Berberis aggregata
Əyilmiş zirinc (lat. Berberis aggregata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Qərbi Çində yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları bir az künclü, çılpaq, sarımtıl-qonur və ya tünd qonurdur. İynələri əsasən sadə, bəzən 2,5 sam-dək uzunluqdadır. Yarpaqları enli, oval və qısa, uzunluğu 3 sm-ə qədər olan biz, dişli, üstü tünd-yaşıl təxminən çılpaq, alt tərəfi tükcüklü və parlaq yaşıl, salxımlara yığılmış çiçəkləri ilə fərqllanir. Çiçəkləri açıq-sarı, diametri 0,9 sm-dəkdir. Meyvələri oktyabrda yetişir.
== Ekologiyası ==
Torpağa tələbkar deyil, quraqlığa, soyuğa davamlıdır.