AIRY

adj 1. havalı, hava ilə dolu; ~ room havalı / havası çox olan otaq; 2. külək tutan; ~ place külək tutan yer; 3. yüngül, çəkisiz, boş; ~ dress yüngül paltar; ~ promises boş vədlər; 4. incə, zərif; ~ figure incə / zərif fiqura; 5. şən, qayğısız; ~ laughter şən / qayğısız gülüş; 6. real olmayan, qeyri-real, uydurma

AIRWOMAN
AJAR
OBASTAN VİKİ
Airyanem-Vaecah
Airyanəm-Vaecah (avest. airiianəm vaējah, airiianəm vaējō (çox vaxt airyanəm vaējah), "Aryan düzənliyi") — qədim iranlıların, arilərin mifik dədə-baba yurdu; Vidivdada görə, Ahura Mazda tərəfindən bəşəriyyət üçün yaradılmış 16 "ən yaxşı" (avest. vahišta-) "yerlər və regionlar" (avest. asah- və avest. šōiθra-) siyahısı məhz onunla başlayır. == Təsviri == Bu ölkə, ərazisindən gözəl Daityya (Vahvi-Datiya) çayının axdığı sonsuz bir düzənlik kimi təsvir edilmişdir. Ölkəyə göndərilən fəlakətlər kimi "narıncı ilan" və on aylıq qış göstərilir. "Ən yaxşı ölkənin" sərt iqlim şəraiti alimlər arasında müzakirələrə səbəb olmuşdur. Belə ki, Helmut Qumbax bu uyğunsuzluğu Avestanın Pəhləvi dilindəki mətnində mövcud olan sətirin itirilməsi ilə izah edir: "sonra: yeddi ay yay və beş qış ayları" iqlim normalarına kifayət qədər müvafiqdir. Zərdüştün əfsanəvi vətəni və dünyanın mərkəzi kimi Avestanın digər hissələrində də tez-tez xatırlanır.