Akkad (şəhər)
Akkad və ya Aqade (akkad. 𒀀𒂵𒉈𒆠, A-ga-de3ki; şum. 𒌵𒆠, URIKI) — Cənubi Mesopotamiyanın şimalında, Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. Akkadın yeri hələlik dəqiq məlum deyil. E.ə. 2,300-cü ildə Sarqonun yaratdığı Akkad dövlətinin paytaxtı olmuşdur. E.ə. təqribən 2,200-cü ildə Akkadı yarımköçəri quti tayfaları dağıtmış, o vaxtdan Babil şəhəri Cənubi Mesopotamiyanın əsas mərkəzi olmuşdur.
== İstinadlar ==
== Əlavə ədəbiyyat ==
Foster, Benjamin R., Akkad (Agade) // Bagnall, Roger S. (redaktor), The Encyclopedia of Ancient History, Chicago: Blackwell, 2013, 266–267, doi:10.1002/9781444338386.wbeah01005, ISBN 9781444338386
Meador, Betty De Shong, Inanna, Lady of the Largest Heart.