaq badamcıqlarının əsasını təşkil edən limfa toxumasının törəmələri. Burun tənəffüsündə çətinlik, eşitmə itkisi və digər pozuntulara səbəb olur. Adenoid termini adenoidlərin hipertrofiyasına, udlaq badamcıqların anormal böyüməsinə istinad etmək üçün də istifadə olunur. == Əsas məlumatlar == Adenoidlər boğazın arxa divarında, təxminən dilçəkdən (ağız boşluğunun ortasından sallanan damcı şəkilli ət parçası) yuxarıda yerləşir. Udlağın adi müayinəsi zamanı bu badamcıqlar görünmür, onu müşahidə etmək üçün xüsusi alətlər tələb olunur. Adenoidlər, üst damaq badamcıqlarından fərqli olaraq, çoxtəbəqəli epitelə malikdir. Adenoidlərin inkişafına burun boşluğunun və badamcıqların selikli qişasının iltihabına səbəb olan xəstəliklər (qızılca, skarlatin, qrip, yuxarı tənəffüs yollarının kəskin və xroniki iltihabi xəstəlikləri və s.) səbəb olur. == Uşaqlarda == Uşaqlarda adenoidlər bir neçə mərhələ üzrə inkişaf edir.

Значение слова в других словарях