Adenoidlər (lat. adenoid, yun. ἀδήν — vəz) – burun-udlaq badamcıqlarının əsasını təşkil edən limfa toxumasının törəmələri. Burun tənəffüsündə çətinlik, eşitmə itkisi və digər pozuntulara səbəb olur.[1]
Adenoidlər | |
---|---|
| |
Vikianbarda əlaqəli mediafayllar |
Adenoid termini adenoidlərin hipertrofiyasına, udlaq badamcıqların anormal böyüməsinə istinad etmək üçün də istifadə olunur.[2]
Adenoidlər boğazın arxa divarında, təxminən dilçəkdən (ağız boşluğunun ortasından sallanan damcı şəkilli ət parçası) yuxarıda yerləşir.[3] Udlağın adi müayinəsi zamanı bu badamcıqlar görünmür, onu müşahidə etmək üçün xüsusi alətlər tələb olunur. Adenoidlər, üst damaq badamcıqlarından fərqli olaraq, çoxtəbəqəli epitelə malikdir.
Adenoidlərin inkişafına burun boşluğunun və badamcıqların selikli qişasının iltihabına səbəb olan xəstəliklər (qızılca, skarlatin, qrip, yuxarı tənəffüs yollarının kəskin və xroniki iltihabi xəstəlikləri və s.) səbəb olur.
Uşaqlarda adenoidlər bir neçə mərhələ üzrə inkişaf edir. İlkin mərhələdə uşaq yatarkən çətin nəfəs alır, bu vaxt badamcıqlara qan axını gücləndiyindən onlar böyüyür və havanın burun boşluğundan keçməsinə mane olur. Beləliklə, uşaq xoruldayır, yatan zaman nəfəs almasında çətinlik yaranır, yuxusu pozulur. Adenoidlər böyüdükcə burunla sərbəst nəfəs almaq mümkün olmur, ona görə uşaq ağızla nəfəs alır və gündüzlər fısıldayır.
Əgər adenoidlər vaxtında müalicə olunmasa, qriplə yanaşı, bir çox fəsadlar baş verə bilər:
Adenoidüz xüsusiyyətlərinə ağızdan nəfəs alma, uzadılmış üz forması, çıxıntılı kəsici dişlər, çənə hipoplaziyası, qısa üst dodaq və qaldırılmış burun dəlikləri daxildir.[5]
Bir neçə diaqnostik üsul var:
Müalicə otorinolarinqoloq tərəfindən aparılır. Adenoidlərə müdaxilə səbəbləri və əsasları aşağıdakılardır:
Adenoid xəstəliyi konservativ və ya cərrahi yolla müalicə oluna bilər (adenoidlərin çıxarılması — adenotomiya).
Adenotomiya
Adenoidlərin çıxarılması üçün mütləq göstərişlər bunlardır:
Adenotomiya ümumi anesteziya altında 15-20 dəqiqə ərzində davam edir.