AERON

сущ. мед. аэрон (противорвотное средство)
AEROMETRİK
AERONAVİQASİYA
OBASTAN VİKİ
Aeronautics Orbiter
Orbiter Mini UAV pilotsuz təyyarəsi hərbi və təhlükəsizlik məqsədləri üçün yığcam və yüngül qurğu olaraq dizayn edilmiş aparatdır. İlk çıxdığı gündən Yaxın Şərq bölgəsində əməliyyatlarda uğurlu olmuşdur. Aşağı təhlükəli toqquşmalarda və şəhər içi savaşlarda, eləcə də istənilən qısa məsafəli əməliyyatlarda kəşfiyyat üçün işlədilə bilər. İsrailin Aeronautics Defense Systems Ltd. adlı şirkəti tərəfindən istehsal olunub. 60 ədəd Orbiter Azərbaycan Silahlı Qüvvələrinin istifadəsindədir. Qurğu 15 km məsafəni qət edə bilir.
Aeronaviqasiya məlumatlarının toplusu
Aeronaviqasiya məlumatlarının toplusu (ing. Aeronautical Information Publication) — bütün dünyada təhlükəsiz uçuşun həyata keçirilməsi üçün pilot və hava hərəkətini idarəetmə orqanları (ATC, ATM), habelə hava nəqliyyatının idarə olunması, gömrük, sərhəd və sanitariya nəzarəti və hər bir hava limanının və rayon mərkəzinin inzibati qaydaları üzrə tələblər tərəfindən istifadə olunur. == Toplunun məzmunu == Kolleksiya daxildir: Hava limanlarının sxemləri: Aerodrom haqqında məlumat Aerodrom xəritəsi Aerodrom yerüstü hərəkət xəritəsi / enişdən sonra / uçuş üçün Rayon xəritəsi Cihazlar/vizual qaydalar üzrə standart uçuş kartı Cihazlar/vizual qaydalar üzrə standart gəliş kartı Cihazlar/vizual qaydalar üzrə standart yürüş xəritəsi Enməyə daxilolma üçün kart Nodal nəzarət sahələri: Rayon xəritəsi Tranzit marşrutları xəritəsi Qadağan olunmuş rayon bölgələrinin xəritəsi Hər bir bölgə üçün hava trafik məlumat kartları Hər bir rayon üçün gömrük, sərhəd və sanitariya tələbləri. == Toplunun yaradılması və dəyişdirilməsi == Hər bir ölkədə bu toplu dövlət orqanı tərəfindən nəşr olunur və dövlət sənədi hesab olunur. == İstinadlar == == Xarici keçidlər == "Avsim" (rus). 2013-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-22.
Aeronavtika
Aeronavtika və ya aviasiya və kosmos mühəndisi, aviasiya ilə qarşılıqlı əlaqəli hər cür mühəndislik məhsullarının dizaynı, tikintisi layihələrinin hazırlanması və istehsalı, texniki xidmət və təmir texnologiyası və istismarı ilə bağlı təhsil və tədqiqat proseslqrini aparan sahədir. Planlaşdırılan təyyarənin dizaynını və ilkin layihəsini hazırlayır. Təyyarə istehsalı üçün tələb olunan istehsal metodlarından hansının nəyə görə daha qənaətli olacağına qərar verir. Bununla əlaqədar lazımi modelləri hazırlayır, təcrübələr aparır, dizayn etdiyi təyyarənin performans xüsusiyyətlərini müəyyənləşdirir və istəklərə uyğun olaraq bəzi tədqiqatlar aparır.
Beynəlxalq Aeronavtika Federasiyası
Beynəlxalq Aviasiya Federasiyası (FAİ, Fédération Aéronautique Internationale, FAI) — aviasiya və kosmonavtikaya yardım üzrə beynəlxalq təşkilat. Təşkilatın fəaliyyət sahələrindən biri aviasiya və kosmonavtikada standartların tətbiqi və rekordların qeydiyyatıdır. Təşkilatın standartlaşdırma fəaliyyətinin obyekti həm idarəolunan uçuşlar, həm də pilotsuz uçan aparatlar (o cümlədən, aviamodellər) sahəsindəki nailiyyətlər və rekordlardır. Təşkilat 1905-ci ildə idman federasiyası kimi qurulmuşdur. Hazırda 100-ə yaxın ölkənin aviasiya təşkilatlarını birləşdirir.
Müşahidəçi (aeronavtika və aviasiya)
Türkiyə Aeronavtika Assosiasiyası
Türkiyə Aeronavtika Assosiasiyası və ya qısaca TAA, Türkiyədə aviasiya sənayesini yaratmaq; hərbi, mülki, idman və turizm aviasiyasının inkişafını təmin etmək məqsədilə 16 fevral 1925-ci ildə Mustafa Kamal Paşanın əmri ilə yaradılmış assosiasiyadır. Atatürkün əmri ilə yaradılan zaman rəhbəri və prezidenti Cevat Abbas Gürer olub və assosiasiya “Türk Təyyarə Cəmiyyəti” adını daşımış, 1935-ci ildən “Türkiyə Aeronavtika Assosiasiyası” adını almışdır. TAA Türkiyənin “Aviasiya Federasiyası”nın səlahiyyətlərini daşıyır. 5 avqust 1925-ci ildən “ictimai faydalı cəmiyyət” statusundadır. Baş ofisi Ankaradadır. Prezident və Nazirlər Kabineti TAA-nın mənəvi mühafizləridirlər. Prezident, Qoşun Komandirləri və Ankara valisi onun təbii üzvləri arasındadır. Təşkilat; üzvlük haqqı, qurban dərisi, fitrə, zəkat yığma fəaliyyətləri; marka satışı, tabeliyindəki korporativ müəssisələrin fəaliyyəti kimi mənbələrdən gəlir əldə edir. 1954-cü ildən Türkiyə Aeronavtika Assosiasiyası iki aydan bir pulsuz olaraq öz korporativ jurnalı olan Uçan Türk adlı jurnalını nəşr etdirir.

Значение слова в других словарях