Yamac
Maili səth və ya yamac — yer səthinin maili hissəsi, müsbət və mənfi relyef formalarını ayırır. Mənşəinə görə M.s. ilkin (dəniz altından çıxmış) tektonik struktur, denudasion, akkumulyativ və ya erozion ola bilər. M.s. əksəriyyəti mürəkkəb mənşəli olub, yamac prosesləri nəticəsində yaranır və müəyyən dəyişikliyə uğrayır. Sin.: yamac.
— dağın və ya təpənin ətəkləri ilə yalı arasındakı hissəyə deyilir. Yamac geoloji quruluşdan, süxurun tərkibindən və denudasiya proseslərindən asılı olaraq dik, meyilli, qabarıq, batıq və pilləli formada olur.
Yamac, adından göründüyü kimi, səthi mailli olan sahələrə deyilir. Yamacın əksinə olaraq üfüqi səthi olan sahələr – hamar düzənliklərə ayrılır.