AKKUMULYASİYA BAZİSİ

/denudasiyanın akkumulyasiya ilə əvəz olunduğu sahə/ Yerüstü və sualtı /və yaxud subakval və subaeral/ A.b. ayrılır. базис аккумуляции baze level of accumulation
AKKUMULYASİYA
AKKUMULYATİV ALÇAQ DÜZƏNLİK
OBASTAN VİKİ
Akkumulyasiya
Akkumulyasiya (lat. Accumulatio — yığılma, toplanma.) — axar suların, küləyin və s. özləri ilə apardıqları süxur hissəciklərin çökməsi prosesi. Yer kürəsindəki bir çox iri düzənliklər bu proses nəticəsində əmələ gəlmişdir (Kür-Araz, Mesopotamiya, Hind-Qanq və s.). Akkumulyasiya quruda və ya dəniz, hövzə, çay dibində mineral maddələrin və orqanizm qalıqlarının toplanması. Akkumulyasiya denudasion prosesin əksi olmaqla, ondan asılıdır. Akkumulyasiya sahələri daha çox tektonik (çökəklik, sinekliz, sinklinallar və b.) və həm də denudasion (dərə və çuxurlar) mənşəli alçaq ərazilərdən ibarətdir. Akkumulyasiya nəticəsində toplanmış qatların qalınlığı denudasiyanın intensivliyindən, daşınma və çökəlmənin balansından asılıdır. Akkumulyasiya intensivliyi və çökmələrin tərkibi dəyişkən olub relyef əmələgəlmənin endogen və ekzogen prosesləri və çöküntütoplanmanın ritmik dəyişkənliyi ilə əlaqədardır. Geologiya terminlərinin izahlı lüğəti.
Akkumulyasiya (geologiya)

Yerli eroziya bazisi
Yerli eroziya bazisi (rus. местный базис эрозии, ing. local base level) — istənilən yüksəklikdə yerləşən və yerli əhəmiyyəti olan müvəqqəti və lokal, eroziya bazisi. Y. e. b. axarsız su tutarları səviyyəsinə, astanalara, çayların qarşısını kəsən dağ uçqunlarına və s. uyğun gələ bilir.
Akkumulyasiya üzrə bioindikasiya
Bioindikasiya — biotanın bu və ya digər yaşayanlarının təbii proseslərə aktiv surətdə (eksperimental) təsir etməyərək onlara müşahidə edilməklə mühitin vəziyyətinin keyfiyyətinin qiymətləndirilməsindən ibarətdir. Buraya bioindikatorlar kimi müxtəlif səviyyədə təşkil olunmuş biosistemləri misal göstərmək olar. Mühitin keyfiyyətinin qiymətləndirilməsi bioindikator əlamətlərinə görə yerinə yetirilir. Bu müşahidə edilən biosistemlərin elə xarakteristikaları üzrə aparılır ki, onlar daha tam və dəqiq surətdə onların salamatlığını əks etdirsin. Monitorinq tədqiqatlarının əsasını eksperiment deyil, müşahidə təşkil etdiyindən, bioloji monitorinqin əsas metodologiyasını bioindikasiya təşkil edir. Buna baxmayaraq, həmçinin çöl və laboratoriya şəraitində biotestdən keçirilmənin bəzi metodlarından da, mühitin keyfiyyətinin qiymətləndirilməsi və onun antropogen dəyişikliklərin aşkar edilməsindən ötrü istifadə edilir. Effektiv toplayıcı bioindikator nümunələri kimi su xərçəngəbənzər xitin zirehləri və həşaratların sürfələri, molyusklar və onların çanaqları (sonuncular uzun müddət qala bilirlər və molyuskların məhvindən sonra belə indikasiya kimi istifadə edilə bilər), mamır, bəzi quş və məməli heyvanların orqanlarını (beyin, böyrəklər, dalaq, qara ciyər və s.) göstərmək olar. Belə ki, qeydedici və toplanan və ya akkumulyasiya bioindikatorları fərqləndirilir. Yuxarıda nəzərdən keçirilən qeydedici bioindikasiya göstəriciləri biotaya mühit amillərinin ümumi təsir səviyyəsi barəsində mühakimə yürütməyə imkan verir. Akkumulyasiya üzrə bioindikasiya amillərin (kimyəvi) özlərini keyfiyyətcə qiymətləndirməyə imkan verir, bunun üçün orqanizmlərin toxumlarında, müəyyən orqanlarda və bədənin hissələrində çirkləndirici maddələrin toplanması xüsusiyyətindən istifadə edilir.